Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Güclü Azərbaycan bəzi qüvvələri çox narahat edir - Fuad Muradov

14 Aprel 2018, 14:57 (GMT +4)

Bakı, 14 aprel, SalamNews. Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycanda keçirilən prezident seçkilərinə ATƏT-in Seçki Missiyasının verdiyi rəyə münasibət bildirib.

SalamNews Fuad Muradovun açıqlamasını təqdim edir.

Bir neçə gün öncə, 2018-cil aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçirildi və xalqımız cənab Prezident İlham Əliyevə yenidən etimad göstərdi.

Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə səs verdi,

Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqa birliyini qəbul edə bilmirlər. Güclü Azərbaycan onları çox narahat edir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası (SMM) və digər beynəlxalq müşahidəçilərin aprelin 12-də, seçkidən bir gün sonra seçki ilə bağlı rəyləri bu qərəzli yanaşmanı bir daha ortaya qoydu.

Bu qüvvələrin belə münasibəti bizdə ancaq təəssüf hissi doğurur. Bu, ölkəmizə qarşı bir təxribatdır və heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək.

Bunu xalq yaxşı anlayır və bu qara qüvvələrə qarşı birləşib. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi onlara qarşı daha sərt mövqe göstərməlidir.

Azərbaycan dünyaya açıq bir dövlətdir və istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi.

Bu missiyanın seçkiləri öyrənmək, seçki günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi.

Çox təəssüf edirəm ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə imitasiya ilə məşğul oldular.

Belə yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, xalqımızın düçüncəsinə, iradəsinə qarşı çıxdılar.

Diqqəti onların bu qərəzli bəyanatlarındakı bir neçə məqama çəkmək istəyirəm.

Birinci, qeyd edirlər ki, gəlcəkdə Azərbaycan dövləti, Azərbaycan parlamenti ilə əməkdaşlıq edəcəklər.Özləri də bilmədən 2015-ci il parlament seçkilərində səsləndirdikləri bəyanatı təkrarladılar. Məntiqlə yanaşdıqda, prezident seçkiləri ilə parlament seçkiləri tamam fərqli məsələlərdir və bununla özlərini ifşa etdilər.

Görünür missiyanın üzvləri seçkilərdə müşahidəçi kimi iştirak etmək əvəzinə, turistliyə üstünlük veriblər. Çünki vermiş olduqları bəyanat bu adamların seçkilərdən tam məlumatsız olduqlarını göstərdi.

İkincisi, onların başqa bir iradı digər namizədlərin hakimiyyətin namizədini müdafiə etməsi ilə bağlıdır.

Axı Mərkəzi Seçki Komissiyası hansısa namizədi qeydə alarkən onlardan soruşmur ki, sənin mövqeyin necə olacaq.

Bunların bu yanaşması gülməli, gülməli qədər də ağlamalıdır.

Üçüncüsü, bəyan edirlər ki, guya əsl müxalifətin namizədi seçkidə iştirak etməyib.

Seçkilərdə qanunvericiliyə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Burada kiməsə qadağa qoyulmayıb. Onlardan kimsə xahiş etməli idi ki, seçkidə öz namizədləri ilə iştirak etsinlər...

Bu, bizim işimiz deyil. Görünür bu bəyanatı verənlər öz missiyaları ilə bizim fəaliyyəti qarışdırırlar. Müxalifət adlandırdıqları qüvvələrə "seçkilərə qatılmayın" dedikləri kimi, "seçkilərə qatılın"ı da özləri deməlidirlər. Bu da müəyyən qara məqamlardan, sövdələşmələrdən xəbər verir.

Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar xalqımıza qarşı təxribatdır.

Ona görə də Milli Məclisin Gənclər və İdman Komitəsi adından çağırış edirik ki, ATƏT-in Seçki Müşahidə Missiyasıbu qərəzli bəyanatla bağlı mətbuat konfransı keçirsin və Azərbaycan ictimaiyyətinə cavab versin.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fuad Muradov: 47 ölkədən 5 104 nəfər Azərbaycana qayıtmaq üçün müraciət edib

Fuad Muradov azərbaycanlıları fəal olmağa çağırıb

Fuad Muradov Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb

Fuad Muradov UNEC-də olub (FOTO)

Fuad Muradov Strasburqda Azərbaycan icması ilə görüş keçirib

Fuad Muradov müsabiqənin qalibləri ilə görüşüb

Fuad Muradov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Komitə sədri Fuad Muradov bəstəkar Arif Mirzəyevi təbrik edib

Fuad Muradov Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb

Fuad Muradov İsveç-Azərbaycan Birliyinin tədbirində iştirak edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir

Fuad Muradov Almaniyada azərbaycanlılarla görüş keçirib

Fuad Muradov Fransada bir sıra görüşlər keçirib

Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır

Fuad Muradov Tbilisidəki Cümə məscidində olub

Fuad Muradov Gürcüstana gedəcək

Fuad Muradov Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb

Fuad Muradov Fransa nümayəndə heyəti ilə görüşüb

Çalışmalıyıq ki, komitəyə xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək - Fuad Muradov

Fuad Muradov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

27 May 2020, 17:33 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

27 May 2020, 17:01 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin ərazisində “Bazarstore” açılıb (FOTO)

27 May 2020, 16:55 (GMT +4)
Tramp Twitter-i saxtakarlıqda ittihamlandırıb və sosial şəbəkələri bağlamaqla hədələyib

27 May 2020, 16:25 (GMT +4)
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

27 May 2020, 16:17 (GMT +4)
ABŞ Əfqanıstandakı qüvvələrinin sayını 8,600-ə endirib

27 May 2020, 16:06 (GMT +4)
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib

27 May 2020, 15:24 (GMT +4)
Husilərin raket zərbəsində Səudiyyənin dəstəklədiyi hökumət ordusunun baş qərargah rəisi yaralanıb

27 May 2020, 15:03 (GMT +4)
DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

27 May 2020, 14:45 (GMT +4)
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

27 May 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 56 nəfər ölüb

27 May 2020, 14:10 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

27 May 2020, 14:00 (GMT +4)
Bakıda evdə 84 yaşlı kişinin meyiti tapılıb

27 May 2020, 13:20 (GMT +4)
İsrail Livanın quru və hava məkanını pozub

27 May 2020, 13:07 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

27 May 2020, 12:36 (GMT +4)
Bakıda avtomobil divara çırpılıb (FOTO)

27 May 2020, 12:31 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var - KİV

27 May 2020, 12:21 (GMT +4)
Lənkəranda zəlzələ olub

27 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

27 May 2020, 11:56 (GMT +4)
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:26 (GMT +4)
Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

27 May 2020, 11:06 (GMT +4)
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər

27 May 2020, 11:00 (GMT +4)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

27 May 2020, 10:27 (GMT +4)
İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

27 May 2020, 10:22 (GMT +4)
Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

27 May 2020, 09:54 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb (VİDEO)

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

26 May 2020, 17:01 (GMT +4)
Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66