Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DSK sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb

22 Noyabr 2017, 12:43 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews. Noyabrın 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, BMT-nin “Uşaq Fondu”nun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Uşaq Hüquqları Sisteminin Monitorinqi üzrə mütəxəssis Tamerlan Rəcəbov, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin üçüncü katibi Aydan Muradovanın iştirak etdiyi görüşdə məqsəd Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektiv və prioritetləri haqqında müzakirələrin aparılmasdır.

Nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görüldüyünü, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini və bunun əyani nümunəsi olaraq Azərbaycanın rəqabət qabiliyyətinə görə ilbəil irəliləyən mövqeyinin mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətlənirildiyini bildirib.

Qeyd edib ki, duzgün hədəfləmiş islahatların bəhrəsidir ki, son illərdə Azərbaycan iqtisadiyyatında dayanıqlı, sabit, sürətli, dinamik inkişaf təmayülü artıq özünü qabarıq şəkildə göstərir. Tahir Budaqov respublikamızda həyata keçirilən dövlət uşaq siyasəti, milli statistika sisteminin təkmilləşdirilməsi, Dövlət Statistika Komitəsinin beynəlxalq əməkdaşlığı, reallaşan layihə və proqramlar barədə ətraflı məlumat verib.

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan səmimi görüşə görə təşəkkürünü ifadə edib. Bildirib ki, Azərbaycan uşaqlara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlam və firavan böyüməsi üçün həyata keçirilən proqramlar təqdirəlayiqdir. Eyni zamanda uşaq hüquqları ilə bağlı məlumatların hazırlanmasında dəqiq statistikanın vacibliyinə toxunaraq, UNİCEF-in uşaq hüquqları, onların sosial müdafiəsi ilə bağlı layihələrini daim dəstəklədiyini bildirib.

Qeyd olunub ki, 1993-cü ildən Azərbaycanda fəaliyyətə başlayan UNİCEF-lə Dövlət Statistika Komitəsi arasında statistikanın müxtəlif sahələri üzrə əlaqələr mövcuddur. Bunların davamı olaraq, ötən il Statistika Komitəsi ilə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi arasında “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə İş Planı imzalanıb.
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında əməkdaşlığın inkişafına dair, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSK sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb

Tahir Budaqov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri ilə görüşüb

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır - Tahir Budaqov

Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir

Tahir Budaqov Cenevrədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir

DSK sədri Tahir Budaqov Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreyadan olan nümayəndə heyəti ilə görüşüb

Sədr Tahir Budaqov Banqkokda mühüm tədbirlərdə iştirak edib

Azərbaycanda kütləvi kitabxanaların 33 milyon kitab fondu var - Tahir Budaqov

Tahir Budaqov: "Tvinninq layihəsinin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək" (FOTO)

Dövlət daim qadın zorakılığına qarşı mübarizəni diqqətdə saxlayır - Tahir Budaqov

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

14 Noyabr 2019, 14:19 (GMT +4)
Boliviyada kütləvi etiraz aksiyaları qurbanlarının sayı artır

14 Noyabr 2019, 14:16 (GMT +4)
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib

14 Noyabr 2019, 14:04 (GMT +4)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

14 Noyabr 2019, 13:50 (GMT +4)
Tusk Rusiyanı AB-nin "strateji problemi" adlandırıb

14 Noyabr 2019, 13:42 (GMT +4)
İntensiv aksiyalardan sonra Küveyt hökuməti istefa verib

14 Noyabr 2019, 13:38 (GMT +4)
Vilayət Eyvazov Fransa səfirini qəbul edib

14 Noyabr 2019, 13:18 (GMT +4)
İsveçdə 30 il gizlənən "cəllad" həbs edilib

14 Noyabr 2019, 13:10 (GMT +4)
Türkiyədə sursat anbarında baş verən partlayışlarda 16 hərbçi yaralanıb

14 Noyabr 2019, 13:04 (GMT +4)
Azərbaycanın Energetika naziri Qazaxıstana səfər edəcək

14 Noyabr 2019, 13:00 (GMT +4)
KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

14 Noyabr 2019, 12:41 (GMT +4)
Ərdoğan Trampın məktubunu ona qaytarıb

14 Noyabr 2019, 12:30 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb

14 Noyabr 2019, 12:23 (GMT +4)
İranın cənub şərqində avtoqəza nəticəsində 28 nəfər həyatını itirib

14 Noyabr 2019, 12:14 (GMT +4)
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

14 Noyabr 2019, 12:03 (GMT +4)
Quaydonun tərəfdarları Venesuelanın Braziliyadakı səfirliyini işğal ediblər

14 Noyabr 2019, 11:55 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib

14 Noyabr 2019, 11:42 (GMT +4)
ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66