Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSMF-nin gəlirlərində 7 faiz faiz artım qeydə alınıb

10 Oktyabr 2017, 10:24 (GMT +4)
ƏƏSMN

Bakı, 10 oktyabr, SalamNews. Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində 7 faiz faiz artım qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, Fonda daxilolmalarda qeyri-büdcə sektoru üzrə proqnoz 105,24 faiz icra edilib.

Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət və işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının stimullaşdırılmasına yönələn islahat tədbirləri layiqli pensiya təminatının əsasını təşkil edən, müasir standartlara cavab verən bu sistemin davamlı inkişafına imkan verib.

2017-ci ilin 9 ayında ƏƏSMN yanında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 165,49 milyon manat artaraq 2532,59 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,8 faiz artaraq 1501,1 milyon manat təşkil edib. Fonda daxilolmaların 65,13 faizi və ya 977,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz və ya 105,46 milyon manat çox olmaqla, proqnozun 105,24 faiz icra edildiyini göstərir. Ümumi daxilolmaların səviyyəsi cari ildə də Fond tərəfindən əmək pensiyalarının müəyyən olunmuş qrafik üzrə vaxtında maliyyələşdirilməsinə imkan verib.

Ölkəmizdə əmək pensiyaçılarının sayı 1 oktyabr 2017-ci il tarixinə cari ilin əvvəli ilə müqayisədə 14 771 nəfər və ya 1,1 faiz artaraq (o cümlədən yaşa görə 7043 nəfər, ailə başçısını itirməyə görə 1418 nəfər, əlilliyə görə isə 6310 nəfər) 1 milyon 330 min nəfər təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq olunmaqla bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib. Ümumilikdə, cari ildə də pensiyalarda artım dinamikası davam edib və əmək pensiyalarının orta aylıq məbləği 2017-ci il 01 oktyabr tarixinə 204 manata çatıb. O cümlədən. ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6 faiz olub ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.

Fərdi uçot sistemi ilə əhatə olunanların sayında da növbəti artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında bu sistemdə əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (136 524 nəfər) ilə müqayisədə 18 389 nəfər və ya 13,47 faiz çoxdur. Beləliklə, 01 oktyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 316 678 nəfər) ilə müqayisədə 211 792 nəfər və ya 6,39 faiz artaraq 3 milyon 528 min 470 nəfərə çatıb.

Sosial sığorta sahəsində iş mexanizmlərinin daha da təkmilləşdilməsi istqiamətində tədbirlərin davamı olaraq, cari ilin 1 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb. Bu tədbir sığortaedənlər tərəfindən hesabatların sayının azaldılmasına və onların təqdim edilməsi prosesinin sadələşdirilməsinə şərait yaradıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

ƏƏSMN: 142 - Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

ƏƏSMN: 230 min şəxsə 190 manat ödənilib

ƏƏSMN: Ödənişli ictimai iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılır

ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

ƏƏSMN: 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

ƏƏSMN-də daha 15 növdə elektron arayış xidməti yaradılır

ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

ƏƏSMN-də xüsusi monitorinq qrupu yaradılacaq

ƏƏSMN: Ötən il 30 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

ƏƏSMN-nin tabeliyində yeni agentliklər və fond yaradılıb

Övladlığagötürmə sahəsində ƏƏSMN-ə yeni səlahiyyətlər verilib

ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

ƏƏSMN 6 yeni “e-arayış” xidmətini təqdim edib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

03 İyun 2020, 07:32 (GMT +4)
İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66