“BakuBus”-da iphone 6 tapılıb26 Fevral 2018, 12:52 (GMT +4) Bakı, 26 fevral, SalamNews. “BakuBus”a məxsus avtobusda telefon tapılıb.
SalamNews xəbər verir ki, bu barədə məlumat verən BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, 6 saylı marşrut xəttində hərəkət edən 99-JH-259 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinə məxsus qızılı rəngli İpone 6 markalı telefon tapılıb.
Onun sözlərin görə, itirilmiş əşyaların sahibi şirkətin Zığ-Hövsan yolu 1 km. 1 ünvanında yerləşən inzibati binasına yaxınlaşıb öz əşyasını götürə, yaxud *4242 "qaynar xətti" və ya (012) 404-11-10 nömrəli telefonla əlaqə saxlaya bilər.
|