Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir

20 Oktyabr 2017, 10:25 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. Oktyabrın 15-20 tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdə olub.

Dövlət Statistika Komitəsindən SalamNews-a verilən məlumata görə, Almaniya Federal Statistika İdarəsinin prezidentinin dəvəti ilə baş tutan səfərin əsas məqsədi “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federal Statistika İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcək inkişaf perspektivlərinin və layihə çərçivəsində əldə edilmiş nəticələrin müzakirə edilməsi idi.

Dövlət Statistika Komitəsinin nümayəndə heyətinin səfəri Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayterin fəaliyyət müddətinin başa çatması ilə əlaqədar təşkil olunan rəsmi vida mərasiminə qatılmaqla başlayıb. Diter Sarrayter 2016-cı ilin 27 yanvar tarixində Tvinninq layihəsinin təqdimatı ilə əlaqədar Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini böyük məmnunluqla xatırlayıb.

Səfər zamanı T.Budaqov Almaniya Federal Statistika İdarəsinin yeni prezidenti Dr. Georq Tiel ilə görüşüb. Yeni təyinatı münasibətilə Georq Tieli təbrik edən Komitə sədri ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bildirib ki, Azərbaycan və Alman xalqları arasında əlaqələrin tarixiliyi və Azərbaycanda alman irsinin mövcud olması iki ölkə arasında humanitar sahədə münasibətlərin dinamik inkişafı üçün əlverişli zəmin yaradır. Müzakirələr zamanı iki ölkənin statistika qurumları arasında mövcud əlaqələrdən də söhbət açılıb. Qeyd edilib ki, iki ölkənin müvafiq qurumları - Dövlətstatkom ilə Destatis arasında əməkdaşlıq əlaqələri Avropa İttifaqının Tvinninq və TAİEX layihələri çərçivəsində də uğurla davam etdirilir. Artıq yekunlaşmaq üzrə olan Avropa İttifaqının “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin icra vəziyyəti barədə məlumat verilib. Almaniya, Bolqarıstan, Çexiya, Sloveniya, Latviya, Xorvatiya və Niderlandın statistika orqanlarının cəlb olunduğu bu layihə Azərbaycanın statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına töhvə verdiyi xüsusi vurğulanıb. Almaniya Federal Statistika İdarəsinin prezidenti Georq Tiel isə öz növbəsində təbrikə görə təşəkkürünü bildirib. Almaniya Federal Statistika İdarəsi ilə Dövlət Statistika Komitəsi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına toxunan Georq Tiel Tvinninq layihəsinin icrası ilə əlaqədar əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib. Görüşdə iki ölkənin statistika qurumları arasında bir sıra məsələlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndələrinin Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin rəsmiləri ilə də görüşü keçirilib. Görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni və bir sıra digər sahələrdə olan mövcud əlaqələrdən danışılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə əldə edilən uğurlar və iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Azərbaycanda bütün sahələrdə, o cümlədən statistika sistemində genişmiqyaslı islahatların və təkmilləşdirmə işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfər zamanı Destatis Məlumat Mərkəzi, Visbaden və Berlin şəhərlərində yerləşən statistika idarələrinin fəaliyyətləri ilə tanışlıq da olub. Məlumat mərkəzi və statistika idarələrində ərazi üzrə sosial - iqtisadi vəziyyətə, respondentlərin statistik uçota cəlb edilməsi və statistik müayinələrin aparılması metodikasına dair ikitərəfli müzakirələr aparılıb. Görüşlərdə Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş, tolerant, multikultural mövqeyi xatırlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSK: Beş ayda nəqliyyat vasitələri ilə 81,2 milyon ton yük daşınıb

DSK: Dörd ayda qeyri-neft-qaz məhsullarının ixracı azalıb

DSK: Beş ayda ÜDM istehsalı azalıb

DSK: İqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır

DSK: Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal artıb

DSK: Üç ayda ət, süd, yumurta və tərəvəz istehsalı artıb

DSK rəhbərliyi Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub

MSK DSK-ların mütəxəssisləri üçün seminarlara başlayıb

DSK-nın əməkdaşları Koreyada təşkil edilən təlimdə iştirak edirlər

DSK: Birinci rübdə hava nəqliyyatı ilə 477,7 min sərnişin daşınıb

DSK: Əmtəəlik qaz hasilatı 36% artıb

DSK sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb

DSK: İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub

DSK: Yanvar-fevral aylarında əsas kapitala 1,7 milyard manat yönəldilib

DSK: Keçən il ölkədə 2 min 910 istixana fəaliyyət göstərib

DSK: Ölkədə 23,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub

DSK: Yanvarda hava nəqliyyatı ilə 163 mindən çox sərnişin daşınıb

DSK: Cinayət törətmiş şəxslərin 86%-i heç yerdə işləməyən və oxumayanlar olub

DSK: Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib

DSK ilə FAO arasında əməkdaşlıq məsələləri genişləndirilir

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 İyul 2020, 13:32 (GMT +4)
Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

11 İyul 2020, 13:13 (GMT +4)
Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

11 İyul 2020, 13:11 (GMT +4)
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

11 İyul 2020, 12:53 (GMT +4)
Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz – İran prezidenti

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66