İtaliya mətbuatı Azərbaycanda Dövlət Bayrağı Günündən yazıb11 Noyabr 2017, 10:09 (GMT +4) Bakı, 11 noyabr, SalamNews. İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər agentliyində “Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir” sərlövhəli məqalə yerləşdirilib.
SalamNews-un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məqalədə 1920-ci ilə kimi mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının milli bayraq kimi qəbul edildiyi bildirilib. “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamın 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanması diqqətə çatdırılıb.
Bildirilib ki, 1991-ci ildə keçmiş Sovet İttifaqının süquta uğraması ilə müstəqillik əldə edildikdən sonra Azərbaycan Ali Soveti ortasında səkkizguşəli ulduz və aypara ilə təsvir edilmiş göy, qırmızı, yaşıl rəngli bayrağın yenidən bərpasını elan edib.
|