Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Parisdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib  (FOTOLAR)

15 Noyabr 2017, 09:46 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews. Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanı “Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu dedi. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etdi.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olundu.

Qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın paytaxtı Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması da təsadüfi deyil.

Bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirildi.

Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan “Expo 2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak etdilər.

Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılandı.

Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, paytaxtımızın “Expo 2025”ə namizədliyinə həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri təqdim edildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gəliblər

Rektor Pyotr Qlıboçko: Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir

Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib

Mehriban Əliyeva Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışında iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva onu təbrik edənlərə müraciət ünvanlayıb

Birinci vitse-prezident Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb

Mehriban Əliyeva: “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib”

Mehriban Əliyeva gənc ixtiraçılar Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb

Mehriban Əliyeva İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb

Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb

Mehriban Əliyevaya Beynəlxalq Mükafat verilib

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb

Mehriban Əliyeva sanatoriya tipli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib

Mehriban Əliyeva Şağan Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib

Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib

19 Dekabr 2018, 12:28 (GMT +4)
Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub

19 Dekabr 2018, 12:17 (GMT +4)
Atəşkəsə baxmayaraq Səudiyyə koalisiyası Yəməndə fərqli cəbhələrdə hücuma keçib

19 Dekabr 2018, 12:11 (GMT +4)
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

19 Dekabr 2018, 12:05 (GMT +4)
Məcburi köçkünlərlə növbəti görüş olub

19 Dekabr 2018, 11:59 (GMT +4)
AQTA sahibkarlara qeydiyyatla bağlı son xəbərdarlıq edib

19 Dekabr 2018, 11:57 (GMT +4)
Sumqayıtda əmək yarmarkası keçirilib

19 Dekabr 2018, 11:49 (GMT +4)
Azərbaycan beynəlxalq festivalda iştirak edib

19 Dekabr 2018, 11:45 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli USAID-in nümayəndə heyəti ilə görüşüb

19 Dekabr 2018, 11:42 (GMT +4)
Nazir: İki ildə 330 layihəyə investisiya təşviqi sənədi verilib

19 Dekabr 2018, 11:32 (GMT +4)
İraq 46 əsgər cənazəsini İran tərəfinə təhvil verib (FOTO)

19 Dekabr 2018, 11:28 (GMT +4)
DİN: Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb

19 Dekabr 2018, 11:26 (GMT +4)
Sahil Babayev: Son 15 ildə 2 milyondan çox yeni iş yeri yaradılıb

19 Dekabr 2018, 11:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

19 Dekabr 2018, 11:13 (GMT +4)
“ASAN xidmət”in yeni siması seçilib (FOTO)

19 Dekabr 2018, 11:08 (GMT +4)
Görkəmli teatr rejissoru Mehdi Məmmədovun 100 illiyi təntənəli şəkildə qeyd edilib

19 Dekabr 2018, 10:55 (GMT +4)
Azərbaycan nefti 4% ucuzlaşıb

19 Dekabr 2018, 10:41 (GMT +4)
Muğam Mərkəzində Vaqif Mustafazadənin əsərləri səsləndirilib

19 Dekabr 2018, 10:30 (GMT +4)
Yanvar-noyabrda avtomobil nəqliyyatı ilə 995 min tondan çox yük ixrac olunub

19 Dekabr 2018, 10:20 (GMT +4)
Kaşıkçını öldürən Səudiyyə rəsmilərinin İsraillə əlaqələrinin yeni detalları açıqlanıb

19 Dekabr 2018, 10:14 (GMT +4)
Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

19 Dekabr 2018, 10:09 (GMT +4)
DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib

19 Dekabr 2018, 09:53 (GMT +4)
Suriya konstitusiyasını yazacaq komitə ilə bağlı Cenevrə toplantısı yenə nəticəsiz qalıb

19 Dekabr 2018, 09:51 (GMT +4)
Atəşkəs rejimi 24 dəfə pozulub

19 Dekabr 2018, 09:50 (GMT +4)
Tanınmış fotojurnalist Elxan Kərimovun anım günüdür

19 Dekabr 2018, 09:45 (GMT +4)
Xızıda icazəsiz ova cəhd edən şəxslər cərimələnib

19 Dekabr 2018, 09:36 (GMT +4)
Floridada Azərbaycan muğamına həsr olunmuş tədbir təşkil edilib

19 Dekabr 2018, 09:29 (GMT +4)
Sudandan sonra İraq prezidenti də Dəməşqə rəsmi səfərə gedir

19 Dekabr 2018, 09:23 (GMT +4)
“İraq Hava Yolları”nın Azərbaycanda filialı fəaliyyətə başlayıb

19 Dekabr 2018, 09:16 (GMT +4)
Tanınmış jurnalist İldırım Dəmirlinin 75 illik yubileyi qeyd edilib

19 Dekabr 2018, 09:12 (GMT +4)
"Brent" neftin qiyməti 56 dollardan aşağı düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66