Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib

15 Noyabr 2017, 09:11 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə birgə Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə təbliği, mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə Film Festivalı keçirir.

SalamNews xəbər verir ki, bu məqsədlə Şura tərəfindən peşəkar kino mütəxəssislərinin daxil olduğu Münsiflər Heyəti yaradılıb. Bu gün Şurada Münsiflər Heyətinin iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun yarandığı dövrdən indiyədək milli maraqlarımızın qorunması və cəmiyyəti narahat edən ictimai problemlərin həlli istiqamətində həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib. SSRİ Dövlət Mükafatı laureatı, xalq artisti, professor, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünün təqdirəlayiq olduğunu və Festivalın keçirilməsinin kinonun və bütövlükdə mədəniyyətin inkişafına xidmət etdiyini bildirib.

Şəfiqə Məmmədova cəmiyyət həyatının bütün sahələri ilə bağlı mövzularda maarifləndirmə işi aparmaq üçün kinonun çox səmərəli vasitə olduğunu vurğulayıb. Münsiflər Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, əməkdar incəsənət xadimi, professor, ARKİ-nin birinci katibi Cəmil Quliyev Festival çərçivəsində indiyədək görülmüş işlər haqqında məlumat verib.

Qeyd edib ki, Festival cəmiyyətdə estetik zövqün, mədəniyyətin inkişafına və Şuranın maliyyə yardımı ilə icra olunan layihələr çərçivəsində görülmüş işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. O, 25 oktyabr tarixində Film Festivalı ilə bağlı elan verdiyini bildirib. Cəmil Quliyev Festivalda iştirak etmək üçün QHT-lərin müvafiq qaydada Şuraya müraciət etdiyini və Festivala 2008-2016- cı illərdə hazırlanmış 100-dən artıq film təqdim olunduğunu deyib. C. Quliyev Münsiflər Heyəti üzvlərinin fərdi qaydada hər bir filmi ayrılıqda və xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndirdiyini bildirib.

Münsiflər Heyətinin digər üzvləri SSRİ Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış edərək QHT-lərin hazırladıqları filmləri yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar təşkilatların ictimai həyatın müxtəlif sahələri üzrə maraqlı filmlər çəkdiklərini qeyd ediblər. Münsiflər Heyətinin üzvləri Festivalın keçirilməsi ilə bağlı rəy və təkliflərini bildiriblər. Münsiflər Heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.

Qeyd edək ki, Film Festivalının yekun tədbiri, təqdimetmə mərasimi 24 noyabr, saat 11:00-da Feyrmont hotelində keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azay Quliyev İtaliyaya səfərə gedir

Azay Quliyev Kiyevə səfər edəcək

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir

Azay Quliyev Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb

Azay Quliyev Sloveniyaya gedir

Azay Quliyev: “QHT-lər vəzifələrini layiqincə yerinə yetirmirlər”

Azay Quliyev: “QHT-lərə Dövlət Dəstəyi Şurası “Cumhuriyyət ili” ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb”

Azay Quliyev: QHT-lərə Dövlət Dəstəyi Şurası yeni maliyyə mənbələrinin tapılması üzərində işləyir

Azay Quliyev ATƏT-in Nazirlər Şurasının toplantısında iştirak edəcək

Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedir

Azay Quliyev Vyanada “ATƏT-in demokratik seçki standartları və vəzifələri” haqqında məruzə ilə çıxış edəcək

Azay Quliyev ATƏT PA-nın sessiyasında Minsk qrupunun həmsədrlərini tənqid edib

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Ermənistanı "barbar və vəhşi" adlandırıb (VİDEO)

Milli Məclisin bugünkü iclasında Azay Quliyev AŞPA-nın Türkiyə ilə bağlı qərarını tənqid edib

Azay Quliyev: ATƏT PA Minsk Qrupunun həmsədrlərindən hesabat tələb etməlidir

Azay Quliyev: Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik

Bütün xalqımız aprel şəhidləri ilə qürur duyur - Azay Quliyev

Azay Quliyev: Mehriban Əliyevanın dövlət vəzifəsinə təyin olunması dünya ictimaiyyəti tərəfindən təqdir edilib

Azay Quliyev: “Girovların götürülməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”

Azay Quliyev: İşğalçı dövlətlərə qarşı tətbiq olunan sanksiyalar Ermənistana da aid edilməlidir

19 Dekabr 2018, 12:28 (GMT +4)
Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub

19 Dekabr 2018, 12:17 (GMT +4)
Atəşkəsə baxmayaraq Səudiyyə koalisiyası Yəməndə fərqli cəbhələrdə hücuma keçib

19 Dekabr 2018, 12:11 (GMT +4)
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

19 Dekabr 2018, 12:05 (GMT +4)
Məcburi köçkünlərlə növbəti görüş olub

19 Dekabr 2018, 11:59 (GMT +4)
AQTA sahibkarlara qeydiyyatla bağlı son xəbərdarlıq edib

19 Dekabr 2018, 11:57 (GMT +4)
Sumqayıtda əmək yarmarkası keçirilib

19 Dekabr 2018, 11:49 (GMT +4)
Azərbaycan beynəlxalq festivalda iştirak edib

19 Dekabr 2018, 11:45 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli USAID-in nümayəndə heyəti ilə görüşüb

19 Dekabr 2018, 11:42 (GMT +4)
Nazir: İki ildə 330 layihəyə investisiya təşviqi sənədi verilib

19 Dekabr 2018, 11:32 (GMT +4)
İraq 46 əsgər cənazəsini İran tərəfinə təhvil verib (FOTO)

19 Dekabr 2018, 11:28 (GMT +4)
DİN: Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb

19 Dekabr 2018, 11:26 (GMT +4)
Sahil Babayev: Son 15 ildə 2 milyondan çox yeni iş yeri yaradılıb

19 Dekabr 2018, 11:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

19 Dekabr 2018, 11:13 (GMT +4)
“ASAN xidmət”in yeni siması seçilib (FOTO)

19 Dekabr 2018, 11:08 (GMT +4)
Görkəmli teatr rejissoru Mehdi Məmmədovun 100 illiyi təntənəli şəkildə qeyd edilib

19 Dekabr 2018, 10:55 (GMT +4)
Azərbaycan nefti 4% ucuzlaşıb

19 Dekabr 2018, 10:41 (GMT +4)
Muğam Mərkəzində Vaqif Mustafazadənin əsərləri səsləndirilib

19 Dekabr 2018, 10:30 (GMT +4)
Yanvar-noyabrda avtomobil nəqliyyatı ilə 995 min tondan çox yük ixrac olunub

19 Dekabr 2018, 10:20 (GMT +4)
Kaşıkçını öldürən Səudiyyə rəsmilərinin İsraillə əlaqələrinin yeni detalları açıqlanıb

19 Dekabr 2018, 10:14 (GMT +4)
Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

19 Dekabr 2018, 10:09 (GMT +4)
DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib

19 Dekabr 2018, 09:53 (GMT +4)
Suriya konstitusiyasını yazacaq komitə ilə bağlı Cenevrə toplantısı yenə nəticəsiz qalıb

19 Dekabr 2018, 09:51 (GMT +4)
Atəşkəs rejimi 24 dəfə pozulub

19 Dekabr 2018, 09:50 (GMT +4)
Tanınmış fotojurnalist Elxan Kərimovun anım günüdür

19 Dekabr 2018, 09:45 (GMT +4)
Xızıda icazəsiz ova cəhd edən şəxslər cərimələnib

19 Dekabr 2018, 09:36 (GMT +4)
Floridada Azərbaycan muğamına həsr olunmuş tədbir təşkil edilib

19 Dekabr 2018, 09:29 (GMT +4)
Sudandan sonra İraq prezidenti də Dəməşqə rəsmi səfərə gedir

19 Dekabr 2018, 09:23 (GMT +4)
“İraq Hava Yolları”nın Azərbaycanda filialı fəaliyyətə başlayıb

19 Dekabr 2018, 09:16 (GMT +4)
Tanınmış jurnalist İldırım Dəmirlinin 75 illik yubileyi qeyd edilib

19 Dekabr 2018, 09:12 (GMT +4)
"Brent" neftin qiyməti 56 dollardan aşağı düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66