Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Azərbaycanda qanunsuz yaşayan 2 Hindistan, 1 Pakistan və 3 Nepal vətəndaşı saxlanılıb

09 Fevral 2018, 15:36 (GMT +4)

Bakı, 9 fevral, SalamNews. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 2 nəfər Hindistan Respublikası, 1 nəfər Pakistan İslam Respublikası və 3 nəfər Nepal vətəndaşı saxlanılıb.

Bu barədə  SalamNews-a DMX-dən məlumat verilib. 

Araşdırma zamanı məlum olub ki, Bakı şəhərində Qərbi Kaspi Universitetinin hazırlıq kursunda təhsil alan Hindistan vətəndaşı Verma Dalip Kumar, öz həmvətəni Jagmeet Singh tərəfindən təsis edilmiş “Mops Tour and Travel” MMC vasitəsilə sosial şəbəkələrdən istifadə etməklə əcnəbilərin Azərbaycana gətirilməsi və burada yerləşdirilməsini təşkil edib, onların müvəqqəti yaşama üçün icazə vəsiqələri ilə təmin olunmasına dair vədlər verib.

Nepal vətəndaşları Kuldip Mahara, Mandal Santosh Kumar və Mandal Suraj Kumar həmin şirkətin vasitəsilə Azərbaycandakı əlaqələndiriciləri Verma Dalip Kumarla bağlantı yaradıblar. Verma Dalip Kumar qeyd edilən Nepal vətəndaşlarını dələduzluq yolu ilə aldadaraq onlara Azərbaycanda guya işlə təmin ediləcəklərinə dair vədlər verib, ilkin mərhələdə 2500 ABŞ dolları məbləğində pul vəsaitlərini alaraq mənimsəyib.

Nepal vətəndaşları bu il yanvarın 17-də ölkə ərazisinə daxil olub, Verma Dalip Kumar tərəfindən qarşılanıb, “İçəri Şəhər”də kirayə mənzilə yerləşdiriliblər. Verma Dalip Kumar qeyd olunan əcnəbilərə müvəqqəti yaşama üçün icazə vəsiqələri almaqla Azərbaycanda yaşayışlarını leqallaşdıracağına söz verib və onların vasitəsilə Nepal vətəndaşlarının gələcəkdə Azərbaycana kütləvi şəkildə gətirilməsini təşkil edəcəyini bildirib.

Verma Dalip Kumar Nepal vətəndaşlarına nəzarət olunması, onların yeməklə təmin edilməsi məqsədilə aylıq 200 manat ödəniş müqabilində Rəssamlıq Akademiyasında təhsil alan Pakistan vətəndaşı Ijaz Muhammad ilə razılaşıb. Ijaz Muhammad Nepal vətəndaşları ilə bir evdə yaşayıb, onları olduqları yer üzrə qeydiyyata aldırıb və gündəlik qidalanmalarını təmin edib.

Görülmüş tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Nepal vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Eyni zamanda keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 1 nəfər Nigeriya Federativ Respublikasının vətəndaşı Azeez Olalekan Kareem saxlanılıb, əcnəbinin təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğu məlum olub, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması təmin edilib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda ilk platforma şirkəti yaradılıb

Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda bələdiyyə sədri həbs edilib

ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Azərbaycan nefti bahalaşıb

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

Azərbaycan benzin istehsalını azaldıb

Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

Azərbaycanın FIFA referisi Braziliya millisinin oyununa təyinat alıb

Azərbaycan nefti ucuzlaşıb

Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66