Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident Administrasiyası vətəndaşların daha çox şikayət etdiyi tikinti şirkətlərinin adlarını açıqlayıb

14 Fevral 2018, 14:10 (GMT +4)

Bakı, 14 fevral, SalamNews. Ötən il şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8% artım olub.

SalamNews xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə əsasən yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

“Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub və bunlardan “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013", “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK və başqalarının adını çəkmək olar. Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olub və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır. Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırıb, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar”, - deyə S.İsmayılov vurğulayıb.

Şöbə müdirinin sözlərinə görə, adıçəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb ediliblər: “Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 mln. 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360 361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb. Bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilib, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməyib”.

S.İsmayılov ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərildiyini, 300-dək şəxs zərərçəkmiş qismində tanındığını bildirib.

“Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar. Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq”, - deyə şöbə müdiri vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib

Hikmət Hacıyev Prezident Administrasiyasının şöbə müdiri təyin edilib

Əliheydər Zülfüqarov Prezident Administrasiyasında vəzifəyə təyin olunub

Hikmət Hacıyev Prezident Administrasiyasında vəzifəyə təyin olunub

Prezident Administrasiyası ölkədəki vəziyyətlə bağlı məlumat yayıb

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

Prezident Administrasiyasının rəhbəri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Rövşən Nəcəf Prezident Administrasiyasının şöbə müdiri təyin edilib

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yeni sektor yaradılıb

Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib

Prezident İranın Prezident Administrasiyasının rəhbərini qəbul edib

Prezident Administrasiyasının şöbə müdiri İsmayıllıda olub (FOTOLAR)

Prezident Administrasiyasının şöbə müdiri Yusuf Məmmədəliyev Gənclər Fondunda olub

Azərbaycan Prezident Administrasiyasında yeni şöbə yaradılıb

Türkiyə prezident administrasiyası Ərdoğan-Putin görüşü barədə məlumat yayıb

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini qəzada ölüb

Azərbaycanlılar Ukrayna prezident administrasiyası qarşısında oturaq aksiya keçirə bilər (FOTO)

Petro Poroşenko prezident administrasiyası rəhbərini işdən azad edib

Prezident Administrasiyası Azərbaycan mediasından öz gözləntilərini açıqlayıb

Putin Sergey İvanovu Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib

18 Yanvar 2019, 14:31 (GMT +4)
AQTA-da 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 14:22 (GMT +4)
“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin  sayı sürətlə artır

18 Yanvar 2019, 14:15 (GMT +4)
Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək

18 Yanvar 2019, 14:03 (GMT +4)
Gömrük Komitəsinə 2018-ci ildə 2,5 milyon elektron müraciət daxil olub

18 Yanvar 2019, 14:00 (GMT +4)
“AtaSığorta” iri sığorta ödənişləri həyata keçirib

18 Yanvar 2019, 13:59 (GMT +4)
OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

18 Yanvar 2019, 13:54 (GMT +4)
Türkiyə İdlib razılaşmasının pozulmasına imkan verməyəcək - Türkiyə XİN

18 Yanvar 2019, 13:42 (GMT +4)
Avropa dövlətləri ABŞ-ın İrana qarşı Polşa konfransına qatılmaq istəmir - KİV

18 Yanvar 2019, 13:31 (GMT +4)
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18 Yanvar 2019, 13:23 (GMT +4)
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 13:08 (GMT +4)
Əfqanıstanda qar uçqunu nəticəsində 8 nəfər ölüb 

18 Yanvar 2019, 12:53 (GMT +4)
Türkiyə Kolumbiyada baş vermiş terror aktını pisləyib

18 Yanvar 2019, 12:39 (GMT +4)
Qayda pozan sürücülərin avtomobilləri duracağa aparılacaq

18 Yanvar 2019, 12:33 (GMT +4)
Nazirlik: Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılmayacaq

18 Yanvar 2019, 12:20 (GMT +4)
Polad Bülbüloğlu: Biz Dağlıq Qarabağla bağlı vəziyyətdə Moskvanın köməyinə ümid edirik

18 Yanvar 2019, 12:20 (GMT +4)
DİN: Ötən gün 33 nəfər saxlanılıb

18 Yanvar 2019, 12:07 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 11:59 (GMT +4)
Nazir Azad Rəhimov Abşeronda vətəndaşlarla görüşüb (FOTO)

18 Yanvar 2019, 11:55 (GMT +4)
İlk dəfə olaraq İsrailin təhlükəsizlik şurasının sədri Səudiyyə üzərindən Hindistana gedib

18 Yanvar 2019, 11:51 (GMT +4)
Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18 Yanvar 2019, 11:43 (GMT +4)
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq

18 Yanvar 2019, 11:39 (GMT +4)
DSMF tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

18 Yanvar 2019, 11:33 (GMT +4)
Suriya Ordusu hücuma keçmək istəyən kamikadzeləri məhv edib (VİDEO)

18 Yanvar 2019, 11:24 (GMT +4)
Rusiyada iki “Su-34” qırıcı təyyarəsi toqquşub

18 Yanvar 2019, 11:10 (GMT +4)
İŞİD Maqnitoqorskdakı partlayışa görə məsuliyyəti üzərinə götürüb

18 Yanvar 2019, 10:59 (GMT +4)
İntensiv aksiyalardan sonra Sudan hökuməti məvacibləri qaldırıb

18 Yanvar 2019, 10:58 (GMT +4)
Tramp ABŞ nümayəndə heyətinin Davosa səfərini ləğv edib

18 Yanvar 2019, 10:46 (GMT +4)
Azərenerji : Yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində qəza halı baş verməyib

18 Yanvar 2019, 10:34 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi: Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66