Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Penitensiar müəssisələrdən azad edilmiş 5214 şəxsə birdəfəlik müavinət ödənilib

04 Yanvar 2018, 15:18 (GMT +4)

Bakı, 4 yanvar, SalamNews. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 5214 nəfər şəxsə birdəfəlik müavinət ödənilib. 

SalamNews xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Onun sözlərinə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də 12,06 faiz artırılaraq 520 manata çatdırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri 2017-ci ildə də davam etdirilib. Ötən il ölkədə 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında əmək bazarının tələblərinə uyğun peşələr üzrə ümumilikdə 14 peşə hazırlığı kursu təşkil olunub. Həmin kurslara qeyd olunan müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub. Peşə hazırlığı kurslarında müvafiq şəxslərə öz seçimlərinə uyğun olaraq avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, komputer texnikasının təmiri, inşaat rəngsazı, dülgər-xarat və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilib. Kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri verilib.

Ümumilikdə qeyd olunan Tədbirlər Planının icrası işlərinin davamı olaraq, təkcə son beş ildə, yəni 2013-2017-ci illər ərzində penitensiar müəssisələrdə məhkumluq müddəti bitməkdə olanlardan 780 nəfər şəxs peşə hazırlığına cəlb olunub.

Bu kursların təşkilində məqsəd penitensiar müəssisələrdən buraxıldıqdan sonra həmin şəxslərin yeni yiyələndikləri peşələr hesabına əmək bazarına çıxış və məşğulluq imkanlarına imkanlarına şərait yardılmasıdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

ƏƏSMN: 142 - Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

ƏƏSMN: 230 min şəxsə 190 manat ödənilib

ƏƏSMN: Ödənişli ictimai iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılır

ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

ƏƏSMN: 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

ƏƏSMN-də daha 15 növdə elektron arayış xidməti yaradılır

ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

ƏƏSMN-də xüsusi monitorinq qrupu yaradılacaq

ƏƏSMN: Ötən il 30 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

ƏƏSMN-nin tabeliyində yeni agentliklər və fond yaradılıb

Övladlığagötürmə sahəsində ƏƏSMN-ə yeni səlahiyyətlər verilib

ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

ƏƏSMN 6 yeni “e-arayış” xidmətini təqdim edib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66