Yol Polisinin əsas işi təhlükəsizliyi təmin etməkdir - Vaqif Əsədov16 Oktyabr 2017, 13:44 (GMT +4) Bakı, 16 oktyabr, SalamNews. Hər kəs üzərinə düşən məsuliyyəti hiss etməlidir. Dövlət Yol Polisinin təbliğat işi aparmaqda, hərəkəti təşkil etməkdə, həmçinin inzibati qaydada protokol tərtib etməkdə məqsədi təhlükəsizliyi təmin etməkdir. Bu gün hər bir hərəkət iştirakçısı sözügedən sahədə əlindən gələni etməlidir.
SalamNews xəbər verir ki, bunu Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Təhlükəsiz yol, yaxşı yol” layihəsinin açılış mərasimində çıxışı zamanı bildirib.
Bölmə rəisi yollarda təhlükəsizliyin təmin edilməsində bu və ya buna bənzər layihələrin təşkilini yüksək qiymətləndirdiyini qeyd edib.
V.Əsədov bu istiqamətdə təkcə Dövlət yol Polisi əməkdaşlarını deyil, vətəndaş cəmiyyətinin ən fəal hissəsini özündə birləşdirən gənclər və gənclər təşkilatlarının birgə fəal iştirakını da məqsədəuyğun hesab edib.
|