Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət İmtahan Mərkəzi 45 minə yaxın saxta test tapşırıqları kitabı aşkarlayıb

27 Mart 2018, 16:09 (GMT +4)

Bakı, 27 mart, SalamNews. Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat orqanı olan “Abituriyent” jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər.

DİM-dən SalamNews-a verilən məlumata görə, indiyədək qeyri-qanuni (pirat) nəşrlərin satışının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əməkdaşları ilə birgə xeyli sayda operativ tədbirlər həyata keçirilsə də, təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.

Bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Caspi LTD” adı altında fəaliyyət göstərən MMC ilə “Hazar İhracat İthalat” AŞ arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları “Abituriyent” jurnalı redaksiyasına məxsus olan müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlanılıb və ölkəyə bu kitabların qeyri-qanuni yolla idxalının qarşısı alınıb.

“Caspi LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı “Abituriyent” Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamayıb. Yuxarıda göstərilən kitablar Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən saxlanılıb və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib. “Caspi LTD” adı altında fəaliyyət göstərən MMC tərəfindən Türkiyədən idxal edilən test tapşırıqları və abituriyentlər üçün digər vəsait kitabları barəsində Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən 21.02.2018-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.3-cü maddəsi ilə inzibati iş açılıb. Kitablardan götürülmüş nümunələr ekspertiza aparılıb rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, təqdim edilən kitablar pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları aidiyyatı üzrə baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib. Bu gün Kəpəz Rayon Məhkəməsində qeyd olunan inzibati pozuntuya baxılacaq.

Xatırladaq ki, qeyri-qanuni (pirat) nüsxələrin müqayisəsi zamanı əsl (orijinal) nüsxə ilə xeyli sayda uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq: Əsl (orijinal) nüsxələrin titul vərəqində (birinci səhifədə) gizlədilmiş xüsusi simvolar pirat nüsxələrdə görünmür. Pirat nüsxələrin yan, arxa üzlüyündə və titul vərəqində olan sözlərdə bir neçə yerdə “ə” hərfi əvəzinə “e” hərfi yazılmışdı. Həmçinin digər orfoqrafik səhvlərə yol verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan bölməsi üçün fənlər və siniflər üzrə bu seriyadan olan 41 adda test kitabı nəşr etdirib. Bu kitablara oxucu tələbatı yüksək olduğundan, bir neçə fənn və siniflər üzrə belə qeyri-qanuni (pirat) nəşrlərin çapı, yayılması və satışı ehtimal olunur.

İndiyə qədər dəfələrlə ölkə ərazisində Dövlət İmtahan Mərkəzi və “Abituriyent” Jurnalı Redaksiyasının hüquq sahibi olduğu kitabların pirat nüsxələri ayrı-ayrı satış obyektlərində aşkar edilmişdir. Bu hallar həmin pirat nüsxələrin xaricdə çap edilərək ölkə ərazisinə gətirildiyini ehtimal etməyə əsas vermişdi.

Bildiririk ki, DİM-in mətbuat orqanı olan “Abituriyent” jurnalının bütün məhsulları ölkə daxilində çap edilir və Mərkəzin nəşrləri adı ilə ölkə xaricindən Azərbaycana gətirilən kitabların hamısı qeyri-qanuni (pirat) nəşrlərdir. Bu tip çap məhsullarının ekspertizası onlarda xeyli sayda elmi, texniki, poliqrafik, gigiyenik və digər qüsur və zərərli cəhətlərin olduğunu göstərir. Digər tərəfdən qeyri-qanuni (pirat) nəşrlərin satışından vergilər ödənilmədiyindən Dövlət büdcəsinə də ziyan dəyir. Müəyyən işbaz qüvvələr nəşrlərimizə oxucu tələbatının yüksək reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edir, nəticə etibarı ilə jurnalın redaksiyasının maliyyə vəziyyətinə də külli miqdarda ziyan vururlar.

Bütün bunları nəzərə alaraq Dövlət imtahan Mərkəzi “Caspi LTD” adı altında fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqları “Abituriyent” Jurnalı Redaksiyasına məxsus kitabların pirat nüsxələrini ölkəyə idxal etməsi və qeyri-qanuni satışını həyata keçirməsi nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi, ölkəyə idxal etdiyi kitabların aşkar edilmiş pirat nüsxələrinin məhv edilməsi və kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi barədə qətnamə qəbul edilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəminin ilk – hazırlıq iclası sabah 28 mart 2018-ci il tarixində keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzi və “Abituriyent” Jurnalı Redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək. "Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan DİM və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla sürətinin çıxarılması qadağandır!", - deyə DİM-dən bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

DİM abituriyentlərə müraciət edib

DİM: 15 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

Bu gündən ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib

DİM: 60 minə yaxın abituriyent ərizəsini təsdiq edib

İxtisas seçimi edən abituriyentlərin sayı 49 minə çatıb

DİM: 5 abituriyent ali məktəbə imtahansız qəbul olmaqdan imtina edib

Kolleclərə qəbul olmaq istəyən 6000-dən çox abituriyent ixtisas seçimi edib

DİM: II və III qruplar üzrə 79 abituriyentin qiymətində dəyişiklik edilib

Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

AU abituriyentlərə 4 yeni ixtisas təklif edir

ADAU-nu seçən abituriyentlərə əlavə 200 manat təqaüd veriləcək

Kolleclərə qəbul olunmaq üçün 22 min 500-dən çox abituriyentin ərizəsi təsdiqlənib

DİM imtahanda iştirak etməyən abituriyentlərə xəbərdarlıq edib

DİM abituriyentlərə xəbərdarlıq edib

Azərbaycanda abituriyent məsləhət mərkəzləri yaradılıb

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

21 Oktyabr 2019, 13:59 (GMT +4)
Amil Cavadov: Azərbaycan gəncliyi erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır

21 Oktyabr 2019, 13:50 (GMT +4)
Alyans rəsmisi: Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir

21 Oktyabr 2019, 13:45 (GMT +4)
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

21 Oktyabr 2019, 13:42 (GMT +4)
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

21 Oktyabr 2019, 13:39 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

21 Oktyabr 2019, 13:20 (GMT +4)
Çilidəki etirazlar nəticəsində 10 nəfər ölüb

21 Oktyabr 2019, 13:12 (GMT +4)
Xəzərdə zəlzələ olub

21 Oktyabr 2019, 13:02 (GMT +4)
İran nüvə sazişindəki öhdəliklərinin azaldılması ilə bağlı 4-cü addıma hazır olduğunu bəyan edib

21 Oktyabr 2019, 12:58 (GMT +4)
Bakıda “Çörək Müsabiqəsi” keçirilib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:42 (GMT +4)
Rusiya Müdafiə Nazirliyi S-400 kompleksini alıb

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

21 Oktyabr 2019, 11:23 (GMT +4)
Suriya münaqişəsi yalnız siyasi yolla həll edilə bilər - Çavuşoğlu

21 Oktyabr 2019, 11:19 (GMT +4)
Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək

21 Oktyabr 2019, 11:15 (GMT +4)
“Beşiktaş” klubuna yeni prezident seçilib

21 Oktyabr 2019, 10:58 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

21 Oktyabr 2019, 10:53 (GMT +4)
Türkiyə 1500 km ərazini terrorçulardan azad edib - Ərdoğan

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66