Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə start verilir

19 Dekabr 2017, 16:25 (GMT +4)

Bakı, 19 dekabr, SalamNews. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır.

Şirkətdən SalamNews-a verilən məlumata görə, Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırmaq istəyir ki, bu həftədən başlayaraq Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsinə baryerlər quraşdırılacaq. Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer ötən yarışla müqayisədə növbəti yarışa hazırlıq işlərinin daha az vaxt aparacağını bildirib: “Biz növbəti dəfə Formula 1 yarışına yüksək səviyyədə ev sahibliyi etmək üçün artıq tikinti-quraşdırma işlərinin aparılması üçün hazırlıqlara start veririk. Əldə etdiyimiz təcrübələr sayəsində hazırlıq işlərinə hər ötən il daha az vaxt sərf edirik. Bu il tikinti-quraşdırma işləri ötən illə müqayisədə xeyli az olacaq. Belə ki, Paddok binası hazır vəziyyətdədir və həmçinin bu il qənbər daşlı hissə başda olmaqla bütövlükdə trek boyunca yeni asfalt qatının salınmasına ehtiyac olmayacaq. Bundan başqa, yarış həftəsonu üçün nəzərdə tutulan bəzi yerüstü keçidlər də ötən yarışdan etibarən şəhər sakinlərinin istifadəsindədir.

Digər tərəfdən çalışırıq ki, yarışa hazırlıq çərçivəsində gördüyümüz bütün işlərdə şəhər sakinlərinin rahat və fasiləsiz hərəkəti təmin olunsun. Fürsətdən istifadə edərək bütün paytaxt sakinlərini yenidən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşılan çətinlikləri anlayışla qarşılamağa dəvət edirəm”. Yarışla əlaqədar aparılan tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı trek əvvəllərində trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq.

İkinci mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək və bu mərhələdə avtomobil yolları açıq saxlanılmaqla trekin qalan hissələrinə təhlükəsizlik baryerləri quraşdırılacaq, trek ətrafında digər müvəqqəti obyektlərin quraşdırılması davam etdiriləcək və trek yarışa tam hazır vəziyyətə gətiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Virtual Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “Könüllü qonşu” aksiyasına qoşulublar

BŞH: Formula 1 üçün indiyədək alınmış biletlər keçərli sayılır 

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb

Formula 1 Azərbaycan Grand Prisi təxirə salına bilər

Formula 1 Azərbaycan Qran-Prisinə media akreditasiya bu gün başa çatır

Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

Nazir: Turizm baxımından "Formula 1" üzrə Azərbaycan Qran-prisinin faydaları var

Formula 1 yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib

Formula 1 Azərbaycan Qran-Prisinin dəqiq cədvəli açıqlanıb

İlham Əliyev: "Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir"

Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün marşalların qəbuluna başlanıb

Formula 2-də Antuan Yuber mükafatı təsis edilib

Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümünü qələbə ilə başa vurub

Formula 1: Müsabiqədə qalib gələn jurnalist Barselonaya göndəriləcək

Formula 1 və “EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Formula 1 yarışlarını işıqlandıran jurnalistlər üçün ingilis dili kursları keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılacaq

Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

27 May 2020, 18:03 (GMT +4)
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq

27 May 2020, 17:33 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

27 May 2020, 17:01 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin ərazisində “Bazarstore” açılıb

27 May 2020, 16:55 (GMT +4)
Tramp Twitter-i saxtakarlıqda ittihamlandırıb və sosial şəbəkələri bağlamaqla hədələyib

27 May 2020, 16:25 (GMT +4)
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

27 May 2020, 16:17 (GMT +4)
ABŞ Əfqanıstandakı qüvvələrinin sayını 8,600-ə endirib

27 May 2020, 16:06 (GMT +4)
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib

27 May 2020, 15:24 (GMT +4)
Husilərin raket zərbəsində Səudiyyənin dəstəklədiyi hökumət ordusunun baş qərargah rəisi yaralanıb

27 May 2020, 15:03 (GMT +4)
DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

27 May 2020, 14:45 (GMT +4)
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

27 May 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 56 nəfər ölüb

27 May 2020, 14:10 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

27 May 2020, 14:00 (GMT +4)
Bakıda evdə 84 yaşlı kişinin meyiti tapılıb

27 May 2020, 13:20 (GMT +4)
İsrail Livanın quru və hava məkanını pozub

27 May 2020, 13:07 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

27 May 2020, 12:36 (GMT +4)
Bakıda avtomobil divara çırpılıb (FOTO)

27 May 2020, 12:31 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var - KİV

27 May 2020, 12:21 (GMT +4)
Lənkəranda zəlzələ olub

27 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

27 May 2020, 11:56 (GMT +4)
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:26 (GMT +4)
Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

27 May 2020, 11:06 (GMT +4)
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər

27 May 2020, 11:00 (GMT +4)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

27 May 2020, 10:27 (GMT +4)
İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

27 May 2020, 10:22 (GMT +4)
Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

27 May 2020, 09:54 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb (VİDEO)

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66