Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Kestutis Yankauskas: Sentyabrda Naxçıvanda Avropa günləri keçiriləcək

03 May 2018, 14:09 (GMT +4)

Bakı, 3 may, SalamNews. Muxtar respublikaya səfərimin məqsədi mayın 1-də peşə təhsili və təlimi seminarında iştirak etmək idi və bu seminar yüksək səviyyədə keçirildi. Burada avropalı və naxçıvanlı mütəxəssislər mövzu ilə bağlı elmi-təcrübi mübadilə apardı, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

SalamNews xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

“Səfər həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tədbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”, – deyən Kestutis Yankauskas vurğulayıb ki, bu tədbirlər gənclərə, təhsilə və biznesə həsr ediləcək. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələrin inkişaf etdirilməsi məsələləri birgə müzakirə olunacaq.

Kestutis Yankauskas deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtıdır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəaldırlar. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik”.

“Bu, mənim Naxçıvana ikinci səfərimdir. Bu müddət ərzində muxtar respublikanın sürətli inkişafının bir daha şahidi oldum. Naxçıvan Dövlət Universitetindəki elektron avadanlıqlar və virtual tədris mühiti məndə böyük təəssürat oyatdı. Əlbəttə, bu, texnologiyadan faydalanmaq, yeniliklər etmək üçün bir imkandır. Düşünürəm ki, biz burada “Erasmus +” proqramı çərçivəsində əməkdaşlığı daha da artıra bilərik”, - deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 İyul 2019, 19:57 (GMT +4)
“Azercell”: Məlumatlar həqiqəti əks etdirmir

17 İyul 2019, 18:04 (GMT +4)
Gələn il AMEA 75 yaşını qeyd edəcək

17 İyul 2019, 17:56 (GMT +4)
İlin I yarısında BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

17 İyul 2019, 17:52 (GMT +4)
İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

17 İyul 2019, 17:43 (GMT +4)
SalamNews Azərbaycan İlahiyat İnstitutu tərəfindən təltif edilib (FOTOLAR)

17 İyul 2019, 17:33 (GMT +4)
Türkiyə XİN Ərbildə baş verən hücumla bağlı bəyanat yayıb

17 İyul 2019, 17:27 (GMT +4)
Şurada onlayn konsultativ xidmətin ilk təqdimatı keçirilib

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:29 (GMT +4)
"CinemaPlus"da “Super Yay” aksiyasına start verilib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12