Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Gəmiçiliyə məxsus “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb

05 Aprel 2018, 16:34 (GMT +4)

Bakı, 5 aprel, SalamNewsUzunluğu 154.5 metr, eni 18.3 metr olan “Dağıstan” gəmisi 1984-cü ildə keçmiş Yuqoslaviyanın (indiki Xorvatiya) Pula şəhərində tikilib.

Beş il əvvəl istismardan çıxarılan “Dağıstan” bərəsinin yenidən təmir və modernləşdirilməsi barədə qərar qəbul edilib. Öz dövrü üçün unikal gəmilərdən hesab edilən bərənin modernləşdirilməsi bir il müddətində tam olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-texniki personalı tərəfindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda reallaşdırılıb. Vurğulayaq ki, Gəmiçilik tarixində ilk bu cür modernləşdirmə layihəsi də elə qurumun adıçəkilən heyəti tərəfindən hazırlanmışdır.

Gəmi-bərənin bütün idarəetmə sistemləri modernləşdirilib. Əsas işlərdən biri isə bərənin maşın şöbəsində reallaşdırılıb.

“Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Yeni quraşdırılan və 1000 kilovat gücündə olan mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil, effektiv və avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından sərfəlidir.

Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş mühərrikləri də yenilənib. Müqayisə üçün qeyd edək ki, gəminin əvvəlki baş mühərrikləri 122 ton çəkiyə malik idisə, yeniləri 31.9 tondur. Eyni zamanda həddindən artıq ağır çəkiyə və böyük ölçülərə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifariş etdiyi Finlandiyanın “Wartsila” şirkətinin istehsalı olan W32 model baş mühərrikləri dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur.

Bu mühərriklər yanacağa qənaət etməklə yanaşı, atmosferə atılan zərərli maddələrin də miqdarını minimuma endirir. Yeni mühərriklər yanacaq sərfiyyatını 30 faizə qədər azaldır. Ən önəmlisi isə odur ki, bu mühərriklər “Atmosferin çirkləndirilməsinə qarşı” konvensiyanın tələblərinə uyğun sertifikata malikdir.

Yeni reduktorun quraşdırılması isə mühərriklərin işə salınmasını və hazırlanmasını asanlaşdırır, bununla da yanacaq sərfiyyatını xeyli azaltmağa imkan verir. Baş mühərrikin dövrləri sayını azaldır.

Həmçinin mühərrikin idarəetmə postu da tam olaraq müasirləşdirilib. Burada texnikanın son nailiyyətlərinə uyğun olaraq yeni avadanlıqlar quraşdırılıb.

Gəminin qəza - generator şöbəsi də modernləşdirilib. Şöbədə bütün müasir gəmilərdə olduğu kimi, mövcud idarəetmə və nəzarət sistemi yaradılıb.

Maşın şöbəsində aparılan modernləşmə bununla bitmir. Burada mərkəzi idarəetmə postunun nəzarət sistemi yaradılıb. Mühərriklərin işinə nəzarət edəcək monitorlar quraşdırılıb. Buradan mühərriklərin işləməsinə nəzarət etmək mümkündür. Həmçinin köməkçi mühərriklərə nəzarət cihazları yenilənib. Artıq balast və quruducu sistemlərə nəzarət həddindən artıq ağır, yöndəmsiz və az funksional avadanlıqlarla deyil, sensor monitor-kompyuterlə həyata keçirilir. Bir sözlə, modernləşmə zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri daha müasirləri ilə əvəz edilib.

Eyni zamanda gəminin yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilib. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da bütün müasir texnoloji normalara cavab verən təzələri ilə əvəzlənib. Bərənin köməkçi - yağ, su, balast sistemləri təmir olunub. Nəzarət kameralarının quraşdırılması bərədə baş verən bütün proseslərə kapitan körpüsündən və maşın şöbəsindən nəzarət etməyə imkan verir.

Gəmi-bərənin gövdə hissəsi də əsaslı şəkildə təmir olunub. Bərənin suüstü və sualtı hissələri qruntlanaraq, rənglənib.

Bərənin daxilində məişət otaqları, kayutlar, dəhlizlər, istirahət güşələri əsaslı şəkildə təmir olunub. Yeməkxana və mətbəx lazımi avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, modernləşdirmə işlərinin yekununda “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçmişdir.

Yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsinin iki avtomobil və bir vaqon göyərtəsi var ki, onlar da əsaslı şəkildə təmir olunub və rənglənib. İşıqlandırma sistemləri tamamilə dəyişdirilib. Elə burda da layihəsi Gəmiçiliyin texniki işçiləri tərəfindən hazırlanmış modernləşdirmə həyata keçirilib. Belə ki, gəminin sağ tərəfinin arxa hissəsində avtomobillərin göyərtəyə daxil olması üçün yeni rampa quraşdırılıb. Əvvəllər gəmiyə TIR və minik avtomobillərinin yüklənməsi əməliyyatı yalnız arxa (vaqonlar daxil olan) rampa vasitəsi ilə reallaşdırılırdı.

Modernləşdirilmiş “Dağıstan” gəmisi Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə donanmasında özünəməxsus yer alıb. Gəminin artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə istismarına start verilib.

“Dağıstan” gəmi-bərəsi Azərbaycanın tranzit cəlbediciliyinin artırılması və regionun ən iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

DSX rəisi Dağıstanın Sərhəd İdarəsinin rəhbəri ilə görüşüb (FOTO)

Dağıstanda 80 mindən çox insan elektrik enerjisiz qalıb

Sərbəst güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdırlar

Dağıstanın rəhbəri Moskvada xəstəxanaya yerləşdirilib

Dağıstanda avtomobil 50 metrlik hündürlükdən uçuruma yuvarlanıb

Güləşçimiz Dağıstanda bürünc medal qazanıb

Dağıstanın İqtisadiyyat naziri iki aylıq müddətə həbs olunub

Dağıstanda 70-dən çox uşaq zəhərlənərək xəstəxanaya yerləşdirilib

Oqtay Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Dağıstanda uşaq bağçasında zəhərlənmə hadisəsinə görə 24 nəfər xəstəxanaya yerləşdirilib

Sərbəst güləşçilərimiz Dağıstanda “Continental Cup” turnirində iştirak edəcəklər

Dağıstanda avtobus və avtomobil toqquşub, ölənlər var

QMİ sədri Dağıstana səfər edib

Dağıstanda respublika günü qeyd olunub

Dağıstan ilə Azərbaycan arasında dostluq münasibətləri bundan sonra möhkəmlənəcək - Vladimir Vasilyev

Dağıstanın rəhbəri Azərbaycan prezidentini təbrik edib

Rusiya Xəzər donanmasını Həştərxandan Dağıstana köçürür

Əbülfəs Qarayev Dağıstanın turizm və xalq bədii sənətkarlıq naziri ilə görüşüb

İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66