Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsinin açılışı olub (FOTO)

04 Sentyabr 2017, 10:23 (GMT +4)

Bakı, 4 sentyabr, SalamNews. Sentyabrın 2-də prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.

SalamNews xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur.

Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.

Diqqətə çatdırılıb ki, burada işlər texnoloji ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Böyük iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsi bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Bundan başqa, bu layihənin icrası şimaldan cənuba doğru və əks istiqamətdə yükdaşımaların həcmini artıracaq, Şimal-Cənub dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Sonda xatirə şəkli çəkdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

ABŞ İrana qarşı silah enbarqosnu uzadan qanun layihəsini böyük dövlətlərə təqdim edib

Ermənistanda COVID-19-a yoluxma hallarının sayı 12 mini keçib

Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

İranda son gündə koronavirusa 2,886 nəfər yoluxub, 63 nəfər ölüb

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

Rusiyada son sutkada 8 726 nəfər koronavirusa yoluxub 

Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,1 milyon manat ayırıb

ABŞ-da polislər Floydun tabutunu diz çökərək yola salıb (FOTO-VİDEO)

ABŞ Dövlət Departamenti Rusiyadan "Yaxın Şərqdən çıxmağı" tələb edib

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

Türkiyə İran və İraq sərhədlərində iki keçidi beynəlxalq nəqliyyat üçün açıq elan edib

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66