Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Rövnəq Abdullayev: "Biz əvvəlki illərlə müqayisədə daha böyük gəlir əldə etdik"

16 Noyabr 2017, 12:52 (GMT +4)

Bakı, 16 noyabr, SalamNews, A.Bayramova. Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharı keçirilib.

SalamNews-un məlumatına görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons Azərbaycanda 2 milyard ton neftin hasil olunmasını ölkə tarixində mühüm hadisə və şanlı səhifə adlandırıb.

"BP artıq 25 ildir ki, Azərbaycanda təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərir. Biz burada çox uğurlu və etibarlı tərəfdaşlıq qurmağımızla qürur duyuruq. Bu gün həmin tərəfdaşlığın irəli apardığı tərəqqi və inkişaf möhtəşəm səviyyəyə gəlib çatıb. Bu yaxında biz Azərbaycan tərəfi ilə əsas müqaviləni 2050-ci ilə qədər uzadaraq tərəfdaşlıq münasibətlərimizdə yeni bir səhifə açdıq", - deyə Q.Cons vurğulayıb.

Nahar yeməyində həmçinin SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib. O, SOCAR-ın yerli müəssisədən transmilli şirkətə çevrilməsi barədə danışıb və rəhbərlik etdiyi qurumun xarici şirkətlər ilə əlaqələrinə toxunub. R.Abdullayev qeyd edib ki, Azərbaycanın milli gəlirlərinin artırılması istiqamətində SOCAR öz investisiya siyasətini şaxələndirib: "Neft qiymətləri yüksək olduğuna görə neft və qaz hasilatına iri həcmli investisiyalar qoyulub. Bununla belə, SOCAR tamamilə əks mövqe tutaraq neft emalı və kimya məhsullarının istehsalına iri həcmli investisiyalar qoymaqla bərabər, öz aktivlərini şaxələndirmək qərarına gəlib. Neft qiymətləri düşən zaman biz bu qərarın sağlam məntiqə əsaslandığına daha çox əmin olduq. Biz xam neft ticarəti ilə müqayisədə kimya məhsullarının qiymətlərində daha az qiymət dəyişmələrinin şahidi olduq. Nəticə etibarilə, biz ötən illərdə neft emalı və kimya məhsullarından əvvəlki illərlə müqayisədə hətta daha böyük gəlir əldə etdik. Beləliklə, biz ölkəmizin sərvətinin artırılmasına töhfə vermək məqsədilə bütün dünyada müxtəlif ölkələrə investisiya qoymağa davam edəcəyik."

Qeyd edək ki, tədbirə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 200-dən çox iştirakçı qatılıb.

Xatırladaq ki, AmCham-ın təşəbbüsü olan və hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Milli Məclis üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox daimi və müxbir üzvdən ibarətdir. AmCham Azərbaycan ölkədə xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66