Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub

24 Noyabr 2017, 10:01 (GMT +4)

Bakı, 24 noyabr, SalamNews. A.Bayramova. Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” imzalanıb.UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, müxtəlif ölkələrin UNESCO yanındakı səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

SalamNews AZƏRTAC-a istiandən xəbər verir ki, əvvəlcə ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan, Gürcüstan və Almaniyadan gəlmiş musiqiçilərin bu ölkələrin ənənəvi və klassik musiqilərini səsləndirəcəklərini qeyd edib. Bildirilib ki, konsertdə Azərbaycan muğamı ilə yanaşı, gürcü polifonik mahnısı və İ.S. Baxın klassik əsərləri ifa olunacaq.

Daimi nümayəndə qeyd edib ki, Azərbaycan muğamı və gürcü polifonik mahnısı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Konsertin almanların Cənubi Qafqaza, xüsusilə də Azərbaycana miqrasiyasının 200 illiyinə həsr edildiyini vurğulayan A.Kərimov onların ölkəmizdəki zəngin tarixi və mədəni irsindən söz açıb, iştirakçıları bu zəngin irslə tanış olmaq üçün ölkəmizə, eləcə də UNESCO-nun baş qərargahında keçirilən sərgiyə baxmağa dəvət edib. Qısa zaman kəsiyində almanların yerli əhaliyə asanlıqla inteqrasiyasının xalqımızın istiqanlılığı, digər mədəniyyətlərə hörməti sayəsində mümkün olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban ailə kimi yaşayırlar. Tolerantlıq xalqımızın gündəlik həyat tərzidir.

Qeyd edilib ki, Azərbaycan hökuməti bütün etnik və dini icmaların tarixi və mədəni irsinin qorunub saxlanmasına, bərpasına xüsusi diqqət ayırır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirə verdikləri dəstəyə görə UNESCO rəhbərliyinə və katibliyinə təşəkkür edib. Nazir tədbirin Azərbaycanda hökm sürən multikulturalizmin və dini tolerantlığın bir nümunəsi olduğunu qeyd edib. Ə. Qarayev Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdəki abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib. Nazir, həmçinin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama müvafiq olaraq hazırlanmış tədbirlər planı haqqında da danışıb.

Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqun möhkəmlənməsi üçün gördüyü işlərdən söz açan Əbülfəs Qarayev multikultural yaxınlaşma və digər mədəniyyətləri daha yaxından tanıma nəticəsində dünyadakı bir çox problemlərin asanlıqla həll oluna biləcəyini qeyd edib. “Bakı prosesi”nə toxunan nazir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunda UNESCO-nun ölkəmizin əsas tərəfdaşı olmasından fəxr etdiklərini vurğulayıb.

Nazir “Bakı Prosesi”nin 10 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandığını diqqətə çatdırıb.

UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt, Gürcüstanın UNESCO yanındakı nümayəndəliyinin rəhbəri Ekaterina Siradze-Dölone, Almaniyanın qurumdakı nümayəndəliyinin rəhbəri Stefan Kravyelski çıxış edərək ölkəmizdəki tolerant mühitdən, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsindən danışıblar.

Çıxışlardan sonra Fuad Axundov ölkəmizə gəlmiş almanların tarixi ilə bağlı məlumat verib.

Sonra ölkəmizdə almanların yaşadıqları məkanlar, onların həyat tərzi ilə bağlı sənədli film nümayiş etdirilib.

Daha sonra konsert proqramı təqdim olunub.

Sonda tədbir iştirakçıları almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə təşkil edilmiş sərgini ziyarət ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNESCO-nun baş qərargahında BDU-nun 100 illiyi təntənə ilə qeyd olunub

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO-da “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib

Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşünə qatılıb

Parisdə UNESCO Katibliyində görüşlər keçirilib

ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

İsrail UNESCO-nun Fələstinlə bağlı qərarına cavab verib – “Nə bacarırsız edin”

Bu ayın sonlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Azərbaycanın Birinci vitse-prezidenti Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb

Əbulfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb

Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib

Azərbaycan prezidenti UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordenini təqdim edib

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb

Odre Azule YUNESCO-nun baş direktoru təyin edilib

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66