Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » HADİSƏLƏR

Bakıda aptek işçisi həbs olunub, rəhbəri axtarışa verilib

13 Noyabr 2017, 17:28 (GMT +4)

Bakı, 13 noyabr, SalamNews. Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən SalamNews-a verilən birgə məlumata görə, “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satmasında əsaslı şübhələr müəyyən edildiyindən noyabrın 11-də Bakı şəhər prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri zamanı qeyd edilən aptekə baxış keçirilərkən 42 ədəd hər biri 300 mq olan “Lyrica pfizer” həbləri, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

İstintaqla həmçinin, aptekdə güclü təsir edən dərman vasitələrinin ayrıca satıldığı, həmin dərmanların pulunun ayrıca yığılması, qeyd olunan dərman vasitələrinin aptekdə xüsusi hazırlanmış gizli yerdə saxlanılması müəyyən olunmuş və həmin yerdən 40 min manatdan artıq dəyəri olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür.

N.İsmayılov iş üzrə Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə ) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin sonuncu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir.

Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilib

Daxili İşlər Nazirliyi 3 vakant yerə işçi axtarır

Daxili İşlər Nazirliyi müsabiqə elan edib

Daxili İşlər Nazirliyi Abşeronda çörəkbişirmə sexində partlayış barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi gücləndirilmiş iş rejiminə keçir

Daxili İşlər Nazirliyi vakansiya elan edib

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Daxili İşlər Nazirliyi növbəti əməliyyat keçirib (FOTO)

Daxili İşlər Nazirliyi xidmətə qəbulla bağlı müsabiqə elan edir

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr və medallar verilib (SİYAHI)

Daxili İşlər Nazirliyinin “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib

Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı intihar edib

Beynəlxalq "Qadınlar Günü" münasibətilə Daxili İşlər Nazirliyində təntənəli mərasim keçirilib

19 Dekabr 2018, 12:28 (GMT +4)
Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub

19 Dekabr 2018, 12:17 (GMT +4)
Atəşkəsə baxmayaraq Səudiyyə koalisiyası Yəməndə fərqli cəbhələrdə hücuma keçib

19 Dekabr 2018, 12:11 (GMT +4)
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

19 Dekabr 2018, 12:05 (GMT +4)
Məcburi köçkünlərlə növbəti görüş olub

19 Dekabr 2018, 11:59 (GMT +4)
AQTA sahibkarlara qeydiyyatla bağlı son xəbərdarlıq edib

19 Dekabr 2018, 11:57 (GMT +4)
Sumqayıtda əmək yarmarkası keçirilib

19 Dekabr 2018, 11:49 (GMT +4)
Azərbaycan beynəlxalq festivalda iştirak edib

19 Dekabr 2018, 11:45 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli USAID-in nümayəndə heyəti ilə görüşüb

19 Dekabr 2018, 11:42 (GMT +4)
Nazir: İki ildə 330 layihəyə investisiya təşviqi sənədi verilib

19 Dekabr 2018, 11:32 (GMT +4)
İraq 46 əsgər cənazəsini İran tərəfinə təhvil verib (FOTO)

19 Dekabr 2018, 11:28 (GMT +4)
DİN: Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb

19 Dekabr 2018, 11:26 (GMT +4)
Sahil Babayev: Son 15 ildə 2 milyondan çox yeni iş yeri yaradılıb

19 Dekabr 2018, 11:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

19 Dekabr 2018, 11:13 (GMT +4)
“ASAN xidmət”in yeni siması seçilib (FOTO)

19 Dekabr 2018, 11:08 (GMT +4)
Görkəmli teatr rejissoru Mehdi Məmmədovun 100 illiyi təntənəli şəkildə qeyd edilib

19 Dekabr 2018, 10:55 (GMT +4)
Azərbaycan nefti 4% ucuzlaşıb

19 Dekabr 2018, 10:41 (GMT +4)
Muğam Mərkəzində Vaqif Mustafazadənin əsərləri səsləndirilib

19 Dekabr 2018, 10:30 (GMT +4)
Yanvar-noyabrda avtomobil nəqliyyatı ilə 995 min tondan çox yük ixrac olunub

19 Dekabr 2018, 10:20 (GMT +4)
Kaşıkçını öldürən Səudiyyə rəsmilərinin İsraillə əlaqələrinin yeni detalları açıqlanıb

19 Dekabr 2018, 10:14 (GMT +4)
Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

19 Dekabr 2018, 10:09 (GMT +4)
DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib

19 Dekabr 2018, 09:53 (GMT +4)
Suriya konstitusiyasını yazacaq komitə ilə bağlı Cenevrə toplantısı yenə nəticəsiz qalıb

19 Dekabr 2018, 09:51 (GMT +4)
Atəşkəs rejimi 24 dəfə pozulub

19 Dekabr 2018, 09:50 (GMT +4)
Tanınmış fotojurnalist Elxan Kərimovun anım günüdür

19 Dekabr 2018, 09:45 (GMT +4)
Xızıda icazəsiz ova cəhd edən şəxslər cərimələnib

19 Dekabr 2018, 09:36 (GMT +4)
Floridada Azərbaycan muğamına həsr olunmuş tədbir təşkil edilib

19 Dekabr 2018, 09:29 (GMT +4)
Sudandan sonra İraq prezidenti də Dəməşqə rəsmi səfərə gedir

19 Dekabr 2018, 09:23 (GMT +4)
“İraq Hava Yolları”nın Azərbaycanda filialı fəaliyyətə başlayıb

19 Dekabr 2018, 09:16 (GMT +4)
Tanınmış jurnalist İldırım Dəmirlinin 75 illik yubileyi qeyd edilib

19 Dekabr 2018, 09:12 (GMT +4)
"Brent" neftin qiyməti 56 dollardan aşağı düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66