Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır - Vaqif Əsədov

30 Aprel 2018, 09:59 (GMT +4)

Bakı, 30 aprel, SalamNews. "Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir".

SalamNews xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib .

O, bildirib ki, hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır.

"Sürücü və piyadaların “tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm – bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram”, - deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişə çevrilib. Başqa müşahidə olunan hallar da var. Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda “keşikçi-sərnişin” təyin edir. Bu keşikçinin məqsədi tərəfimizdən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını amaq, “bu dəqiqə gəlir” - deməkdən ibarət olur", - deyə o bildirib.

Başqa metodlar da tapılıb – daxili işlər orqanlarının və digər hüquq mühafizə orqanlarına məxsus fərqləndirmə nişanları olan gödəkçə, baş geyimi və mətbu qəzet və nəşrlərini və digər vasitələri əldə edib, nəqliyyat vasitəsinin görünən yerində qoymaqla, deyir ki, “avtomobilimə toxunmayın...”. Bu halları edənlər mütləq bilməli və agah olmalıdır ki, yolverilməz olan hər bir hal ictimai qınaq yaradır, foto və videoları çəkilməklə sosial şəbəkələrdə açılan müzakirələrdə diqqəti yol polisinin fəaliyyətinə yönəldir: "Hətta səbəblər o qədər sadədir ki, bu vəziyyəti yaradanlar özlərini haqlı hesab edir. İnzibati xəta tərkibi olduğunu nəzərə almadan yol verilən bu hallar yol polisini qayğılandırır. Əgər gün ərzində tərəfimizdən dayanma, durma və parklanma qaydalarının pozulması ilə 800-dən artıq inzibati protokol tərtib olunursa, 2000-dən artıq sürücüyə şifahi xəbərdarlıq varsa, onların arasında polisdən narazılıq edənlər tapılır. Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, qanunla qorunan inzibati hüquqlar yollarda təkcə ictimai təhlükəsizliyin təminatını yox, hərəkət iştirakçılarının ünvana vaxtında çatmasına yönəlib. Yalnız dayanacaq meydançasında, yol nişanlarının tələbinə əməl etməklə, sərnişinləri mindirmək və ya düşürtmək üçün müvafiq yerlərdə nəqliyyat vasitələrinin dayandırılmasına qanunla icazə verilir.

Əgər bir sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb, qəza işıqlarını yandırmaqla kimisə bir dəqiqə gözləyirsə, yaxud 30 saniyə intervalında kimisə mindirib düşürürsə, paytaxtın ən az yüklü olan küçə və prospektlərinin ikizolaqlı və üçzolaqlı eyni istiqamətli yollarında 60-dan artıq nəqliyyat vasitəsinin zəncirvari olaraq, günün pik və adi saatlarından asılı olaraq, 3-10 dəqiqə arasında ləngimə yaradır. Tərəfimizdən aparılan bu hesablamalar göstərir ki, yollarda süni olaraq yaranan bu hallar yalnız sürücü düşüncəsinin dəhlizlərində nəzərə alınmayan səhlənkarlıqdır. Bu hallar paytaxt sürücüləri sırasında çoxluq təşkil etməsə də gün ərzində hərəkətin intensiv olduğu küçələrdə sıx müşahidə olunmaqdadır".

Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır: "Bu meyarı qorumaq hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, həm də mənəvi məsuliyyətidir. Çünki yollarda məsuliyyət həddən artıq fərdidir, özünəməxsusluq daşıyır. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmaqla əməl etməlidir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səhlənkarlıq edəndə nəticəsi ağır olur - Vaqif Əsədov

Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

Vaqif Əsədov: Bu gün Azərbaycan polisi ictimaiyyətin rəğbətini qazanır

Vaqif Əsədov: Bibiheybətdə sürücülər alternativ yollara yönləndirilir

Vaqif Əsədov: Hər birimiz ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq

Vaqif Əsədov: Müəllimlərin zəhməti unudulmamalıdır

Vaqif Əsədov “Şəms” milli mükafatına layiq görülüb

Hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməlidir - Vaqif Əsədov

Təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, ümumi qaydalara əməl etməliyik - Vaqif Əsədov

Meqapolisə çevrilən Bakıda insanlar hüquq və vəzifələrinə diqqətlə yanaşmalıdırlar - Vaqif Əsədov

Bir ildə Bakıda 88 minə yaxın piyada cərimələnib - Vaqif Əsədov

Bizim ən böyük problemimiz sürücü-piyada münasibətlərinin tənzimlənməsindədir - Vaqif Əsədov

Bəziləri sürücü-polis münasibətlərinin gərginləşdirilməsinə çalışır - Vaqif Əsədov

Bu il 2000-ə yaxın sərxoş, 70 avtoxuliqan saxlanılıb - Vaqif Əsədov

Yol Polisinin əsas işi təhlükəsizliyi təmin etməkdir - Vaqif Əsədov

Bu ilin 7 ayı ərzində 26 azyaşlı qəzalarda ölüb - Vaqif Əsədov

Vaqif Əsədov: Yay vaxtı sürücülər rahat, qapalı ayaqqabılara üstünlük verməlidirlər

Polkovnik Vaqif Əsədov növbəti mükafata layiq görülüb

Vaqif Əsədov: Yollarda çəkilmiş sarı zolaqlar müəyyən prosedurlardan sonra silinəcək

Polkovnik Vaqif Əsədov mükafata layiq görülüb (FOTO)

03 İyul 2020, 13:35 (GMT +4)
ABŞ-ın Texas ştatında maska taxmaq məcburi olacaq

03 İyul 2020, 13:28 (GMT +4)
Mərkəzi Bankın notları artıb

03 İyul 2020, 13:21 (GMT +4)
Hindistanla Çin arasında gərginlik fonunda Narendra Modi sərhədə baş çəkib (FOTO)

03 İyul 2020, 13:11 (GMT +4)
DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir

03 İyul 2020, 13:10 (GMT +4)
"ASAN xidmət" TƏBİB-ə Covid-19-la bağlı tibbi ləvazimatlar hədiyyə edib

03 İyul 2020, 13:04 (GMT +4)
Rusiyada sutka ərzində koronavirusa yoluxanların sayı 6 718 olub

03 İyul 2020, 12:54 (GMT +4)
Caspian European Club növbəti onlayn B2G forum keçirib

03 İyul 2020, 12:40 (GMT +4)
Türkiyə Birləşmiş Ərəb Əmirliyini Yaxın Şərq və Şimali Afrikada sabitliyi pozmaqda ittihamlandırıb

03 İyul 2020, 12:32 (GMT +4)
Fransa hökuməti istefaya gedib

03 İyul 2020, 12:31 (GMT +4)
Nazir Azad Rəhimov Zirvə Toplantısında çıxış edib

03 İyul 2020, 12:21 (GMT +4)
Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edilib (RƏSMİ)

03 İyul 2020, 12:18 (GMT +4)
Kim Çen In KXDR-də COVID-19-un yayılmasının qarşısını alanların adını açıqlayıb

03 İyul 2020, 12:01 (GMT +4)
Cəlilabadın 3 kəndində elektrik enerjisi sistemi yenilənir

03 İyul 2020, 11:51 (GMT +4)
İsraildə koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

03 İyul 2020, 11:45 (GMT +4)
Bayden populyarlıq baxımından Trampı qabaqlayır

03 İyul 2020, 11:34 (GMT +4)
İstanbul-Bakı reysi ilə 19 azərbaycanlı həkim ölkəyə gətirilib

03 İyul 2020, 11:25 (GMT +4)
Lukaşenko "qardaş-rusiyalılar"ın belaruslara həsəd apardığını açıqlayıb

03 İyul 2020, 11:12 (GMT +4)
İqtisadiyyat nazirinin müavini supermarket rəhbərləri ilə görüşüb

03 İyul 2020, 10:59 (GMT +4)
ABŞ Məhkəməsi Venesuelaya neft aparacaq İran tankerlərinin müsadirəsi haqda qərar çıxarıb

03 İyul 2020, 10:48 (GMT +4)
AZTV-nin baş redaktorunun vəfatı ilə bağlı rəsmi məlumat yayılıb

03 İyul 2020, 10:44 (GMT +4)
Zaxarova: İrana qarşı silah embarqosunun uzadılması məsələsini qaldırmaq üçün səbəb yoxdur

03 İyul 2020, 10:23 (GMT +4)
Malidə silahlıların hücumu nəticəsində 32 mülki şəxs həlak olub

03 İyul 2020, 10:20 (GMT +4)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür

03 İyul 2020, 10:15 (GMT +4)
Putin Nazarbayevi 80 illik yubileyi münasibətilə təbrik edib

03 İyul 2020, 10:14 (GMT +4)
DYP: 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

03 İyul 2020, 10:01 (GMT +4)
Yeni peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb

03 İyul 2020, 09:50 (GMT +4)
ABŞ Rusiya ilə Taliban arasında "anlaşma" təsdiqlənərsə ciddi tədbirlər görəcəyini açıqlayıb

03 İyul 2020, 09:45 (GMT +4)
HƏMAS Qəzzada İsrailə cəsusluq edən qrupu ələ keçirib

03 İyul 2020, 09:34 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 52 dəfə pozub

03 İyul 2020, 09:24 (GMT +4)
AzTV-nin baş redaktoru COVID-19-dan vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66