Mobil versiya RU AZ
_




DÜNYA » İDMAN

Sabah Pxençan-2018 Qış Olimpiya Oyunları start götürür

08 Fevral 2018, 12:32 (GMT +4)

Bakı, 8 fevral, SalamNewsFevralın 9-da Cənubi Koreyanın Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Pxençan yalnız üçüncü cəhddən sonra Qış Olimpiya Oyunlarının paytaxtı seçilib. Cənubi Koreya 2010-cu və 2014-cü illərdə Oyunlara ev sahibliyi etmək uğrunda mübarizə aparsa da, bu hüquq Vankuver və Soçi şəhərlərinə verilmişdi.

SalamNews TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Olimpiadanın açılış mərasimi fevralın 9-da Alpenziya dağ xizəyi kurortundakı Hvanqe olimpiya parkında baş tutacaq. Tədbir soyuq hava şəraitində (mənfi 10 dərəcə) keçiriləcək. Mərasimin keçiriləcəyi stadionun üstü açıqdır. İdmançıların əksəriyyəti yarış ərəfəsində xəstələnməmək üçün Oyunların açılışına qatılmayacaqlarını bildiriblər.

Budəfəki Qış Olimpiya Oyunlarında 92 ölkədən 2925 idmançı mübarizə aparacaq. Müqayisə üçün qeyd edək ki, 2014-cü il Soçi şəhərində keçirilən Oyunlara 88 ölkədən 2858 idmançı qatılmışdı. Malayziya, Sinqapur, Ekvador, Eritreya, Nigeriya və Kosovo atletləri Qış Oyunlarında ilk dəfə iştirak edəcəklər. KXDR komandasına xüsusi kvota verilib və bu ölkə Oyunlarda 22 idmançı, o cümlədən Şimali və Cənubi Koreyanın qadınlardan ibarət vahid xokkey komandası ilə təmsil olunacaq.

Rusiyalı idmançılar qış oyunlarına olimpiya bayrağı altında çıxacaqlar. Bu ölkənin nümayəndə heyətinə bütün milli simvollardan, o cümlədən dövlət gerbi, Rusiya Olimpiya Komitəsinin emblemi və “Team Russia” əmtəə nişanından istifadə etmək qadağan olunub. Bununla yanaşı, azarkeşlər tribunalarda Rusiya bayrağını sərbəst şəkildə nümayiş etdirə bilərlər.

Soohorang adlı ağ pələng balası Oyunların simvolu seçilib. Yerli xalqın inanclarına görə, bu heyvan etibar, güc və müdafiə rəmzidir. Bəzi yerli sakinlər isə hesab edirlər ki, Koreya yarımadası formasına görə məhz pələngi xatırladır. 2018-ci il Paralimpiadasının talismanı isə cəsarət və qələbə əzmini simvolizə edən Bandabi adlı Himalay ayısıdır.

Qış oyunlarının iştirakçıları iki Olimpiya kəndində yerləşəcək. Onlardan biri Pxençanda, digəri isə Kannın şəhərindədir. Oyunların proqramına 15 idman növü daxildir və idmançılar 102 dəst medal uğrunda mübarizə aparacaqlar.

Olimpiadanın bağlanış mərasimi fevralın 25-nə planlaşdırılıb. Əgər Beynəlxalq Olimpiya Komitəsinin Rusiya nümayəndələrinə iradı olmasa, yekun parad zamanı onlara ölkə bayrağını qaldırmağa icazə veriləcək.

Azərbaycan Oyunlarda bir idmançı ilə təmsil olunacaq. Atletimiz Patrik Braxner slalom və böyük slalom yarışlarında çıxış edəcək. O, 2014-cü ildə Soçidə keçirilən Olimpiadada da ölkəmizin idman şərəfini qoruyub.

Qeyd edək ki, Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən iştirak edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Mart 2019, 13:58 (GMT +4)
SalamNews İA oxucularını Novruz bayramı münasibətilə təbrik edir

20 Mart 2019, 01:01 (GMT +4)
Azərbaycanda Novruz bayramı qeyd olunur

20 Mart 2019, 00:58 (GMT +4)
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür

19 Mart 2019, 18:00 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

19 Mart 2019, 17:52 (GMT +4)
Bakıda “Caspian Agro” sərgisi keçiriləcək

19 Mart 2019, 17:46 (GMT +4)
Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə üçün Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:41 (GMT +4)
Dövlət Komissiyası azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb

19 Mart 2019, 17:37 (GMT +4)
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiqləyib

19 Mart 2019, 17:37 (GMT +4)
Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcək 

19 Mart 2019, 17:31 (GMT +4)
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

19 Mart 2019, 17:30 (GMT +4)
Ərdoğanın mitinqində Yeni Zelandiyadakı terror hücumunun videosu yayımlanıb (VİDEO)

19 Mart 2019, 17:23 (GMT +4)
DMX işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib

19 Mart 2019, 17:19 (GMT +4)
Xətai rayonunda Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:14 (GMT +4)
İrandan Avropa ölkələrinə aparılan 110 kq-dan çox heroin Azərbaycanda saxlanılıb

19 Mart 2019, 17:13 (GMT +4)
Əfqanıstanın qərbində sel daşqınları 13 nəfərin həyatına son qoyub

19 Mart 2019, 17:12 (GMT +4)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib

19 Mart 2019, 16:58 (GMT +4)
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

19 Mart 2019, 16:55 (GMT +4)
Yeni Zelandiya Baş naziri müsəlmanları vuran terrorçunun adını heç vaxt tələffüz etməyəcəyinə söz verib

19 Mart 2019, 16:52 (GMT +4)
Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

19 Mart 2019, 16:44 (GMT +4)
100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

19 Mart 2019, 16:32 (GMT +4)
25-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcək

19 Mart 2019, 16:26 (GMT +4)
İŞİD-in son qalası nəzarətə götürülüb – Onlarla terroçu təslim olub (VİDEO)

19 Mart 2019, 16:25 (GMT +4)
“Nar” abunəçiləri üçün Novruz kampaniyası keçirir

19 Mart 2019, 16:17 (GMT +4)
Brüsseldə partlayış təhlükəsi səbəbiylə AB qərargahı yaxınlığındakı binadan insanlar təxliyə edilib

19 Mart 2019, 16:15 (GMT +4)
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olunub

19 Mart 2019, 16:03 (GMT +4)
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (VIDEO)

19 Mart 2019, 15:56 (GMT +4)
Rəqəmsal bankçılıq sahəsində Rabitəbank ölkədə ilkə imza atıb

19 Mart 2019, 15:45 (GMT +4)
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək

19 Mart 2019, 15:38 (GMT +4)
Yeni Zenlandiya parlamenti iclasını Quran tilavəti ilə açıb (VİDEO)

19 Mart 2019, 15:34 (GMT +4)
“Azərişıq” və “Azərenerji” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66