Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azərbaycan Ağır Atletika Federasiyası ilin ən yaxşılarını mükafatlandırıb

30 Dekabr 2017, 16:20 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) 2017-ci ilin idman yekunları müzakirə edilib, ilin ən yaxşıları mükafatlandırılıb.

Federasiyadan SalamNews-a bildirilib ki, mərasimdə AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov, Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, federasiyanın Rəyasət Heyətinin üzvləri, həmçinin il ərzində fərqlənmiş idmançılar, onların məşqçiləri və mütəxəssislər iştirak ediblər.

AAAF-ın vitse-prezidenti Tofiq Heydərov 2017-ci ilin Azərbaycanın idman həyatında uğurlu olduğunu vurğulayıb. Bildirib ki, ağır atletlərimiz də il ərzində mühüm nailiyyətlər qazanıblar. O, IV İslam Həmrəyliyi Oyunlarında komandamızın üzvlərinin bir qızıl və üç bürünc medal qazanmalarını, Tailandda yeniyetmələr arasında dünya birinciliyində yığmamızın doqquzuncu pillədə qərarlaşmaqla gələn il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmasını, həmçinin sentyabrda Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində yığmamızın medal sayına görə birinci pillədə qərarlaşmasını böyük uğur kimi qiymətləndirib.

Qeyd edilib ki, 2017-ci ildə ağır atletikanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb, yeni zallar istifadəyə verilib, mövcud bazalarda əsaslı təmir-bərpa işləri aparılıb. Həmçinin AAAF yerli yarışların təşkilini daha yüksək səviyyədə təmin edib.

Uğurlu antidopinq siyasətinin tətbiqi nəticəsində bu mübarizədə böyük nailiyyətlərin əldə edilməsi ilə ağır atletikanın əsas problemlərindən birinin həlli istiqamətində ciddi addımların atıldığını bildirən vitse-prezident bu baxımdan Azərbaycan Milli AntiDopinq Agentliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

Sonra 2017-ci ildə uğurlu fəaliyyətlərinə və əldə etdikləri nailiyyətlərə görə ilin ən yaxşı idmançı, məşqçi və hakimləri təltif olunublar.

AAAF rəhbərliyinin seçiminə əsasən, ilin ən yaxşı idmançıları nominasiyasında Səbinə Əzimova, Rövşən Fətullayev, Elnarə Abbasova, Hüseyn İsmayılov, Rüstəm Qasımov, Tarmenxan Babayev, Rəhman Kazımov, Elşən Məmmədov, Məhəmməd Məmmədli, Kənan Xəlilov seçiliblər. İlin kəşfi idmançı Selcan Qarayeva ən yaxşı məşqçisi isə Asif Məmmədov, Taleh Hüseynov, Şəfi Hüseynov mükafatlandırılıblar.

İlin hakimi adına Azad Mustafayev layiq görülüb.

Həmçinin idmançılardan Tarmenxan Babayev, Rəhman Kazımov, Elşən Məmmədov, Elnarə Abbasova, məşqçilərdən Şəfi Hüseynov, Turan Abdullayev və Toğrul Məmmədliyə mənzillərin sertifikatları təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

26 May 2020, 17:01 (GMT +4)
Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

26 May 2020, 16:46 (GMT +4)
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

26 May 2020, 16:40 (GMT +4)
Amil Cavadov:Rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlərdən biri dövlətə sədaqətdir

26 May 2020, 16:28 (GMT +4)
Abşeronda avtomobil qaçıran şəxs saxlanılıb

26 May 2020, 16:25 (GMT +4)
Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

26 May 2020, 16:05 (GMT +4)
ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

26 May 2020, 16:00 (GMT +4)
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

26 May 2020, 15:43 (GMT +4)
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

26 May 2020, 15:41 (GMT +4)
Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:25 (GMT +4)
Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

26 May 2020, 14:56 (GMT +4)
Umayra Tağıyeva: Havanın temperaturu gündən-günə yüksələcək

26 May 2020, 14:43 (GMT +4)
Rusiya iyunun 1-dən etibarən daxili turizmdəki məhdudiyyətləri aradan qaldırmağa başlayacaq

26 May 2020, 14:11 (GMT +4)
ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

26 May 2020, 14:00 (GMT +4)
BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

26 May 2020, 13:31 (GMT +4)
Putinin mətbuat katibi xəstəxanadan evə buraxılıb

26 May 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 May 2020, 12:47 (GMT +4)
Çində içində naməlum maye olan qədim qab tapılıb

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66