Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xocalı soyqırımının 26-cı ildönümü Xalça Muzeyində qeyd edilib (FOTOLAR)

23 Fevral 2018, 18:41 (GMT +4)

Bakı, 23 fevral, SalamNews. Fevralın 23-də Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 26-cı anım gününə həsr olunmuş “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi, Xocalı incəsənət əsərlərində” adlı tədbir keçirilib.

Muzeyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdən öncə muzeyin rəhbərliyi və kollektivi Xocalı prospektində yerləşən Xocalı soyqırımı abidəsini ziyarət etdilər, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Tədbirdə çıxış edən muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima və Naqasaki dəhşətli faciələri ilə bir sırada dayanır. Misli görünməmiş vəhşiliklə törədilən bu soyqırım aktı yüzlərlə xocalılı dinc əhalinin kütləvi məhvinə səbəb olub. Erməni işğalçıları nəinki bizim torpağlarımızı işğal altında saxlayır, bizim milli-mədəni nümunələrimizi də mənimsəyib öz adlarına çıxaraq beynəlxalq arenada onları özlərininki kimi təqdim edirlər. Lakin ermənilərin bu məkrli siyasətinin qarşısı alınır. “Bu sahədə cənab Prezident İlham Əliyevin və Birinci xanım, Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, dövlətimizin davamlı siyasəti nəticəsində böyük işlər görülür, ölkəmizin zəngin mədəniyyəti geniş təbliğ olunur” - deyə, muzeyin direktoru vurğuladı.

Şirin Məlikova bu işdə Xalça Muzeyinin fəaliyyətindən də söz açaraq, muzeyin kolleksiyasında Qarabağda ermənilər tərəfindən talanıb xaricə aparılan, “erməni xalçası” adı ilə xarici hərraca çıxarılan, uzun müddətdən sonra Vətənə qaytarılan “Baxçada güllər” Qarabağ xalçasının da sərgiləndiyini diqqətə çatdırdı. Muzeyin direktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və dünyaya səs salan “Xocalıya ədalət”in nəhayət ki, baş tutacağını, azərbaycanlıların, o cümlədən Xocalı əhalisinin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə etdi. Şirin Məlikova əmin olduğunu bildirdi ki, biz öz milli-mədəni irsimizə, maddi sərvətlərimizə yenidən sahiblənəcəyik.

Muzeyin Şuşa Filialının müdiri Əlisəfa Nuriyev bildirdi ki, Azərbaycan Xalça Muzeyinin “Şuşa filialın”nın hazırladığı anım tədbirini keçirməkdə məqsəd xalqımızın başına gətirilən bu faciəni gələcək nəsillərin yaddaşına həkk etmək və onlara mübarizlik əzmini aşılamaqdır.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva öz çıxışlarında bir daha nəzərə çatdırdılar ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə Xocalıda Azərbaycan xalqına qarşı tarixdə misli görünməmiş soyqırımı törətdilər. Xocalının işğalı zamanı bir gecədə 613 nəfər xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş və yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edilmiş, minlərlə əhalisi olan bütöv bir rayon yerlə yeksan edilmişdir.
Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Samir Sadıqov “Məhv edilmiş mədəni irs”, Rəssamlar İttifaqının şöbə müdiri Aydın Rəcəbov “Xocalı soyqırımı incəsənət əsərlərində” mövzusunda məruzə ilə çıxış etdilər.

Muzeyin mətbuat katibi Zeynab Kazımova müəllifi olduğu “Onun adı... Xocalıymış..” şerini oxudu.

Sonra Aydın Rəcəbovun müəllifi olduğu və Xocalı Rayon İcra Hakimiyyətinin sifarişi ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin Bərdə şəhərində yerləşən Ağdam Xalça İstehsalat Vahidliyində Xocalıdan olan toxucular tərəfindən toxunulmuş Xocalı faciəsinə aid “Ana fəryadı” xovlu xalçası nümayiş olundu.

Tədbirin sonunda Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Simli Kvartetinin müşaiyəti ilə Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist Anar Şuşalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayev vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək

Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Azərbaycan Xalça Muzeyi “Tarixə və ənənəyə toxunuş” layihəsinə start verir

Xalça müzeyində beynəlxalq simpozium keçirilib (FOTOLAR)

Xalça Muzeyi növbəti beynəlxalq simpoziuma hazırlaşır

Beynəlxalq Muzeylər Şurası: Xalça Muzeyi bütün standartlara cavab verir

Xalça Muzeyində keçirilən beynəlxalq konfrans uğurla yekunlaşıb

Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

Xalça Muzeyinin direktoru Şirin Məlikovaya böyük etimad göstərilib

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

Xalça Muzeyi ikinci dəfə “Mükəmməllik sertifikatı”na layiq görülüb

Baş İdarənin təşkilatçılığı ilə Xalça Muzeyinə ekskursiya təşkil olunub

İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb

Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiə günü qeyd olunub (FOTO)

Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq edəcək

Prezident Xalça Muzeyinin direktorunu fəxri adla təltif edib

21 Yanvar 2020, 10:51 (GMT +4)
Çində sətəlcənim yeni növündən ölənlərin sayı 4-ə çatıb 

21 Yanvar 2020, 10:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Yanvar 2020, 10:27 (GMT +4)
Netanyahu Hizbullahı «terrorçu» kimi tanıdıqlarına görə Kolumbiya və Hondurasa təşəkkür edib

21 Yanvar 2020, 10:19 (GMT +4)
Putin Konstitusiyaya dəyişiklik qanun layihəsini Dövlət Dumasına təqdim edib

21 Yanvar 2020, 10:01 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

21 Yanvar 2020, 09:58 (GMT +4)
Rusiyada yaşayış binasında baş verən yanğında 11 nəfər ölüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Prezident “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Tunisdə yeni baş nazirə hökumətin təşkili barədə göstəriş verilib

21 Yanvar 2020, 09:42 (GMT +4)
Xəzərdə suyun səviyyəsi niyə azalır? (MÜSAHİBƏ)

21 Yanvar 2020, 09:37 (GMT +4)
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşüb

21 Yanvar 2020, 09:24 (GMT +4)
Şahzadə Harri Britaniyanı tərk edib

21 Yanvar 2020, 09:09 (GMT +4)
Bağdadda ABŞ səfirliyi yaxınlığına 3 raket atılıb

21 Yanvar 2020, 09:02 (GMT +4)
Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar 2020, 17:00 (GMT +4)
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatıb

20 Yanvar 2020, 16:51 (GMT +4)
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

20 Yanvar 2020, 16:42 (GMT +4)
İngiltərənin "BBC" direktoru istefa edib

20 Yanvar 2020, 16:37 (GMT +4)
Bağdadda etirazlar və toqquşmalar zamanı 14 zabit yaralanıb

20 Yanvar 2020, 16:21 (GMT +4)
Davosda Dünya İqtisadi Forumu keçiriləcək

20 Yanvar 2020, 16:20 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

20 Yanvar 2020, 16:02 (GMT +4)
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20 Yanvar 2020, 15:50 (GMT +4)
İranın müqavimət göstərməsi ABŞ-ı qəzəbləndirib - Ayətullah Xamenei

20 Yanvar 2020, 15:34 (GMT +4)
Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar 2020, 15:14 (GMT +4)
Türkiyədə azərbaycanlı jurnalist vəfat edib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Çikaqoda “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib

20 Yanvar 2020, 14:34 (GMT +4)
İran «Nüvə silahlarının qarşısının alınması müqaviləsindən» çıxacağı ilə bağlı xəbərdarlıq edib

20 Yanvar 2020, 14:34 (GMT +4)
Rusiyada oteldə qaynar su borusunun partlaması nəticəsində beş nəfər ölüb

20 Yanvar 2020, 14:11 (GMT +4)
İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar 2020, 14:07 (GMT +4)
Çində sətəlcənim yeni növündən üç nəfər ölüb

20 Yanvar 2020, 13:39 (GMT +4)
İraqın yeni baş nazirinin adı açıqlanacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66