Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Azərbaycandakı dini konfessiyalar seçkilərlə bağlı bəyanat qəbul edib

14 Fevral 2018, 11:37 (GMT +4)

Bakı, 14 fevral, SalamNews, K.Orxan. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı bütün dini konfessiyaların təmsilçiləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib.

SalamNews xəbər verir ki, bəyanatda bildirilir: "Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları - müsəlman, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə — Prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik.

Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyev həzrətlərinin misilsiz əzm və səyləri sayəsində Azərbaycan xalqı müstəqilliyimizin əbədi və dönməzliyinə əmindir.

Azərbaycan siyasətinin avanqardında yer alan Yeni Azərbaycan Partiyası qarşıdan gələn Prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini irəli sürmüşdür. Bu namizəd, əslində, bütün xalqın namizədidir. Azərbaycan dindarlarının ümumi mövqeyi Prezident seçkilərində məhz İlham Əliyevin ən layiqli namizəd olmasından ibarətdir. Siyasi, iqtisadi, mənəvi böhranlarla üz-üzə qalan dünyada sabitlik, rifah və dini-mənəvi stabillik məkanı olan ölkəmizin uğurları həqiqətən böyük dəyər kəsb edir. Biz, Azərbaycan dindarları, dini icma rəhbərləri müstəqil Azərbaycanda uğurlu din-dövlət siyasətinin bəhrəsi olan tolerant, multikultural, hüquqi-demokratik cəmiyyəti dünyanın istənilən nöqtəsində qürur hissi ilə təmsil etməkdən məmnunluq duyuruq. 

Biz dünyəvi dövlət şəraitində dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımların, göstərilən misilsiz səylərin qarşısında yalnız və yalnız bu uğurlu xəttin davam və inkişafını dəstəkləyirik.

Azərbaycan Respublikasında 11 aprel tarixli Prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik kilsəsinin yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Allahşükür Paşazadə Rusiyanın İƏT-də olan daimi nümayəndəsi ilə görüşüb

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Şeyxülislam Allahşükür Paşazadə: Qloballaşan dünyada mənəvi-əxlaqi dəyərlər nəzərə alınmır

Türkiyə KİV-lərində Allahşükür Paşazadənin fəaliyyəti ilə bağlı məqalə yayımlanıb

Şeyxülislam Allahşükür Paşazadə Küveytə səfər edəcək

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Almaniyaya gedəcək

Allahşükür Paşazadə İspaniyaya səfərə gedəcək

Allahşükür Paşazadə: Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir

Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Allahşükür Paşazadə sabah Qazaxıstana gedəcək

Allahşükür Paşazadə Çeçenistana səfərə gedəcək

Allahşükür Paşazadə Misir parlamentinin nümayəndə heyəti ilə görüşüb

Allahşükür Paşazadə Almaniya səfirini qəbul edib

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Allahşükür Paşazadə Vyanada beynəlxalq tədbirə qatılacaq

Allahşükür Paşazadənin rəhbərliyi ilə bayram namazı qılınıb 

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qüdsdə baş verən hadisələrə qəti etiraz edirik- Allahşükür Paşazadə

18 Yanvar 2019, 14:40 (GMT +4)
"Azərişıq": Ölkədə elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

18 Yanvar 2019, 14:35 (GMT +4)
Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları tapılıb 

18 Yanvar 2019, 14:31 (GMT +4)
AQTA-da 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 14:22 (GMT +4)
“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin  sayı sürətlə artır

18 Yanvar 2019, 14:15 (GMT +4)
Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək

18 Yanvar 2019, 14:03 (GMT +4)
Gömrük Komitəsinə 2018-ci ildə 2,5 milyon elektron müraciət daxil olub

18 Yanvar 2019, 14:00 (GMT +4)
“AtaSığorta” iri sığorta ödənişləri həyata keçirib

18 Yanvar 2019, 13:59 (GMT +4)
OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

18 Yanvar 2019, 13:54 (GMT +4)
Türkiyə İdlib razılaşmasının pozulmasına imkan verməyəcək - Türkiyə XİN

18 Yanvar 2019, 13:42 (GMT +4)
Avropa dövlətləri ABŞ-ın İrana qarşı Polşa konfransına qatılmaq istəmir - KİV

18 Yanvar 2019, 13:31 (GMT +4)
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18 Yanvar 2019, 13:23 (GMT +4)
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 13:08 (GMT +4)
Əfqanıstanda qar uçqunu nəticəsində 8 nəfər ölüb 

18 Yanvar 2019, 12:53 (GMT +4)
Türkiyə Kolumbiyada baş vermiş terror aktını pisləyib

18 Yanvar 2019, 12:39 (GMT +4)
Qayda pozan sürücülərin avtomobilləri duracağa aparılacaq

18 Yanvar 2019, 12:33 (GMT +4)
Nazirlik: Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılmayacaq

18 Yanvar 2019, 12:20 (GMT +4)
Polad Bülbüloğlu: Biz Dağlıq Qarabağla bağlı vəziyyətdə Moskvanın köməyinə ümid edirik

18 Yanvar 2019, 12:20 (GMT +4)
DİN: Ötən gün 33 nəfər saxlanılıb

18 Yanvar 2019, 12:07 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 11:59 (GMT +4)
Nazir Azad Rəhimov Abşeronda vətəndaşlarla görüşüb (FOTO)

18 Yanvar 2019, 11:55 (GMT +4)
İlk dəfə olaraq İsrailin təhlükəsizlik şurasının sədri Səudiyyə üzərindən Hindistana gedib

18 Yanvar 2019, 11:51 (GMT +4)
Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18 Yanvar 2019, 11:43 (GMT +4)
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq

18 Yanvar 2019, 11:39 (GMT +4)
DSMF tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

18 Yanvar 2019, 11:33 (GMT +4)
Suriya Ordusu hücuma keçmək istəyən kamikadzeləri məhv edib (VİDEO)

18 Yanvar 2019, 11:24 (GMT +4)
Rusiyada iki “Su-34” qırıcı təyyarəsi toqquşub

18 Yanvar 2019, 11:10 (GMT +4)
İŞİD Maqnitoqorskdakı partlayışa görə məsuliyyəti üzərinə götürüb

18 Yanvar 2019, 10:59 (GMT +4)
İntensiv aksiyalardan sonra Sudan hökuməti məvacibləri qaldırıb

18 Yanvar 2019, 10:58 (GMT +4)
Tramp ABŞ nümayəndə heyətinin Davosa səfərini ləğv edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66