Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

“Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə üst-üstə düşüb - MSK sədri

16 Aprel 2018, 09:02 (GMT +4)

Bakı, 16 aprel, SalamNewsMəzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

SalamNews xəbər verir ki, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, cari il aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki prosesi iştirakçılarının maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan geniş seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin azad və sərbəst fəaliyyəti üçün tam maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.

Hər bir ölkə üçün prezident seçkilərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Məzahir Pənahov deyib: “900-ə yaxın beynəlxalq müşahidəçinin, habelə nüfuzlu 51 beynəlxalq kütləvi informasiya vasitəsindən KİV təmsilçilərinin izlədikləri seçkilər Azərbaycanın şanlı səhifəsi kimi tarixə düşdü. Ən əsası odur ki, cəmiyyətimizin bütün tərəfləri seçkilərə böyük maraq göstərirdi. Namizədləri qeydə alınmış siyasi partiyalarla yanaşı, digər siyasi partiyalar da seçkiləri müşahidə edirdilər. Həmçinin fərdi olaraq öz istəyi ilə seçkiləri izləmək istəyənlər müşahidəçi kimi qeydiyyatdan keçmişdilər. Yəni, bütün bunlar cəmiyyətin seçkilərə olan marağının göstəricisi idi. Çox sevindirici haldır ki, seçkiləri izləyən beynəlxalq müşahidəçilərin demək olar əksəriyyəti seçkilərin yüksək səviyyədə hazırlanıb keçirildiyini qeyd etdilər”.

MSK sədri bildirib ki, prezident seçkilərinin müşahidəsinə 61 beynəlxalq təşkilat və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi qatılıb. Habelə nüfuzlu 51 beynəlxalq kütləvi informasiya vasitəsindən olan 118 xarici KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyib. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini ABŞ və Fransadan olan təşkilatlarla birgə qurublar. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb. Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər. Seçkilərin müşahidəsində, həmçinin çoxsaylı siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 58 min 175 yerli müşahidəçi iştirak edib.

Ümumiyyətlə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

Qeyd olunub ki, səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olmaları üçün səsvermə başa çatdıqdan 4 saat sonra – saat 23:00-da ölkə üzrə 5641 seçki məntəqəsinin 3675-dən (65,15 faiz), aprelin 12-də saat 01:00-da 5201 seçki məntəqəsindən (92,20 faiz), saat 12:00-da isə bütün seçki məntəqələrindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

Məzahir Pənahov deyib: “Prezident seçkilərində seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 74,30 faizi səsvermədə iştirak edib. Seçki günü və ondan sonrakı günlər də daxil olmaqla, bütün seçki kampaniyası boyunca MSK-ya və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmayıb. Səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə lazımi addımlar atılıb”.

İclasda prezident seçkilərinin yekunlarının müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, səsvermənin nəticələrinə dair MSK-nın protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mərkəzi Seçki Komissiyası sədrinin maaşı 3060 manat olub

İsrail Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb

Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib

Mərkəzi Seçki Komissiyasında MDB nümayəndə heyəti ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-da səfərdə olub

Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinə (referenduma) yekun vurub

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyası “Trenerlər üçün treninq”lərə başlayıb

Mərkəzi Seçki Komissiyası referendumla bağlı təqvim planını təsdiq edib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyası ixtisaslaşdırılmış kurs keçəcək

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66