Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İİTKM Lənkəranda ictimai müzakirə təşkil edib

09 Dekabr 2017, 17:00 (GMT +4)

Bakı, 9 dekabr, SalamNews. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirib.

Mərkəzdən SalamNews-a verilən məlumata görə, Lənkəran şəhərində reallaşan tədbirdə cənub bölgəsinin Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlıdan olan 200-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi iştirak edib. Müzakirələrdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri qoyulub.

Tədbir iştirakçılarını Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov salamlayıb. O bildirib ki, Lənkəran iqtisadi rayonu çay, çəltik və sitrus meyvələri, baramaçılığın eləcə də digər sahələrin inkişaf etdirilməsi baxımından Azərbaycanda öndə gedən bölgələrdəndir. İqtisadi cəhətdən çox əhəmiyyətli və gəlir gətirən sahələr olduğu üçün dövlət başçısının da bu sahəyə xüsusi diqqət və qayğısı var.

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verilib. Elxan Mikayılov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar bölgələrdə iqtisadi aktivliyin artırılmasına və investisiya cəlbediciliyinin yaxşılaşdırılmasına imkan verib. Makroiqtisadi sabitliyin təmin olunması, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində görülən tədbirlər bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaradıb. Regionların bu şəraitdə yetərli səviyyədə bəhərlənməsi zəruridir.

Sektor müdiri həmçinin əlavə edib ki, Strateji yol xəritələrinin uğurlu icrası regionların sosial iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bölgələrdə, eləcə də Lənkəranda görülən işlər ümumlikdə Azərbaycanın inkişaf dinamikasını əks etdirir.

Davamlı və dönməz şəkildə bir neçə istiqamət üzrə aparılan islahatlar nəticəsində infrastruktur layihələri sürətlə icra edilir. Makroiqtisadi sabitliyin təmin olunması ilə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Bundan başqa kənd təsərrüfatı layihələrinin icrası, müasir texnologiyaların cəlb olunması bölgələrin iqtisadiyyatına, eyni zamanda, ixrac potensialına da müsbət təsir göstərir.

Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının meneceri Zaur Qardaşov Azexport portalının fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat təqdim edib. İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə Milli Məclisin Komitə sədri Hadı Rəcəbli, Vergilər nazirliyinin 6 saylı ərazi Vergilər Departamentinin Baş direktoru Ədalət Fərəcov və Kənd Təsərrüfatı nazirliyinin regional nümayəndələri iştirak edib. Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.

Müzakirələr “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək məqsədi ilə keçirilir.

Qeyd edək ki, iqtisadi islahat prosesi ilə bağlı regional müzakirələr Azərbaycanın bütün bölgələrini əhatə edir. İndiyə qədər Ağdam, Şəki, Quba, İsmayıllı, Gəncə, Sumqayıt, Şirvan da 1500-də artıq nümayəndə ilə regional müzakirə keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İİTKM ilə Azərbaycan Beynəlxalq Bankı arasında Memorandum imzalanıb

İİTKM Oxford Universitetində təqdimat edib

İİTKM Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək

İİTKM təcrübə proqramı elan edib

“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir

İİTKM: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir

İİTKM-da ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

İİTKM ABŞ biznes şurası ilə memorandum imzalayıb

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib

İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

İİTKM – də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM-nin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

İİTKM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırır

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

İİTKM növbəti Təcrübə Proqramını elan edir

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM yerli şirkətlərin nümayəndələri üçün təlim keçib

İİTKM Mingəçevirdə regional ictimai müzakirə keçirib

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66