Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

MBNP-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 Yanvar 2018, 18:00 (GMT +4)

Bakı, 19 yanvar, SalamNewsMaliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycan tarixinin ən faciəli və eyni zamanda şərəfli səhifəsi olan, həmçinin müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq nümunəsi olan 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

MBNP-nin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, palatanın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda davam etdilər.

İ.Alışov qeyd edib ki, 20 Yanvar hadisəsinə ilk rəsmi etiraz edən, xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Məhz Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb.

Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin həllinə dəstək göstərdiyini qeyd edən İ.Alışov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 20 Yanvar şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması dövlət səviyyəsində mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyulub. Dövlətimizin başçısının sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksi yaradılıb.

Tədbirdə "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq palatanın sifarişi əsasında hazırlanmış 20 Yanvar faciəsinə həsr olunan film nümayiş etdirilib.

Qeyd edək ki, yanvarın 20-də Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyəti Şəhidlər xiyabanını ziyarət edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MBNP ötən ay gördüyü işlərlə bağlı statistika açıqlayıb

MBNP və "Visa" arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

MBNP fəaliyyətə başladığı dövrdən sığorta sektorunun aktivləri 64% artıb

MBNP-da elektron bankçılıq xidmətləri sahəsində növbəti tədbir keçirilib

MBNP: Sığortaçılar üçün attestasiya təşkil olunacaq

MBNP: Yanvarda bankların kredit portfeli 12.5 milyard manat təşkil edib

MBNP: Sığortaçılar üçün attestasiya keçiriləcək

MBNP-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

MBNP mütəxəssisləri beynəlxalq təlimdə iştirak edib

MBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilib 

MBNP-da Strateji Yol Xəritələri ilə bağlı növbəti aylıq iclas keçirilib

MBNP, ASA və İSB arasında görüş keçirilib

MBNP-da Strateji Yol Xəritələrinin icrası ilə bağlı növbəti iclas keçirilib

MBNP-da kənd təsərrüfatı sığortası müzakirə edilib

MBNP Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim keçirib

MBNP-da Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub

MBNP-da “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüş keçirilib

MBNP bank sistemində rəqəmsallaşma üzrə diaqnostika aparıb

MBNP “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində sahibkarlarla görüş keçirib

Parlament Jurnalistlər Birliyi MBNP, Mərkəzi Bank və digər banklara müraciət ünvanlayacaq

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66