Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

BMT-nin Baş Qərargahında Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib (FOTO)

08 Fevral 2018, 09:00 (GMT +4)

Bakı, 8 fevral, SalamNews. Bu gün BMT-nin Nyu Yorkdakı baş qərargahında Ümumdünya sərgisi Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə Ekspo 2025 Bakı layihəsinin BMT üzv dövlətlərinə təqdimatı keçirilib.

Ekspo 2025 Bakı Əməliyyat Katibliyindən SalamNews-a verilən məlumata görə, təqdimata dünyanın 120-ə yaxın ölkəsindən nümayəndələr təşrif buyurmuşdur.

Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı Baş Qərargahında Azərbaycan Respublikasının daimi nümayəndəsi səfir Yaşar Əliyev giriş sözü ilə çıxış edərək, Azərbaycan tərəfinin dəvətini qəbul edib tədbirə toplaşan həmkarları salamlayaraq BMT-nin ən çox sayda dünya ölkələrini bir araya gətirən müstəsna platforma olduğunu bildirərək, Azərbaycanın bu gün “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğuladı.

Daha sonra təqdimata başlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosunda (BSB) nümayəndə heyətinin rəhbəri səfir Elçin Əmirbəyov Bakının “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyinə namizəd olması təklifinin arxasında dayanan səbəbləri ətraflı şəkildə təqdim etdi. O, Bakının təklif etdiyi mövzunu – “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt-mövzularını təfərrüatla izah etdi. Təqdimatdan sonra BMT üzv-dövlətlərinin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun iri-miqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraq “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izlədilər.

Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupunun rəhbəri BMT üzv-dövlətlərini Bakının “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün irəli sürülmüş namizədliyinə müsbət yanaşmağa və 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyası sesiyasında keçiriləcək səçkilərdə Azərbaycanın lehinə səs verməyə dəvət etdi.

Tədbir haqqında danışarkən, E.Əmirbəyov qeyd etdi:

“Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etməklə Bakı dünya birliyinə cəmiyyətin və bəşəriyyətin gələcəyini araşdırmaq, bütün dövlətlərə BMT Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün səfərbər olmaq və bu gün planetimizin qarşısında dayanan qlobal tehdidlərin bəzilərini səmərəli şəkildə həll etmək imkanı verəcək. “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Əgər seçilərsə, Bakı ümümdünya “Ekspo” sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman “Ekspo” sərgilərinə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq. Biz dünən BMT-nin Baş Qərargahında çox sayda ölkələrin nümayəndələrini görməkdən şərəf hissi duyduq. Biz Bakının Ekspo 2025-lə bağlı baxışlarını təqdim etməkdən məmnunluq hissi keçirdik. “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki Baş Qərargahında Bakının Ekspo 2025 təklifinin rəsmı təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT üzv-dövlətlərinə məlumat vermək imkanından məmnun olduq”.

“Ümumdünya Ekspo 2025” sərgisinə Bakının ev sahibliyi ilə bağlı daha təfərratlı məlumat almaq üçün bura baş vurun: www.bakuexpo2025.com

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Ekspo 2025” Ümumdünya Sərgisi Yaponiyada keçiriləcək

UNEC-in müəllimi “Bakı Ekspo 2025” elmi məqalə müsabiqəsinin qalibi olub

Afrika İttifaqının mənzil-qərargahında Bakının “Ekspo 2025” Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

Novruz Məmmədov: Bakının “Ekspo 2025” sərgisinə ev sahibi seçilmək şansı daha çoxdur

UNEC tələbəsi “Ekspo 2025 Bakı” esse müsabiqəsinin qalibi olub

Beynəlxalq Sərgilər Bürosunun Azərbaycanın "Ekspo 2025"ə namizədliyi ilə bağlı rəyi açıqlanıb

Ciddə şəhərində “Ekspo 2025” Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib

19 Sentyabr 2019, 17:36 (GMT +4)
Bakının Baş planının hazırlanması ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib (FOTO)

19 Sentyabr 2019, 17:20 (GMT +4)
Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

19 Sentyabr 2019, 16:58 (GMT +4)
“ABAD”ın ümumi dövriyyəsi 80 faiz artıb

19 Sentyabr 2019, 16:52 (GMT +4)
Tacikistanın nümayəndə heyəti Xaçmaz Konserv Zavodunda olublar

19 Sentyabr 2019, 16:45 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

19 Sentyabr 2019, 16:37 (GMT +4)
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

19 Sentyabr 2019, 16:36 (GMT +4)
Sergey Lavrov Aramco-ya hücuma görə İranın ittihamlandırılmasını qınayıb

19 Sentyabr 2019, 15:52 (GMT +4)
Hazırda neftin satışı ilə bağlı vəziyyətimiz müharibə zamanından da çətindir – İranın neft naziri

19 Sentyabr 2019, 15:46 (GMT +4)
Gələn il Bakıda daha iki «ASAN xidmət» mərkəzi açılacaq

19 Sentyabr 2019, 15:13 (GMT +4)
Pi - Car elektromobilinin NEUTRINOVOLTAIC konvertorlu alman layihəsi elektromobilliyinin uğursuzluğa uğramasının qarşısını alacaq

19 Sentyabr 2019, 15:11 (GMT +4)
Şəmkirin Dəllər Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb

19 Sentyabr 2019, 14:52 (GMT +4)
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

19 Sentyabr 2019, 14:50 (GMT +4)
«B komandası» Trampı aldadıb onu müharibəyə sürükləməyə çalışır  - Cavad Zərif

19 Sentyabr 2019, 14:34 (GMT +4)
Vətəndaşa bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

19 Sentyabr 2019, 14:18 (GMT +4)
Aramco-nun vurulması fonunda Səudiyyə paytaxtında həyəcan siqnalı verilib

19 Sentyabr 2019, 14:17 (GMT +4)
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb

19 Sentyabr 2019, 14:04 (GMT +4)
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb

19 Sentyabr 2019, 13:57 (GMT +4)
İqor Ponomaryov "Sabah"ın müvəqqəti baş məşqçisi təyin olunub

19 Sentyabr 2019, 13:35 (GMT +4)
Bakıda 5 ağacı kəsən şəxs cərimələnib

19 Sentyabr 2019, 13:11 (GMT +4)
"İrəli" üzvləri Beynəlxalq layihədə iştirak edir

19 Sentyabr 2019, 13:05 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 28 dərəcəyə kimi yüksələcək

19 Sentyabr 2019, 12:48 (GMT +4)
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub

19 Sentyabr 2019, 12:42 (GMT +4)
Elektron Hökumətin İnkişafı Mərkəzinin əhatəsi daha da genişlənir

19 Sentyabr 2019, 12:35 (GMT +4)
Tacikistanın nümayəndə heyəti “ABAD Factory” Kompleksi ilə tanış olublar (FOTOLAR)

19 Sentyabr 2019, 12:25 (GMT +4)
İsrailin istənilən yeni baş naziri ilə danışıqlara hazırıq - Fələstinin xarici işlər naziri

19 Sentyabr 2019, 12:19 (GMT +4)
Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb

19 Sentyabr 2019, 12:11 (GMT +4)
Xələf Xələfov: Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir

19 Sentyabr 2019, 12:03 (GMT +4)
“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilir

19 Sentyabr 2019, 11:45 (GMT +4)
Şəhid Müşfiq Orucovun anım mərasimi keçirilib

19 Sentyabr 2019, 11:44 (GMT +4)
İran bölgədə gərginliyin yeni dalğası fonunda irimiqyaslı hərbi təlimlərə start verir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66