Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

MBNP Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim keçirib

28 Mart 2018, 11:41 (GMT +4)

Bakı, 28 mart, SalamNews. Maliyyə Bazarlarına Nəzarət Palatasında maliyyə sektorunda fəaliyyət göstərən təşkilatlara Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) iş prinsipi haqqında təlim keçirilib.

SalamNews-un Palataya istinadən verdiyi xəbərə görə, təlimdə bank və bank olmayan kredit təşkilatlarından 70 nəfərdən çox nümayəndə iştirak edib.

Palatanın mütəxəssisləri tərəfindən reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə məlumat verilib, həmçinin reyestrin elektron portalının iş prinsipi detallı izah edilib.

Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.

Təlimdə həmçinin reyestrin digər faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər qeyd edilib.

Reyestrin imkanlarından istifadə edilməsi barədə müzakirələr zamanı Palata tərəfindən maliyyə qurumlarına mütəmadi olaraq reyestrin istifadəsinin tətbiqi üzrə məlumat dəstəyi göstəriləcəyi də bildirilib.

Qeyd edək ki, Daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə müvafiq olaraq yaradılıb. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2 may 2017-ci il qanunu ilə Reyestrin yaradılmasının hüquqi əsasları müəyyən edilib. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 24 may 2017-ci il fərmanı ilə reyestrin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MBNP ötən ay gördüyü işlərlə bağlı statistika açıqlayıb

MBNP və "Visa" arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

MBNP fəaliyyətə başladığı dövrdən sığorta sektorunun aktivləri 64% artıb

MBNP-da elektron bankçılıq xidmətləri sahəsində növbəti tədbir keçirilib

MBNP: Sığortaçılar üçün attestasiya təşkil olunacaq

MBNP: Yanvarda bankların kredit portfeli 12.5 milyard manat təşkil edib

MBNP: Sığortaçılar üçün attestasiya keçiriləcək

MBNP-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

MBNP mütəxəssisləri beynəlxalq təlimdə iştirak edib

MBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilib 

MBNP-da Strateji Yol Xəritələri ilə bağlı növbəti aylıq iclas keçirilib

MBNP, ASA və İSB arasında görüş keçirilib

MBNP-da Strateji Yol Xəritələrinin icrası ilə bağlı növbəti iclas keçirilib

MBNP-da kənd təsərrüfatı sığortası müzakirə edilib

MBNP-da Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub

MBNP-da “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüş keçirilib

MBNP bank sistemində rəqəmsallaşma üzrə diaqnostika aparıb

MBNP “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində sahibkarlarla görüş keçirib

MBNP-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Parlament Jurnalistlər Birliyi MBNP, Mərkəzi Bank və digər banklara müraciət ünvanlayacaq

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66