Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Vasif Talıbov və Binəli Yıldırım arasında görüş olub

21 Dekabr 2017, 10:27 (GMT +4)

Bakı, 21 dekabr, SalamNewsDekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub.

SalamNews-un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verərək deyib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb.  Qeyd edilib ki, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dostluq və qardaşlıq münasibətlərimiz hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq inkişaf edir və bu əlaqələr dünyaya nümunədir. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə daim bir-birinə dəstək olur, eyni mövqedən çıxış edir. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm yeri olduğunu bildirən Ali Məclisin sədri diqqətə çatdırıb ki, təhsil, səhiyyə, mədəniyyət, ticarət, iqtisadiyyat və ordu quruculuğu sahələrində əlaqələrin inkişafı məmnunluq doğurur.

“Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları təşkil edib. Qardaş ölkə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir”, - deyən Ali Məclisin Sədri bu qərara görə qardaş Türkiyə hökumətinə hörmət və ehtiramını bildirib. Azərbaycan və Türkiyə xalqlarının tarixən bir yerdə olduğunu vurğulayan Ali Məclis Sədri Vasif Talıbov Türkiyə baş nazirinin Naxçıvana səfərinin bu əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərindən məmnunluğunu bildirən Türkiyənin Baş naziri Binəli Yıldırım ötən müddət ərzində Naxçıvanın böyük inkişafa nail olduğunu vurğulayıb. Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısındakı iştirakını və çıxışını xatırladan baş nazir qeyd edib ki, Azərbaycan prezidentinin həm Qüds məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri olduqca əhəmiyyətlidir. Baş nazir ölkələrimiz arasında münasibətlərin son 15 ildə sürətlə inkişaf etdiyini, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əlaqələrimizin daha da inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycan arasında, həmçinin iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.

Söhbət zamanı, eyni zamanda, İğdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olub.

Türkiyənin baş naziri Binəli Yıldırımın dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vasif Talıbov 60 illik yubileyini qeyd edir

Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edilib

Vasif Talıbov Ali Məclis Aparatının Ümumi şöbəsinin müdirini işdən çıxarıb

Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Vasif Talıbov Türkiyənin Milli Müdafiə naziri ilə görüşüb

Vasif Talıbov akademik Nailə Vəlixanlıya minnətdarlıq məktubu göndərib

Vasif Talıbov Ayətullah Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan-Türkiyə əlaqələri soykök və ortaq dəyərlər üzərində qurulub - Vasif Talıbov

Dini dəyərlərimiz içərisində Ramazan ayının özünəməxsus yeri var - Vasif Talıbov

Vasif Talıbov Naxçıvana səfər edən BMT rəsmisini qəbul edib

Vasif Talıbov İranın Şərqi Azərbaycan vilayətinin ostandarı ilə görüşüb

Vasif Talıbov İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru ilə görüşüb

Vasif Talıbov Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Vasif Talıbov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Vasif Talıbov İranın Azərbaycandakı səfiri ilə görüşüb

Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin ordu generalı ilə görüşüb

01 Aprel 2020, 18:00 (GMT +4)
Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

01 Aprel 2020, 17:51 (GMT +4)
Londonda koronavirusdan Somalinin sabiq baş naziri vəfat edib

01 Aprel 2020, 17:48 (GMT +4)
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək

01 Aprel 2020, 17:40 (GMT +4)
Gürcüstan hökuməti 3 ay ərzində vətəndaşların kommunal borclarını ödəyəcək

01 Aprel 2020, 17:34 (GMT +4)
Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrılıb

01 Aprel 2020, 17:27 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 1720-ə çatıb

01 Aprel 2020, 17:23 (GMT +4)
Tramp koronavirus haqqında məlumatları gizlədiyini etiraf edib

01 Aprel 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

01 Aprel 2020, 17:00 (GMT +4)
UNEC onlayn idarəetməyə keçib

01 Aprel 2020, 16:38 (GMT +4)
İraqda koronavirusa görə 600 məhbus azad edilib

01 Aprel 2020, 16:38 (GMT +4)
Rusiya alimləri COVID-19-u məhv etmək üçün üsul tapıb

01 Aprel 2020, 16:30 (GMT +4)
Nazirlik: Mənbəyi bəlli olmayan məlumatları sosial şəbəkələrədə bir-birinizə ötürməyin

01 Aprel 2020, 16:20 (GMT +4)
Tramp Rusiya və Səudiyyə Ərəbistanının neftlə bağlı danışıqlar keçirəcəyini açıqlayıb

01 Aprel 2020, 16:17 (GMT +4)
İsmayıllıda vətəndaşların dərmana olan ehtiyyacları təmin edilir

01 Aprel 2020, 16:11 (GMT +4)
“ASAN xidmət” vətəndaşlara pozitiv mesaj ötürüb (VİDEO)

01 Aprel 2020, 16:00 (GMT +4)
Dövlət Neft Fondu mart ayında satılan vəsaitin həcmini açıqlayıb

01 Aprel 2020, 15:50 (GMT +4)
Rumıniyada koronavirusa yoluxan 85 nəfər ölüb

01 Aprel 2020, 15:30 (GMT +4)
Operativ Qərargah: 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb

01 Aprel 2020, 15:24 (GMT +4)
Əfqanıstanda partlayış nəticəsində 8 nəfər həyatını itirib

01 Aprel 2020, 15:10 (GMT +4)
Ermənistanda koronavirusdan ölənlərin cəsədlərin yarılması qadağan edilib

01 Aprel 2020, 15:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Aprel 2020, 14:43 (GMT +4)
Mart ayı ərzində 278 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

01 Aprel 2020, 14:35 (GMT +4)
BMT inkişaf etməkdə olan ölkələrin koronavirusdan bərpası üçün ehtiyac olan vəsaitin məbləğini açıqlayıb

01 Aprel 2020, 14:21 (GMT +4)
Koronavirus Azərbaycanda: son 24 saatda 61 yeni yoluxma olub

01 Aprel 2020, 14:14 (GMT +4)
AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir

01 Aprel 2020, 14:11 (GMT +4)
İranda 47 min koronavirus xəstəsindən 15 mini sağalıb

01 Aprel 2020, 13:55 (GMT +4)
ABŞ-da koronavirusdan ölən xəstələrin sayı 4 mini ötüb

01 Aprel 2020, 13:50 (GMT +4)
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb

01 Aprel 2020, 13:40 (GMT +4)
Bir ildə Azərbaycanda 660 uşaq övladlığa götürülüb

01 Aprel 2020, 13:20 (GMT +4)
Azərbaycanlı inanclı gənclər koronavirusla bağlı maraqlı təşəbbüs irəli sürüblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66