Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ötən il ANAMA tərəfindən görülən işlərin statistikası açıqlanıb

06 Yanvar 2018, 13:56 (GMT +4)
ANAMA

Bakı, 6 yanvar, SalamNews. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) keçən il ərzində respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilməklə, ümumilikdə 92 843 672 kv.m (9 284.37 ha) ərazini təmizləyib.

ANAMA-dan  SalamNews-a verilən məlumata görə, həmin müddətdə 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib. Ümumilikdə, 35 356 ədəd mina və partlamamış hərbi sursat Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun qaydada zərərsizləşdirilib.

NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı üzrə Ağstafa rayonu Saloğlu layihəsi 2011-ci ildə uğurla başa çatdırıldıqdan sonra, əməkdaşlığın davamı olaraq növbəti Ceyrançöl layihəsinə 2012-ci ildə start verilib. Layihə üzrə keçən ilin 12 ayı ərzində Ağstafa rayonunun Ceyrançöl ərazisində 4 923 273 kv. m (492.33 ha) ərazi təmizlənib, 211 ədəd PHS, 601 ədəd təlim məqsədli sursatlar tapılaraq məhvetmə üsulu ilə zərərsizləşdirilib.

27 avqust 2017-ci il tarixində Xızı rayonu ərazisində yerləşən keçmiş Sovet dövründən qalmış hərbi hissənin silah-sursat anbarında partlayış baş verib. Partlayışdan sonra Agentliyin 195 nəfər şəxsi heyəti həmin ərazidə təmizləmə əməliyyatlarına cəlb olunub. İndiyədək 108 gün ərzində həyata keçirilən təmizləmə əməliyyatı zamanı 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 24 341 ədəd partlamamış hərbi sursat (PHS), 16 061 ədəd partlamış-yanmış sursat qalıqları və 91 783 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 77 519 669 kv.m (7 752 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. Ərazidə əməliyyatlar davam etdirilir.

Agentlik tərəfindən 2017-ci il yanvarın 25-dən 2017-ci il iyulun 3-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatdırılmış, nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmişdir. Təmizləmə əməliyyatları 126 gün davam etmiş, bu müddət ərzində ümümilikdə 4 590 878 kv.m ərazi müxtəlif üsullarla (613 094 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 2 257 644 kv.m minaaxtaran itlərin köməyi ilə və 113 000 kv.m ərazi isə SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb. Nəticədə 74 ədəd partlamamış hərbi sursat (PHS), 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına 17 noyabr 2017-ci il tarixində başlanılıb və 32 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina aşkar edilib, 511 300 kv.m (51.13 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində, 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitəsi ilə təmizləmə üçün hazırlanmış və 231 479 kv.m (23.15 ha) ərazi isə FEREX və EBİNGER dərinlik ölçən cihazı ilə yoxlanılmışdır. (Cəmi: 1 160 245 kv.m (116.02 ha)).

Ötən ilin aprel ayında Agentliklə Türkiyənin DENEL SOC LTD T/A DENEL LAND SYSTEMS INCOMPORATING MECHEM MƏRKƏZİ GUNEY AFRIKA TÜRKİYƏ ŞÖBƏSİ arasında bağlanılmış müqaviləyə əsasən 105 nəfərlik əməliyyat heyəti 13 may 2017-ci il tarixindən Türkiyənin İqdır vilayətinin İran İslam Respublikası ilə sərhəddində mina təmizləmə əməliyyatlarına cəlb olunmuşdur. 127 iş günü ərzində 116 279 kv.m (11.63 ha) ərazi təmizlənmiş, nəticədə 17 106 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Əməliyyatlar 2017-ci il noyabrın 30-da sona çatıb.

Agentlik tərəfindən 2017-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 172 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, avtopark ərazisinə, su arxına, daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar və Qoşqar çaylarının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Royal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 7 457 ədəd partlamamış hərbi sursat, 7 ədəd piyada mina və 64 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Nəticə etibarilə 171 344 kv.m (17.13 ha) ərazi yoxlanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Panamada COVID-19-un yeni növü yaranıb 

ANAMA mayda 285 partlamamış hərbi sursat zərərsizləşdirib

ANAMA Qazax və Ağstafada silah-sursat aşkarlanıb

ANAMA Nardaranda silah-sursat aşkarlayıb

ANAMA karantin dövründə 132 partlamamış hərbi sursatı zərərsizləşdirib

ANAMA: Sabirabadda iki ədəd əl qumbarası zərərsizləşdirilib

ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

ANAMA Gəncədə bir ədəd top mərmisini aşkarlayıb

ANAMA-nın 21-ci ildönümüdür

ANAMA: Aprel ayında 403 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA Tərtərdə partlamamış əl qumbarasını zərərsizləşdirib

Panama Aİ səfirini geri çağırıb

ANAMA 2018-ci il ərzində keçirilən əməliyyatlar barədə hesabat yayıb

AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

ANAMA Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA-nın mütəxəssisləri Ağstafa su anbarının sahilində altı partlamış-yanmış mərmi aşkarlayıblar

ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

ANAMA tərəfindən 3 ədəd partlamış hərbi sursat aşkarlanıb

ANAMA: 2603 ədəd hərbi sursat və mina zərərsizləşdirilib

Panama səfirini Venesueladan geri çağırır

07 İyul 2020, 14:04 (GMT +4)
Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

07 İyul 2020, 13:54 (GMT +4)
Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini açıqlayıb

07 İyul 2020, 13:49 (GMT +4)
Yəməndə Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında yenidən qarşıdurma başlayıb

07 İyul 2020, 13:33 (GMT +4)
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

07 İyul 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 198 nəfər koronavirusdan ölüb

07 İyul 2020, 13:18 (GMT +4)
AzTU-nun komandası "Aquahack" hakaton yarışında qalib gəlib

07 İyul 2020, 12:56 (GMT +4)
BSU-nun müəllimi koronavirusdan vəfat edib

07 İyul 2020, 12:53 (GMT +4)
Alimlər xəbərdarlıq edir: yaxın 10 ildə yeni koronavirus peyda olacaq

07 İyul 2020, 12:53 (GMT +4)
İldırımın stadionda qapıçını vurması kameralara düşüb (VİDEO)

07 İyul 2020, 12:40 (GMT +4)
DYP: Son sutka ərzində 1482 hərəkət iştirakçısı cərimələnib

07 İyul 2020, 12:23 (GMT +4)
Ermənistanda son sutkada 12 nəfər koronavirusdan ölüb 

07 İyul 2020, 12:20 (GMT +4)
“SABAH” qrupları təcrübəsi əsasında yeni pilot layihə həyata keçiriləcək

07 İyul 2020, 12:08 (GMT +4)
AZAL bu həftə İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

07 İyul 2020, 11:57 (GMT +4)
Fəratın şərqində ABŞ-ın nəzarətində olan bölgədə işğala qarşı etiraz aksiyaları keçirilib (VİDEO)

07 İyul 2020, 11:48 (GMT +4)
Bloomberg: Dünya ən böyük iqtisadi böhranı yaşayır

07 İyul 2020, 11:40 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkələrdə yeni hesablar yaradıb

07 İyul 2020, 11:23 (GMT +4)
Yaponiyada leysan yağışları 52 nəfərin ölümünə səbəb olub

07 İyul 2020, 11:20 (GMT +4)
Azərbaycanda 57 həkim koronavirusa yoluxub

07 İyul 2020, 11:06 (GMT +4)
Azərbaycanlı alimlər günəş enerjisindən istifadə sahəsində yeni ixtira kəşf edib

07 İyul 2020, 11:03 (GMT +4)
Britaniya Kaşıkçının qətli ilə bağlı Səudiyyənin 20 rəsmisinə sanksiya tətbiq edib

07 İyul 2020, 10:58 (GMT +4)
Braziliya prezidenti özündə koronavirusun simptomlarını aşkar edib

07 İyul 2020, 10:48 (GMT +4)
Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb

07 İyul 2020, 10:38 (GMT +4)
Bakıda gizli fəaliyyət göstərən “play station” zalı aşkarlanıb

07 İyul 2020, 10:26 (GMT +4)
Tehranın Baqir-şəhr qəsəbəsində sexdə partlayış baş verib, ölən və yaralananlar var

07 İyul 2020, 10:17 (GMT +4)
Kiyev İranda vurulan təyyarə ilə bağlı BMT məhkəməsinə müraciət edə bilər

07 İyul 2020, 10:08 (GMT +4)
Nazir: Bu il ölkədə əməkhaqqı fondu 8 faiz artıb

07 İyul 2020, 09:56 (GMT +4)
Ərdoğan Nazarbayevlə telefon danışığı keçirib

07 İyul 2020, 09:53 (GMT +4)
Qasim Süleymaninin terror edilməsi beynəlxalq qanunlara ziddir – BMT-nin xüsusi məruzəçisi

07 İyul 2020, 09:48 (GMT +4)
Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

07 İyul 2020, 09:30 (GMT +4)
ƏƏSMN: Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66