Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azad Rəhimov Dünya Autizm Festivalına qatılan uşaqlarla görüşüb

04 May 2018, 14:56 (GMT +4)

Bakı, 4 may, SalamNews. Gənclər və idman naziri Azad Rəhimov Dünya Autizm Festivalına (ANCA) qatılan 15 nəfərlik xor və ritm kollektivinin üzvlərini və onların valideynlərini qəbul edib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, gəncləri uğurlu iştirakları münasibəti ilə təbrik edən nazir Azad Rəhimov bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzası ilə həyata keçirilən “2017-2021-ci illərdə Azərbaycan Gəncliyi Dövlət Proqramı” çox şaxəlidir. Məhz Dövlət Proqramında sosial layihələrin həyata keçirilməsi bölümünün mövcudluğu daim bu səpkili layihələrə dəstəyin göstərilməsinə böyük təkan vermiş olur. Nazir, eyni zamanda diqqətə çatdırdı ki, bu ilin sentyabr ayında Bakıda keçiriləcək Dünya Xüsusi Olimpiya hərəkatı Forumunun baş tutması cəmiyyətin əqli imkanları məhdud olan gənclərə daha çox diqqət ayırmasına, bununla yanaşı, dünyada bu istiqamətdə həyata keçirilən yeni istiqamətlərin öyrənilməsinə şərait yaradacaq. Nazir Azad Rəhimov görüş iştirakçılarını da Bakıda keçiriləcək beynəlxalq tədbirdə aktiv şəkildə iştiraka dəvət etdi.

Məlumat üçün bildirək ki, “Birgə və Sağlam İctimai Birliyinin” autistlərdən ibarət 15 nəfərlik xor və ritm kollektivi 23-27 aprel 2018-ci il tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyənin Alanya şəhərində təşkil olunmuş 2-ci Dünya Autizm Festivalına (ANCA) qatılıblar.

Kanadanın ANCA fondu və Türkiyənin OTİSİUM təşkilatı tərəfindən təşkil olunan Festivalda dünyanın 12 müxtəlif ölkəsindən nümayəndələr iştirak ediblər. Festivalda müxtəlif ölkələrin nümayəndələri autizm sahəsində ölkələrində görülən işlər və fəaliyyət proqramını təqdim ediblər.

Bundan başqa müxtəlif seminarlar, musiqi, rəsm, bir sıra idman yarışları da festival çərçivəsində həyata keçirilmişdir.

Xor və ritm qrupu 2 gün ərzində müxtəlif milli musiqiləri tamaşaçılara təqdim edib, eyni zamanda, fərdi qaydada öz qabiliyyətlərini nümayiş etdirmiblər.

Festival zamanı Azərbaycan üçün ayrılmış tanıtım ölkəmiz haqqında geniş məlumatlar verilmiş və uşaqların ailələri tərəfindən hazırlanan müxtəlif şirniyyatlar müxtəlif ölkə nümayəndələrinə təqdim olunmuşdur.

Festivalın 3-cü günündə təmsilçilər uzun məsafəyə qaçış marafonunda və velosiped yarışlarında iştirak ediblər.

Bütün fəaliyyətlərə görə “Birgə və Sağlam İctimai Birliyinin” kollektivi Festivalın Fəxri fərmanı və medallarla təltif olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azad Rəhimov İƏT Gənclər paytaxtı Dəkkəni təbrik edib

Nazir Azad Rəhimov Zirvə Toplantısında çıxış edib

Nazir Azad Rəhimov gənc liderlərlə görüşüb

Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov: Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır

Azad Rəhimov Baş Assambleyaların məhz Zirvə Toplantılarından öncə keçirilməsini təklif etdi (FOTOLAR)

Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

Azad Rəhimov Beynəlxalq idman forumuna dəvət edilib

Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

Gənclər və İdman naziri Azad Rəhimov xüsusi mükafata layiq görülüb (FOTO)

Azad Rəhimov Strasburqa işgüzar səfərdədədir

Nazir Azad Rəhimov müsəlman gəncləri təbrik edib

Nazir Azad Rəhimov gənc şahmatçıları təbrik edib

Azad Rəhimov: İdmançılarımızın qazandığı medalların sayı bizi qane edir

Azad Rəhimov ordenlə təltif edilib

Azad Rəhimov media nümayəndələrini təbrik edib

Azad Rəhimov: İdman obyektləri və Atletlər kəndi festivala tam hazırdır

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşüb

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

10 Avqust 2020, 17:02 (GMT +4)
Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 16:59 (GMT +4)
Bağdadın cənubunda İŞİD tərəfindən planlanmış partlayışın qarşısı alınıb

10 Avqust 2020, 16:46 (GMT +4)
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

10 Avqust 2020, 16:30 (GMT +4)
AFFA klublara toplar təqdim edib

10 Avqust 2020, 16:15 (GMT +4)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

10 Avqust 2020, 16:04 (GMT +4)
İranda son sutkada koronavirusdan 189 nəfərin ölümü qeydə alınıb

10 Avqust 2020, 16:00 (GMT +4)
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycanda bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
İlham Əliyev Belarus prezidentini təbrik edib  

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66