Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"AzerGold" geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirir

10 Aprel 2018, 13:17 (GMT +4)

Bakı, 10 aprel, SalamNews"AzerGold" QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini uğurla başa çatdırıb.

QSC-dən SalamNews-a bildiriblər ki, nəticədə "AzerGold" QSC əlvan metalların hasilatını əhəmiyyətli dərəcədə artıraraq qeyri-neft ixracının genişlənməsinə önəmli töhfəsini verib. Ölkəmizin başçısının tapşırığı və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi kursa uyğun olaraq "AzerGold" QSC-nin hədəfi yaxın gələcəkdə bır sıra mədənləri istismara verməklə dağ-mədən sənayesinin kompleks inkişafı, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və ölkəyə valyuta axınının təmin edilməsi, regionların inkişafına dəstək, yeni iş yerlərinin açılması və bununla da əhalinin sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə cəmiyyət geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir.

Hazırda "AzerGold" QSC tərəfindən bir sıra yataq və perspektivli ərazilər üzrə kəşfiyyat işləri aparılır. Görülən işlərin məqsədi yeni əlvan metal yataqlarının kəşf edilməsi ilə yanaşı, məlum yataqların resurs və ehtiyatlarının artırılması, hesablanması və təsdiqlənməsidir.

Oksid (yerüstü) mərhələsi çərçivəsində istismarı davam edən Çovdar mədəninin növbəti mərhələsi olan sulfid (yeraltı) mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə həyata keçirilir. Qeyd edək ki, sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə Çovdar yatağından 5-7 kilometr məsafədə yerləşən Ağyoxuş perspektivli qızıl sahəsi aşkarlanıb, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılıb.

Balakən rayonu ərazisində yerləşən Köhnəmədən sahəsində də geniş tədqiqat və kəşfiyyat işləri həyata keçirilir. Ehtiyatlarının həcminə görə Avropanın ikinci ən böyük yatağı hesab edilən və dünya polimetal yataqlarının ilk onluğuna daxil olan Filizçay yatağı üzrə metallurji testlərin, mühəndis-geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanması nəzərdə tutulub. Filizçay yatağında ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən cari ilin ikinci rübündə hazır ediləcək. Köhnə mədənin digər yatağı - Mazımçay yatağında buruq-qazma işlərinin birinci mərhələsi başa çatdırılıb. Alınan nəticələr analiz üçün yerli və xarici laboratoriyalara göndərilib. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrası planlaşdırılır. Qeyd edək ki, Mazımçay mis yatağının resurslarının artırılması və təsdiqlənməsi Filizçay layihəsinin iqtisadi səmərəliliyini artıra bilər.

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində 2017-ci ilin dördüncü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanması planlaşdırılır.

2018-ci ildə bütün layihələr üzrə həyata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20,000 metrdən çox təşkil edəcək.

"AzerGold" QSC tərəfindən həyata keçirilən kəşfiyyat işləri yerli peşəkar geoloq və mütəxəssislər tərəfindən, həmçinin beynəlxalq ekspertlərin dəstəyi ilə icra olunur. Geofiziki tədqiqat işləri cəmiyyətin sifarişi ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıq və proqram təminatı vasitəsilə həyata keçirilir ki, bu da məlumatların daha dolğun, düzgün və səmərəli olmasını təmin edir.

Tədqiqat işlərinin uğurla həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, müvafiq yerli və xarici laboratoriyalar, həmçinin dünyanın aparıcı məsləhətçi şirkətləri olan "SRK Consulting" və "Micon International Limited" (Böyük Britaniya) şirkətləri ilə əməkdaşlıq edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

“AzerGold” QSC İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar

INNOLAND və “AzerGold” QSC startapları müəyyənləşdirib

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

“INNOLAND” “AzerGold” ilə birgə Akselerasiya Proqramına başlayıb

“AzerGold” əməyin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirib

"AzerGold" QSC optimallaşdırma işlərini davam etdirir

“AzerGold” QSC 1163 kiloqram civə ixrac edib

“AzerGold” QSC sikkə və külçələrin təqdimat mərasimini keçirib

“AzerGold” QSC gənclərin peşə təcrübəsi toplamasına dəstək verir

“AzerGold” QSC qızıl hasilatını artırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” anlaşma memorandumu imzalayıb

ETSN-lə “AzerGold” QSC arasında Filizçay yatağında görüş keçirilib

Muxtar Babayev “AzerGold”un sədri ilə görüşüb

“AzerGold” QSC və “ADA” Universiteti əməkdaşlıq memorandumu imzalayıblar

“AzerGold” bu il 150 min unsiyayadək qiymətli metal ixrac edib

“AzerGold” Londonda beynəlxalq dağ-mədən konfransında təmsil olunub

20 Yanvar 2020, 00:01 (GMT +4)
Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

19 Yanvar 2020, 22:15 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirilib (FOTOLAR)

19 Yanvar 2020, 12:22 (GMT +4)
İgid Azərbaycan zabiti Fərid Əhmədovun doğum günüdür

19 Yanvar 2020, 12:04 (GMT +4)
Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

19 Yanvar 2020, 11:45 (GMT +4)
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

19 Yanvar 2020, 11:06 (GMT +4)
Lənkəranda “Könüllü qonaq” təşəbbüsü davam edir (FOTO)

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66