Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

19 Dekabr 2017, 16:07 (GMT +4)

Bakı, 19 dekabr, SalamNews. Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə dekabrın 19-da "Muğam klub"da tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr edilmiş sərgisi ilə tanış olublar.

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək 25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1945-ci ildə yaradılmış UNESCO dünyada elm, təhsil, mədəniyyət, kommunikasiya sahələrində beynəlxalq əməkdaşlığa məsul olan təşkilatdır. Hazırda bu qurumun 195 üzvü və 11 assosiativ üzvü var. Azərbaycan təşkilata 1992-ci il iyunun 3-də üzv olub. Ümummilli lider Heydər Əliyevin 1994-cü il fevralın 21-də imzaladığı müvafiq Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Azərbaycan 25 il ərzində təşkilatla elm, təhsil, mədəniyyət, kommunikasiya, gender məsələləri, idman, gənclər və bir çox digər sahələr üzrə əməkdaşlıq edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz daha da genişlənib, Azərbaycan UNESCO-nun donor ölkəsinə çevrilib.

Əsgər Ələkbərov dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 25 il əvvəl üzv olan ölkəmizin bu müddət ərzində qurumla səmərəli əməkdaşlığından, tariximizin təbliği baxımından bu təşkilatla əməkdaşlığa verilən önəmdən, mədəni irsimizin qorunması baxımından dövlət tərəfindən atılan addımlardan, habelə UNESCO ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşan beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, mədəni irsimizin qorunması Azərbaycan dövləti üçün prioritet istiqamətdir. "Azərbaycan muğamı", "Aşıq sənəti", "Novruz bayramı", "Ənənəvi Azərbaycan xalçaçılıq sənəti", "Tar və onun ifaçılıq sənəti", "Azərbaycanda çövkən ənənəvi Qarabağ atüstü oyunu", "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti", "Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka", "Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi", "Simli musiqi aləti kamança, onun hazırlanması və ifaçılığı sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

UNESCO qərargahında Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərinin qeyd edildiyini söyləyən Ə.Ələsgərov deyib ki, Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir.

Əsgər Ələkbərov vurğulayıb ki, dövlətimizin başçısının 2007-ci il 16 may tarixli Fərmanı ilə yaradılan, mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət və qayğısı sayəsində qədim şəhərimizi nadir memarlıq-şəhərsalma kompleksi kimi möhkəmlədib, tarixi memarlıq abidələrinin bərpası, konservasiya və restavrasiya işlərini aparıb, vətənimizin irsinin beynəlxalq səviyyədə təbliğ edilməsində yüksək nailiyyətlər əldə edib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Komissiyanın sədr müavinləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov tədbirdə çıxış ediblər.

Tədbir UNESCO-nun Yubileylər Proqramına daxil edilmiş Azərbaycanın görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar şairin qəzəllərinə bəstələnmiş əsərlərdən ibarət konsert proqramı ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNESCO-nun baş qərargahında BDU-nun 100 illiyi təntənə ilə qeyd olunub

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO-da “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib

Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşünə qatılıb

Parisdə UNESCO Katibliyində görüşlər keçirilib

ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

İsrail UNESCO-nun Fələstinlə bağlı qərarına cavab verib – “Nə bacarırsız edin”

Bu ayın sonlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Azərbaycanın Birinci vitse-prezidenti Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb

Əbulfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb

Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib

Azərbaycan prezidenti UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordenini təqdim edib

UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub

Odre Azule YUNESCO-nun baş direktoru təyin edilib

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

17 İyul 2019, 14:48 (GMT +4)
Türkiyənin şərqində PKK minasına düşən iki uşaq həyatını itirib 

17 İyul 2019, 14:42 (GMT +4)
Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

17 İyul 2019, 14:33 (GMT +4)
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib

17 İyul 2019, 14:22 (GMT +4)
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17 İyul 2019, 14:14 (GMT +4)
Rusiyada azərbaycanlı həmyerlisini qətlə yetirib 

17 İyul 2019, 14:09 (GMT +4)
AQTA bağçalarda monitorinqlərə başlayıb

17 İyul 2019, 14:07 (GMT +4)
İran, Azərbaycan, Türkiyə və Rusiyanın Tehranda dördtərəfli toplantısı işinə başlayıb (FOTO)

17 İyul 2019, 14:04 (GMT +4)
Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12