Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Elm günü”nün təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur: Nərgiz Qəhrəmanova

12 Aprel 2018, 13:30 (GMT +4)

Bakı, 12 aprel, SalamNews. "11 aprel 2018-ci il tarixində Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisələrdən biri kimi yazıldı. Azad və şəffaf şəkildə keçirilən seçkilər nəticəsində xalq yenidən öz səsini respublikamızın son 15 ildəki bütün uğurlarının müəllifi olan İlham Əliyevə verdi. Böyük səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 7 il müddətinə Prezident seçildi. Bu qələbə Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli insanın İlham Əliyev olduğunu sübut edir".

SalamNews xəbər verir ki, bu fikirləri AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertant Nərgiz Qəhrəmanova deyib.

O bildirib ki, aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladı. Bu, dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, belə bir günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.

Onun sözlərinə görə, “Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin imzaladığı və işlər idarəsinin müdiri A.Bokovetsin təsdiq etdiyi “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 27 mart 1945-ci il tarixli qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilmiş, Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdu. Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında əvəzsiz xidmətlər göstərmişlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılması ölkəmizin elm həyatında baş verən ən önəmli və şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələsində Elmlər Akademiyası mühüm rol oynamışdır. Bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir. Azərbaycanın inkişafına dair həyata keçirilən bütün dövlət proqramlarının icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir.

N.Qəhrəmanova bildirir ki, AMEA-nın Azərbaycan elmi və bütövlükdə ölkənin ədəbi-ictimai həyatındakı rolu və xidmətlərini ümummilli lider Heydər Əliyev belə ifadə edib: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Heydər Əliyev dövlətə rəhbərlik etdiyi illərdə ölkə elminin inkişafı üçün əsas istiqamətləri müəyyən etmiş, məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ümummilli lider hər zaman Azərbaycan tarixinin elmi əsaslarla öyrənilməsi, ayrı-ayrı görkəmli alimlərin xidmətlərinin qiymətləndirilməsinə önəm vermiş, onların fəaliyyətini stimullaşdırmışdır. 

XX əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyası “qızıl dövr”ünü yaşamış, respublikanın inkişafına xidmət edən elmi ideyaların, ixtiraların və kəşflərin əsas mərkəzinə çevrilmişdir. Bu illərdə Azərbaycanda yeni elmi məktəblər yaranmış, adlı-sanlı böyük elm xadimləri fəaliyyət göstərmişlər.

Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixində imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” fərman bu böyük elm ocağının imkan və səlahiyyətlərinin genişləndirilməsinə, onun fəaliyyətinin yeni formatda davam etdirilməsinə yol açmışdır. Fərmanda deyilirdi: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respubilkasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”.

Ölkə Prezidenti İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının regionda əsas elmi mərkəzə çevrilməsi üçün genişmiqyaslı islahatların həyata keçirilməsi üçün müxtəlif fərman və sərəncamlar qəbul etmişdir.

2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat vermişdir. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, yüksəkixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır.

Akademiya hazırda Prezident İlham Əliyevin apardığı geniş miqyaslı islahatları və  məqsədyönlü şəkildə həyata keçirdiyi elm siyasəti fonunda daha məsuliyyətlə addımlayır, yeni elmi nailiyyətlərə imza atır. Bu uğurlar müstəqil dövlətimizin inkişafına, xalqımızın daha işıqlı gələcəyinin təmin edilməsinə və elmin tərəqqisinə xidmət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

Bu gün AMEA-ya yeni prezident seçiləcək

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər (SİYAHI)

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-da lisey yaradılacaq

AMEA-nın prezidenti elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb (FOTO)

AMEA elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrini aparacaq

Gələn il AMEA 75 yaşını qeyd edəcək

“AMEA-nın professoru” adına seçki keçirilib

AMEA magistrlərinin “Məzun günü” keçirilib

AMEA-nın elmi tədqiqat müəssisələrinə direktorlar seçiləcək

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

AMEA-nın Ümumi yığıncağı keçirilir

AMEA respublika müsabiqəsi elan edir

“Azərkosmos” və AMEA İnstitutları arasında əməkdaşlıq təklifləri müzakirə edilib

AMEA-nın Elm Tarixi İnstitutunun saytı istifadəyə verilib

ADNSU ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı əməkdaşlıq edəcək

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66