Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Tələbələrə turizm sahəsində PR-ın təşkili ilə bağlı seminar keçirilib

15 Noyabr 2017, 10:09 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews. “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar keçirib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, seminarda mövzu üzrə çıxış edənlər “Alibayov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov və “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova olmaqla, iştirakçılar turizm sahəsində PR fəaliyyətinin təşkili mövzusunda bilgiləndiriliblər.

Vəli Əlibəyov təlim iştirakçılarına turizm sahəsində ictimai rəyin düzgün formalaşdırılması metodları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yollarından, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək üsullarından danışıb.Həmçinin, turizm sahəsində PR-ın aparılması ilə bağlı bir sıra istiqamətlər - brendin, turizm xidmətlərinin önə çəkilməsi, reputasiya və imicin formalaşdırılması, daxili PR və sairlə bağlı fikirlərini bildirib.

Dilarə Zamanova isə ictimaiyyətlə əlaqələr sahəsində turizm müəssisələrinin hədəf auditoriyası olan müştərilər, tərəfdaşlar, tədarükçülər, rəqiblər, hakimiyyət qurumları, media və sair qruplarla iş prinsipləri barədə geniş söhbət açıb. Natiq son illərdə baş vermiş və hələ də təsirləri davam edən dünya iqtisadi böhranı şəraitində turizm şirkətləri və müəssisələrinin imicinin qorunması və tanıdılmasında PR-ın peşəkarlıqla aparılmasının xüsusilə aktuallıq kəsb etdiyini bildirərək antiböhran PR-ı və onun peşəkarca qurulması xüsusiyyətləri barədə tələbələrə ətraflı məlumat verib.

Seminar iştirakçıları olan tələbələr D.Zamanova tərəfindən PR vasitələri kimi media ilə iş – müsahibələr, məqalələr, info-tur və mətbuat konfransları, həmçinin, yeni turistik istiqamətlər, turizm məhsulları, sərgilər, yarmarkalar, festivallar, təlimlər, fləşmoblar və sair barədə təfərrüatlı şəkildə bilgiləndirilib.

Daha sonra iştirakçı tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüblər, onların sualları cavablandırılıb. Təlimin yekununda təşkilatçılar tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilib. Məlumat üçün bildirək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir.

“AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb

“AtaTravel” Prime Travel Market 2018 tədbirində iştirak edib

“AtaTravel”  turizm sahəsində PR-ın təşkilinə dair seminar keçirəcək

“AtaTravel” tələbələr üçün müsabiqə təşkil edir

“AtaTravel” tələbələr üçün müsabiqə təşkil edir

"AtaTravel" MMC "Baku Travel Bazaar 2017" tədbirində iştirak edib

"AtaTravel" Qurban bayramı ilə bağlı yeni və sərfəli turpaket hazırlayıb

“AtaTravel” aksiya keçirir

“AtaTravel” MMC “Şəmkir Excelsior Hotel” otelinə Yeni il turu təklif edir

“AtaTravel” MMC beynəlxalq sərgidə iştirak edib

“AtaTravel” MMC-nin sponsorluğu ilə “Nepaldan Papuaya” tədbiri keçiriləcək

“AtaTravel” MMC Şahdağa səyahət turu təklif edir

19 Dekabr 2018, 12:28 (GMT +4)
Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub

19 Dekabr 2018, 12:17 (GMT +4)
Atəşkəsə baxmayaraq Səudiyyə koalisiyası Yəməndə fərqli cəbhələrdə hücuma keçib

19 Dekabr 2018, 12:11 (GMT +4)
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

19 Dekabr 2018, 12:05 (GMT +4)
Məcburi köçkünlərlə növbəti görüş olub

19 Dekabr 2018, 11:59 (GMT +4)
AQTA sahibkarlara qeydiyyatla bağlı son xəbərdarlıq edib

19 Dekabr 2018, 11:57 (GMT +4)
Sumqayıtda əmək yarmarkası keçirilib

19 Dekabr 2018, 11:49 (GMT +4)
Azərbaycan beynəlxalq festivalda iştirak edib

19 Dekabr 2018, 11:45 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli USAID-in nümayəndə heyəti ilə görüşüb

19 Dekabr 2018, 11:42 (GMT +4)
Nazir: İki ildə 330 layihəyə investisiya təşviqi sənədi verilib

19 Dekabr 2018, 11:32 (GMT +4)
İraq 46 əsgər cənazəsini İran tərəfinə təhvil verib (FOTO)

19 Dekabr 2018, 11:28 (GMT +4)
DİN: Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb

19 Dekabr 2018, 11:26 (GMT +4)
Sahil Babayev: Son 15 ildə 2 milyondan çox yeni iş yeri yaradılıb

19 Dekabr 2018, 11:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

19 Dekabr 2018, 11:13 (GMT +4)
“ASAN xidmət”in yeni siması seçilib (FOTO)

19 Dekabr 2018, 11:08 (GMT +4)
Görkəmli teatr rejissoru Mehdi Məmmədovun 100 illiyi təntənəli şəkildə qeyd edilib

19 Dekabr 2018, 10:55 (GMT +4)
Azərbaycan nefti 4% ucuzlaşıb

19 Dekabr 2018, 10:41 (GMT +4)
Muğam Mərkəzində Vaqif Mustafazadənin əsərləri səsləndirilib

19 Dekabr 2018, 10:30 (GMT +4)
Yanvar-noyabrda avtomobil nəqliyyatı ilə 995 min tondan çox yük ixrac olunub

19 Dekabr 2018, 10:20 (GMT +4)
Kaşıkçını öldürən Səudiyyə rəsmilərinin İsraillə əlaqələrinin yeni detalları açıqlanıb

19 Dekabr 2018, 10:14 (GMT +4)
Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

19 Dekabr 2018, 10:09 (GMT +4)
DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib

19 Dekabr 2018, 09:53 (GMT +4)
Suriya konstitusiyasını yazacaq komitə ilə bağlı Cenevrə toplantısı yenə nəticəsiz qalıb

19 Dekabr 2018, 09:51 (GMT +4)
Atəşkəs rejimi 24 dəfə pozulub

19 Dekabr 2018, 09:50 (GMT +4)
Tanınmış fotojurnalist Elxan Kərimovun anım günüdür

19 Dekabr 2018, 09:45 (GMT +4)
Xızıda icazəsiz ova cəhd edən şəxslər cərimələnib

19 Dekabr 2018, 09:36 (GMT +4)
Floridada Azərbaycan muğamına həsr olunmuş tədbir təşkil edilib

19 Dekabr 2018, 09:29 (GMT +4)
Sudandan sonra İraq prezidenti də Dəməşqə rəsmi səfərə gedir

19 Dekabr 2018, 09:23 (GMT +4)
“İraq Hava Yolları”nın Azərbaycanda filialı fəaliyyətə başlayıb

19 Dekabr 2018, 09:16 (GMT +4)
Tanınmış jurnalist İldırım Dəmirlinin 75 illik yubileyi qeyd edilib

19 Dekabr 2018, 09:12 (GMT +4)
"Brent" neftin qiyməti 56 dollardan aşağı düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66