Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib

15 May 2018, 12:35 (GMT +4)

Bakı, 15 may, SalamNews. Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təntənə ilə qeyd edilib.

SalamNews AZƏRTAC-a istiandla xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər və mədəniyyət nazirləri, görkəmli bəstəkarın qızı Züleyxa Qarayeva, eləcə də Parisdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Fransa ictimaiyyətinin, işgüzar dairələrin, xarici ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində böyük bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar sərgi vasitəsilə dahi bəstəkarın yaradıcılığı ilə yaxından tanış olublar. Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan jurnal və onun əsərlərindən ibarət disklər iştirakçılara hədiyyə edilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov tədbirdə çıxış edərək dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan xalq musiqisindən ilhamlandığını vurğulayıb. Bildirib ki, yaradıcılığı boyu ayrı-ayrı klassiklərin, xüsusilə Nizaminin və Füzulinin əsərlərinə müraciət edən Qara Qarayev “Leyli və Məcnun” simfonik poemasını, “Yeddi gözəl” baletini yazıb. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir bəy Hacıbəylidən öyrənən Qara Qarayev sonralar Dmitri Şostakoviçin sinfində təhsil alıb.

Səfir böyük bəstəkarın 110-na qədər əsər yazaraq, milli musiqi tariximizdə dərin iz qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə görkəmli bəstəkarın xatirəsi əbədiləşdirilib, onun adına küçə, metro stansiyası var. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının mərkəzində Qara Qarayevin abidəsinin açılışı olub.

UNESCO baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşuk çıxışında Qara Qarayevin əsərlərinin xüsusiyyətlərindən danışıb. O, Qara Qarayevin musiqisinin xalqlar arasında dialoqun qurulmasına təkan verdiyini, keçmişdən gələcəyə gedən yolu əks etdirdiyini vurğulayıb.

Yubiley tədbiri böyük bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Fuad İbrahimovun dirijorluq etdiyi konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında böyük bəstəkarın əsərləri səsləndirilib. Orkestri Fərhad Bədəlbəyli, Murad Hüseynov, Vurğun Vəkilov, Cəmil Sədizadə, Elvin Xoca Qəniyev (virtuoz skripka) müşayiət ediblər.

Konsert salonundakı böyük ekranda Qara Qarayevin yaradıcılığını əks etdirən, o cümlədən “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərindən fraqmentlər göstərilib.

Dahi bəstəkarın əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qara Qarayevin seçilmiş əsərləri Almaniyada işıq üzü görüb

Baş İdarənin kollektivi Qara Qarayevin ev muzeyini ziyarət edib

Bəstəkar Qara Qarayev haqqında kitab çap olunub

“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub

Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub

Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib

Moskvada Qara Qarayevin 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib (FOTO)

ABŞ-ın Texas ştatında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert olub

Xalça Muzeyində Qara Qarayevin əsərlərindən parçalar səsləndirilir

Qara Qarayevin 100 illik yubileyinə həsr olunan sərgi açılıb

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum tarixidir

Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək

Bişkekdə Qara Qarayevin 100 illiyi qeyd olunacaq

TÜRKSOY 2018-ci ili azərbaycanlı bəstəkar “Qara Qarayev İli” elan edib

Qara Qarayevin və BDU-nun 100 illik yubileyləri UNESCO-da qeyd ediləcək

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Qara Qarayevin əsərlərindən ibarət diskin təqdimatı keçiriləcək

Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi anılacaq

Metronun "Qara Qarayev stansiyasının ətrafında maarifləndirici tədbir keçirilib

Bakının Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

17 İyul 2019, 14:48 (GMT +4)
Türkiyənin şərqində PKK minasına düşən iki uşaq həyatını itirib 

17 İyul 2019, 14:42 (GMT +4)
Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

17 İyul 2019, 14:33 (GMT +4)
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib

17 İyul 2019, 14:22 (GMT +4)
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17 İyul 2019, 14:14 (GMT +4)
Rusiyada azərbaycanlı həmyerlisini qətlə yetirib 

17 İyul 2019, 14:09 (GMT +4)
AQTA bağçalarda monitorinqlərə başlayıb

17 İyul 2019, 14:07 (GMT +4)
İran, Azərbaycan, Türkiyə və Rusiyanın Tehranda dördtərəfli toplantısı işinə başlayıb (FOTO)

17 İyul 2019, 14:04 (GMT +4)
Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12