Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu təkmilləşir (FOTO, VİDEO)

13 Noyabr 2017, 10:59 (GMT +4)

Bakı, 13 noyabr, SalamNews. Sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq Bulvar ərazisində yerləşən “Paris Kommunası” və “Zaqfederasiya" kimi tanınan gəmi təmiri zavodları sökülmüş, Zığ şosesi yaxınlığında hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu olan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilmişdir. Zavodun təkmilləşdirilməsi işi bu gün də sürətlə davam edir.

QSC-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, burada yeni sahə və sexlər tikilib. Zavodda beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırılıb, eyni zamanda müəssisədə çalışanların iş şəraiti yaxşılaşdırılıb.

Zavod ərazisində sahəsi 3978 m2 olan yeni Gövdə-qaynaq və mexaniki sexlər tikilib. Burada yeni 2 ədəd 10 tonluq, 2 ədəd 20 tonluq körpülü kranlar, 2 ədəd elektrik mühərrikli araba, Torna karusel, Mərkəzi emal və isgənə dəzgahları quraşdırılıb. Eyni zamanda, həmin sexdə ikimərtəbəli inzibati məişət bloku yaradılıb.

Zavoddakı yeniliklərin siyahısı bununla bitmir. Müəssisənin əvvəllər tullantıların toplandığı ərazisində uzunluqları müvafiq olaraq 400, 120, 130, 63 metr olan 1, 2, 3 və 4 saylı dənizkənarı yanalma körpüləri, üzərində kranaltı yollar tikilib. Portal və stasionar kranlar və 2 ədəd şpil quraşdırılıb. Yeni tikilən obyektlərin ətrafı abadlaşdırılıb.

Sahəsi 1971 m2 olan Təmir sexi və kompressor binası da təzə inşa olunub. 1 ədəd 10 tonluq körpülü kran, 3 ədəd hava kompressoru yeni alınaraq quraşdırılıb. Qeyd edək ki, kompressorlar yeni inşa olunmuş sahələri, yanalma körpülərini və “Neptun” üzən tərsanəni sıxılmış hava ilə təmin edəcək gücə malikdir. Həmçinin yeni Qazanxana binası müəssisənin istilik təchizatını və isti su tələbatını ödəyə bilən 2 ədəd istilik qazanı ilə təmin edilmişdir.

Zavodun ərazisindəki Yarımstansiya binası da yeni tikililərdəndir. Burada təzə 2 ədəd 1000 kVA gücünə malik transformator, yüksək və aşağı gərginlikli açarlar və 1000 kVA dizel generator quraşdırılıb.

Yeni tikilən obyektlərin hamısı beynəlxalq ekologiya tələblərinə və təhlükəsizlik normalarına cavab verir. Burda personalın təhlükəsiz işi üçün lazımi şərait yaradılıb. Ərazidə sahil işıqlandırma, yanğından mühafizə sistemləri, təhlükəszilik kameraları quraşdırılıb. Zavodda işçilərin sağlamlığını təmin etmək üçün əməyin mühafizəsi qaydalarını əks etdirən löhvələr yerləşdirilib.

Qeyd edək ki, bölmə və sahələrdə quraşdırılan yeni avadanlıqlar Türkiyə, Rusiya, Belarus, İsveçin tanınmış brendlərinə məxsusdur.

Zavod ərazisində həmçinin müasir standrtlara cavab verən yeni yeməkxana, məişət binaları, işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançası da tikilib.

Bütün bu yeniliklər isə zavodun ümumi fəaliyyətini daha effektiv etməyə, gəmilərin təmir prosesini sürətləndirməyə və keyfiyyətin artırılmasına xidmət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində xarici audit keçirilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-geoloji gəmisi təmirə dayanıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Təlim-Tədris Mərkəzi yenilənib (FOTOLAR)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzi beynəlxalq sertifikat alıb

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakıda yaxta turunun təşkili ilə bağlı məlumata aydınlıq gətirib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi qəbulu elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yeni departament yaradılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi vakansiya elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Expo Mərkəzində keçiriləcək Beynəlxalq sərgidə təmsil olunacaq 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” məcburi köçkün ailələrinə bayram sovqatı verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri qurumun Təlim-Tədris Mərkəzində olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC növbəti Təqaüd Proqramını elan edir 

Gənclər Günü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə qeyd olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də elektron bilet sifarişi tətbiq edilir

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

13 Dekabr 2019, 14:52 (GMT +4)
"Admiral Kuznetsov"dakı yanğında xəsarət alanların sayı 14 nəfərə çatıb

13 Dekabr 2019, 14:47 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi daha 31 mütəxəssisi işə götürüb

13 Dekabr 2019, 14:34 (GMT +4)
Metropoliten İşçiləri Həmkarlar İttifaqının IV Məclisi keçirilib

13 Dekabr 2019, 14:30 (GMT +4)
Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıblar

13 Dekabr 2019, 14:25 (GMT +4)
Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib (FOTOLAR)

13 Dekabr 2019, 14:18 (GMT +4)
İngiltərə İşçi Partiyasının lideri istefa edəcəyini açıqlayıb

13 Dekabr 2019, 14:12 (GMT +4)
Məktəblərdəki nöqsanlara görə 1 nəfər işdən çıxarılıb, 7 nəfərə töhmət verilib

13 Dekabr 2019, 14:04 (GMT +4)
Zənurə Talıbova rəhbər vəzifəyə gətirilib

13 Dekabr 2019, 13:54 (GMT +4)
Yol polisi piyadavurmaların qarşısını alacaq yenilik tətbiq etməyə başlayıb

13 Dekabr 2019, 13:44 (GMT +4)
Ülvi Mehdiyev: «ASAN Railway» unikal layihədir və Azərbaycan buna imza atır

13 Dekabr 2019, 13:44 (GMT +4)
Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır - The Wall Street Journal

13 Dekabr 2019, 13:33 (GMT +4)
Dəllər-Zəyəm mənzilində baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verilib

13 Dekabr 2019, 13:25 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri dəyişib

13 Dekabr 2019, 13:22 (GMT +4)
"Admiral Kuznetsov" kreyserindəki yanğın söndürülüb

13 Dekabr 2019, 13:21 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13 Dekabr 2019, 13:12 (GMT +4)
Energetika naziri vətəndaşları qəbul edəcək

13 Dekabr 2019, 13:00 (GMT +4)
Masallıda ağacəkmə aksiyası keçiriləcək

13 Dekabr 2019, 12:50 (GMT +4)
ABŞ səfiri: Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik

13 Dekabr 2019, 12:41 (GMT +4)
UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13 Dekabr 2019, 12:37 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

13 Dekabr 2019, 12:35 (GMT +4)
Tramp Consonu parlament seçkilərindəki qələbə münasibətilə təbrik edib

13 Dekabr 2019, 12:26 (GMT +4)
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66