Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb

24 Noyabr 2017, 16:02 (GMT +4)

Bakı, 24 noyabr, SalamNewsMədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Fransaya səfəri çərçivəsində UNESCO-nun baş qərargahında Azərbaycan və UNESCO nümayəndələrinin işçi görüşü keçirilib.

SalamNews xəbər verir ki, mədəniyyətlərarası dialoq sahəsində birgə beynəlxalq fəaliyyətlərin müzakirə olunduğu görüşdə UNESCO baş direktorunun müavini Nada Al Naşif və təşkilatın sülh, dialoq, rasizmlə mübarizə məsələləri üzrə şöbələrinin rəhbərləri - nazir Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, UNESCO yanında daimi nümayəndəliyin rəhbəri Anar Kərimov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı imzaladığı Sərəncamın icrası məqsədilə Azərbaycan və UNESCO arasında birgə fəaliyyətin həyata keçirilməsi, cari ilin may ayında Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, bu sahədə UNESCO və digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq imkanlarının yenidən nəzərdən keçirilməsi, 2018-ci ildə BMT Baş Assambleyasında “Bakı Prosesi”nin yubileyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

UNESCO baş direktorunun müavini Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqi sahəsində fəaliyyətini alqışladıqlarını və artıq dünya səviyyəsində ölkəmizin bu sahədə nümunə göstərildiyini, BMT-nin baş katibi Antonio Quterreşin və UNESCO baş direktorunun hesabatlarında “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına qlobal platforma kimi geniş yer verildiyini diqqətə çatdırıb.

Nazir Ə.Qarayev Azərbaycan Prezidentinin təşəbbüsü olan “Bakı Prosesi”nin artıq beynəlxalq bir hərəkata çevrilməsinin həm dövlətimizin bu sahədə davamlı və dayanıqlı siyasətinin, həm də beynəlxalq tərəfdaşların, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm, Dünya Ərzaq və Kənd Təsərrüfatı təşkilatlarının, Avropa Şurası, eləcə də ISESCO-nun birgə əməkdaşlığının bəhrəsi olduğunu vurğulayıb.

Görüşdə 2018-ci ilin əvvəlində tərəfdaş beynəlxalq qurumların iştirakı ilə “Bakı Prosesi”nə dair Beynəlxalq İşçi Qrupun iclasının keçirilməsinə dair qərar qəbul edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNESCO-nun baş qərargahında BDU-nun 100 illiyi təntənə ilə qeyd olunub

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO-da “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib

Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşünə qatılıb

Parisdə UNESCO Katibliyində görüşlər keçirilib

ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

İsrail UNESCO-nun Fələstinlə bağlı qərarına cavab verib – “Nə bacarırsız edin”

Bu ayın sonlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Azərbaycanın Birinci vitse-prezidenti Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb

Əbulfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb

Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib

Azərbaycan prezidenti UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordenini təqdim edib

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub

Odre Azule YUNESCO-nun baş direktoru təyin edilib

25 Avqust 2019, 18:07 (GMT +4)
Şəki rayonunun müxtəlif ərazilərində irimiqyaslı yanğınlar baş verib

24 Avqust 2019, 17:02 (GMT +4)
Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

24 Avqust 2019, 16:51 (GMT +4)
Tusk G7-ni İranla bağlı razılaşmağa çağırıb

24 Avqust 2019, 16:41 (GMT +4)
Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

24 Avqust 2019, 16:25 (GMT +4)
Honq Konqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

24 Avqust 2019, 16:22 (GMT +4)
İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

24 Avqust 2019, 16:19 (GMT +4)
Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

24 Avqust 2019, 15:58 (GMT +4)
Zelenski avqustun 29-nu Ukraynanın Müdafiəçilərinin Anım Günü elan edib

24 Avqust 2019, 15:45 (GMT +4)
Türkiyə Ordusu Suriyada mühasiryə düşən mövqeyi yaxınlığında yeni post qurub (FOTO)

24 Avqust 2019, 15:45 (GMT +4)
YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:22 (GMT +4)
Zelenski Ukrayna himnini ən vacib mahnı adlandırıb

24 Avqust 2019, 15:09 (GMT +4)
Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24 Avqust 2019, 14:57 (GMT +4)
İngiltərə ehtiyat valyutası olaraq dollardan imtina etməyi təklif edib

24 Avqust 2019, 14:47 (GMT +4)
Xaçmazda qaz xətti texnika ilə zədələnib

24 Avqust 2019, 14:32 (GMT +4)
Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

24 Avqust 2019, 14:29 (GMT +4)
Biarritz şəhərində G7 liderlərinin sammiti başlayır

24 Avqust 2019, 14:10 (GMT +4)
İraqda əzadarlıq mərasimi zamanı partlayış törədilib - 39 nəfər yaralanıb

24 Avqust 2019, 13:58 (GMT +4)
Sabah ölkə ərazisində hava bir qədər sərinləşəcək

24 Avqust 2019, 13:50 (GMT +4)
Türkiyə Şimali İraqda yeni antiterror əməliyyatına başlayıb

24 Avqust 2019, 13:39 (GMT +4)
Azərbaycanda çəltikçilik kooperativləri yaradılacaq

24 Avqust 2019, 13:24 (GMT +4)
Zelenski Krımı valideynlərindən uşağın oğurlanması ilə müqayisə edib

24 Avqust 2019, 12:57 (GMT +4)
Azərbaycan XİN Ukraynanın Müstəqillik Gününü təbrik edib

24 Avqust 2019, 12:53 (GMT +4)
Şimali Koreya yenə də Yapon dənizinə raket atıb

24 Avqust 2019, 12:44 (GMT +4)
Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

24 Avqust 2019, 12:39 (GMT +4)
Bu il Azərbaycanda 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

24 Avqust 2019, 12:14 (GMT +4)
Türkiyədə YAP adlı yeni siyasi partiya yaradılır

24 Avqust 2019, 12:05 (GMT +4)
İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib

24 Avqust 2019, 12:01 (GMT +4)
FHN: Şəkidə dağlıq zonada baş verən yanğın söndürülüb

24 Avqust 2019, 11:49 (GMT +4)
“Azəriqaz” qeyri-iş günlərində operativ xidmət göstərəcək

24 Avqust 2019, 11:40 (GMT +4)
Tramp Çindən gələn mallara rüsumları sərtləşdirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12