Xərclərimiz ildən-ilə azalır, gəlirlərimiz isə artır - Nigar Arpadarai06 Noyabr 2017, 13:15 (GMT +4) Bakı, 6 noyabr, SalamNews, K.Orxan. Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün nəzərdə tutulan xərclərlər ildən-ilə azalır.
SalamNews xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün keçirilən mətbuat konfransında deyib.
N.Arpadarai bildirib ki, xərclərimiz azalması ilə yanaşı gəlirlərimiz artıq. Gələn il aprel ayında Bakıda baş tutacaq növbtəti Qran Prisi üçün xərclər daha az olacaq. Çünki yarış üçün görüləcək bir çox işlər görülüb. Pit binası sökülməyib, təhlükəsizlik baryerləri yerində qalır, bir çox qurğular artıq alınıb və yenidən almağa ehtiyac yoxdur. Bundan başqa Niyazi küçəsində çəkilən asfalt örtüyü sökülməyib.
N.Arpadarai vurğulayıb ki, gələn il marketinq xərcləri də az olacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu prinsiplə yarışların keçirilməsinə davam edəcəyik.
|