Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradılıb

14 Fevral 2018, 14:19 (GMT +4)

Bakı, 14 fevral, SalamNews. Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradılıb.

İİTKM-dən SalamNews-a verilən məlumata görə, Azərbaycanda dünyada ilk dəfə olaraq on-line vahid ixrac ərizəsi təqdim olundu. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və Azexport portalı vasitəsilə həyata keçirəcək. Beləliklə, sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurulmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. Qeyd edək ki, ixracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında nəzərdə tutulub.

Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsininindoldurulması sistemi intellektual məntiqə əsaslanaraq qurulub. Yəni istifadəçi özü haqqında minimal məlumatları daxil edir. Sahibkar bu məlumatları yalnız bir dəfə daxil etməklə (məsələn: malın adı və ixrac ölkəsi) digər zəruri məlumatlar, o cümlədən idxal ölkəsi üçün tələb olunan sənədlər sistem tərəfindən avtomatik müəyyən edilir və ərizəçiyə təqdim edilir. Sonrakı mərhələdə ərizəçinin razılığı əsasında elektron vahid ixrac ərizəsi formalaşır və tələb olunan icazələrin alınması üçün sistem tərəfindən müəyyən edilmiş iştirakçılara (dövlət qurumlarına) ünvanlanır.

Qeyd edək ki, sistemin işə salınması ixrac proseduralarının icrasında məmur sahibkar təmasını minimuma endirəcək və sənədlərin icra müddəti bir neçə dəfə azalacaq. Bundan əlavə, respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Vahid ərizə konsepsiyası əsasında bütün ixrac icazələrinin əldə edilməsi xidməti hazırda dünyanın heç bir ölkəsində təqdim edilmir.

Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı,  Azexport.az portalı isə "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı əsasında yaradılıb. Hər iki layihənin operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İİTKM-da ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

İİTKM ABŞ biznes şurası ilə memorandum imzalayıb

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib

İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

İİTKM – də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM-nin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

İİTKM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırır

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

İİTKM növbəti Təcrübə Proqramını elan edir

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM yerli şirkətlərin nümayəndələri üçün təlim keçib

İİTKM Mingəçevirdə regional ictimai müzakirə keçirib

İİTKM Lənkəranda ictimai müzakirə təşkil edib

İİTKM-də ali təhsilin innovasiyada rolu müzakirə edilib

İİTKM növbəti Təcrübə Proqramını elan edib

İİTKM-də bank islahatları müzakirə olunub

İİTKM Sumqayıtda regional ictimai müzakirə keçirib

İİTKM Gəncədə regional ictimai müzakirə keçirib (FOTOLAR)

18 Yanvar 2019, 14:40 (GMT +4)
"Azərişıq": Ölkədə elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

18 Yanvar 2019, 14:35 (GMT +4)
Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları tapılıb 

18 Yanvar 2019, 14:31 (GMT +4)
AQTA-da 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 14:22 (GMT +4)
“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin  sayı sürətlə artır

18 Yanvar 2019, 14:15 (GMT +4)
Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək

18 Yanvar 2019, 14:03 (GMT +4)
Gömrük Komitəsinə 2018-ci ildə 2,5 milyon elektron müraciət daxil olub

18 Yanvar 2019, 14:00 (GMT +4)
“AtaSığorta” iri sığorta ödənişləri həyata keçirib

18 Yanvar 2019, 13:59 (GMT +4)
OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

18 Yanvar 2019, 13:54 (GMT +4)
Türkiyə İdlib razılaşmasının pozulmasına imkan verməyəcək - Türkiyə XİN

18 Yanvar 2019, 13:42 (GMT +4)
Avropa dövlətləri ABŞ-ın İrana qarşı Polşa konfransına qatılmaq istəmir - KİV

18 Yanvar 2019, 13:31 (GMT +4)
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18 Yanvar 2019, 13:23 (GMT +4)
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 13:08 (GMT +4)
Əfqanıstanda qar uçqunu nəticəsində 8 nəfər ölüb 

18 Yanvar 2019, 12:53 (GMT +4)
Türkiyə Kolumbiyada baş vermiş terror aktını pisləyib

18 Yanvar 2019, 12:39 (GMT +4)
Qayda pozan sürücülərin avtomobilləri duracağa aparılacaq

18 Yanvar 2019, 12:33 (GMT +4)
Nazirlik: Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılmayacaq

18 Yanvar 2019, 12:20 (GMT +4)
Polad Bülbüloğlu: Biz Dağlıq Qarabağla bağlı vəziyyətdə Moskvanın köməyinə ümid edirik

18 Yanvar 2019, 12:20 (GMT +4)
DİN: Ötən gün 33 nəfər saxlanılıb

18 Yanvar 2019, 12:07 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 11:59 (GMT +4)
Nazir Azad Rəhimov Abşeronda vətəndaşlarla görüşüb (FOTO)

18 Yanvar 2019, 11:55 (GMT +4)
İlk dəfə olaraq İsrailin təhlükəsizlik şurasının sədri Səudiyyə üzərindən Hindistana gedib

18 Yanvar 2019, 11:51 (GMT +4)
Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18 Yanvar 2019, 11:43 (GMT +4)
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq

18 Yanvar 2019, 11:39 (GMT +4)
DSMF tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

18 Yanvar 2019, 11:33 (GMT +4)
Suriya Ordusu hücuma keçmək istəyən kamikadzeləri məhv edib (VİDEO)

18 Yanvar 2019, 11:24 (GMT +4)
Rusiyada iki “Su-34” qırıcı təyyarəsi toqquşub

18 Yanvar 2019, 11:10 (GMT +4)
İŞİD Maqnitoqorskdakı partlayışa görə məsuliyyəti üzərinə götürüb

18 Yanvar 2019, 10:59 (GMT +4)
İntensiv aksiyalardan sonra Sudan hökuməti məvacibləri qaldırıb

18 Yanvar 2019, 10:58 (GMT +4)
Tramp ABŞ nümayəndə heyətinin Davosa səfərini ləğv edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66