Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ciddə şəhərində “Ekspo 2025” Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib

22 Dekabr 2017, 14:54 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərindəki mənzil-qərargahında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib.

“Ekspo 2025” Bakı Əməliyyat Katibliyindən SalamNews-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, təşkilatın katibliyinin yüksək vəzifəli rəsmiləri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı arasında inkişaf edən sıx münasibətlər barədə danışıb. Səfir çıxışında dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında məlumat verib.

Əsas təqdimatla çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi, bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyi 2017-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Beynəlxalq Sərgilər Bürosuna müvafiq məktubun göndərilməsi ilə irəli sürülüb.

Elçin Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisi ilə bağlı qısa müddət bundan əvvəl Azərbaycanın maliyyə naziri Samir Şərifovun sədrliyi ilə işçi qrupun, Bakıda və Parisdə əməliyyat katibliklərinin yaradıldığını diqqətə çatdırıb. O, Azərbaycanın “Ekspo 2025” üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olduğunu və beynəlxalq inkişaf gündəliyi, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını vurğulayıb. Qeyd edib ki, “Ekspo 2025” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərin müzakirəsi üçün universal platforma rolunu oynayacaq. “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək niyyəti ölkəmizin milli inkişaf strategiyasından irəli gəlir. Ekspo Sərgisinə ev sahibliyi etməsi ilə Azərbaycan öz iqtisadiyyatının, təhsil, səhiyyə və iş sektoruna yatırılan sərmayələr nəticəsində insan kapitalının daha da gücləndirilməsinə nail olacaq. “Ekspo 2025” Ümumdünya Sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcək.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İƏT-ə üzv dövlətlərin nümayəndələrinə müraciət edərək onları ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov İƏT-in baş katibinin müavini Həmid Opeleyori ilə görüşüb, “Bakı Ekspo 2025” layihəsinə dair fikir mübadiləsi aparıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Ekspo 2025” Ümumdünya Sərgisi Yaponiyada keçiriləcək

UNEC-in müəllimi “Bakı Ekspo 2025” elmi məqalə müsabiqəsinin qalibi olub

Afrika İttifaqının mənzil-qərargahında Bakının “Ekspo 2025” Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

Novruz Məmmədov: Bakının “Ekspo 2025” sərgisinə ev sahibi seçilmək şansı daha çoxdur

UNEC tələbəsi “Ekspo 2025 Bakı” esse müsabiqəsinin qalibi olub

Beynəlxalq Sərgilər Bürosunun Azərbaycanın "Ekspo 2025"ə namizədliyi ilə bağlı rəyi açıqlanıb

BMT-nin Baş Qərargahında Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib (FOTO)

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

24 İyun 2019, 17:46 (GMT +4)
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib

24 İyun 2019, 17:41 (GMT +4)
İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

24 İyun 2019, 17:35 (GMT +4)
Putin anti-Rusiya sanksiyalarına cavab olaraq ərzaq embarqosunun müddətini uzadıb

24 İyun 2019, 17:27 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

24 İyun 2019, 17:23 (GMT +4)
Səudiyyə Kralı Maykl Pompeo ilə görüşüb

24 İyun 2019, 17:15 (GMT +4)
Bugünədək kümçülər 626,05 ton barama təhvil veriblər

24 İyun 2019, 17:09 (GMT +4)
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24 İyun 2019, 16:50 (GMT +4)
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər 

24 İyun 2019, 16:50 (GMT +4)
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

24 İyun 2019, 16:27 (GMT +4)
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

24 İyun 2019, 16:14 (GMT +4)
Azərbaycanın risk xəritəsi hazırlanacaq

24 İyun 2019, 15:55 (GMT +4)
Türkiyə ABŞ-ın təhdidinə baxmayaraq S-400 sistemini əldə etdi - Çavuşoğlu

24 İyun 2019, 15:51 (GMT +4)
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

24 İyun 2019, 15:37 (GMT +4)
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

24 İyun 2019, 15:22 (GMT +4)
S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur - Türkiyənin NATO nümayəndəsi

24 İyun 2019, 15:15 (GMT +4)
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar

24 İyun 2019, 15:02 (GMT +4)
Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

24 İyun 2019, 14:45 (GMT +4)
De Niro və Stivin Kinq Rusiya əleyhinə video çarxda çəkilib (VİDEO)

24 İyun 2019, 14:32 (GMT +4)
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

24 İyun 2019, 14:20 (GMT +4)
Azərbaycanlı samboçu gümüş medal qazanıb

24 İyun 2019, 14:07 (GMT +4)
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12