Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Beynəlxalq Sərgilər Bürosunun Azərbaycanın "Ekspo 2025"ə namizədliyi ilə bağlı rəyi açıqlanıb

15 May 2018, 16:56 (GMT +4)

Bakı, 15 may, SalamNews. Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsinin mayın 4-də keçirilmiş iclasının ümumi hesabatı dərc edilib.

"Bakı Ekspo 2025"in Əməliyyat Katibliyindən SalamNews-a verilən məlumata görə, hesabata Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisinə namizədliyi məqsədilə Azərbaycanda səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib.

2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu qürurla bəyan edir ki, Bakı şəhəri növbəti mərhələyə keçib və finala doğru irəliləməkdədir. Cari ilin noyabr ayında Paris şəhərində təşkil ediləcək BSB-nin Baş Assambleyasının 163-cü sessiyası zamanı üzv dövlətlər 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

- 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: “Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq”.

- Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də qeyd edib.

- Qiymətləndirmə Missiyası “İnsan kapitalını inkişaf etdirək Daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini olduqca təqdirəlayiq hesab edib və bildirib ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırki iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim etməsinin məqsədəuyğun olduğu da bildirilib və qeyd olunub ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə son dərəcə uyğun olduğunu və iştirakçıların cəlb edilməsi üçün güclü potensial təşkil edə biləcəyini güman edir.

Azərbaycan Respublikasının Maliyyə naziri və 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov bildirib: “Biz BSB-nin İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına təklifimizlə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edirik. Gələn ay Parisdə keçiriləcək BSB-nin Baş Assambleyasının 163-cü sessiyası zamanı BSB üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik.”

Qeyd edək ki, 18 il ərzində BSB-nin 6 Ekspo sərgilərində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanmış Azərbaycan Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir. Əgər Bakı şəhərinin namizədliyi seçilərsə, "Ekspo 2025" ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində 6 ay ərzində keçiriləcək. Bu, bütöv regionda təşkil ediləcək BSB-nin ilk ümumdünya Ekspo sərgisi olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Ekspo 2025” Ümumdünya Sərgisi Yaponiyada keçiriləcək

UNEC-in müəllimi “Bakı Ekspo 2025” elmi məqalə müsabiqəsinin qalibi olub

Afrika İttifaqının mənzil-qərargahında Bakının “Ekspo 2025” Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

Prezident İlham Əliyev “Milan Ekspo 2015” sərgisindəki mili pavilyonla tanış olub

Novruz Məmmədov: Bakının “Ekspo 2025” sərgisinə ev sahibi seçilmək şansı daha çoxdur

UNEC tələbəsi “Ekspo 2025 Bakı” esse müsabiqəsinin qalibi olub

UNEC-də İstiqlal Muzeyinin eksponatlarından ibarət sərgi açılıb (FOTO)

BMT-nin Baş Qərargahında Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib (FOTO)

Ciddə şəhərində “Ekspo 2025” Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

"S-400" Suriyada problemsiz işləyir – “Rosoboroneksport”

Bakı Ekspo Mərkəzində Təhsil sərgisinin açılış mərasimi olub (FOTOLAR)

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 266 eksponat konservasiya edilib 

ABŞ-da qalereya ziyarətçisi selfi çəkərkən 200 min dollarlıq eksponatları sındırıb (VİDEO)

Lənkəran Tarix-diyarşünaslıq muzeyində 6 300-dən çox eksponat qorunur (FOTOLAR)

Bakı Ekspo Mərkəzində gəmiçiliyin stendi ziyarətçilərin xüsusi marağına səbəb olub

Sabah Bakı Ekspo Mərkəzində 3 sərginin açılışı olacaq

Bakı Ekspo Mərkəzində “HOREX Caucasus 2017” sərgisi keçirilir 

Bakı Ekspo Mərkəzində bu gün Beynəlxalq Turizm və Səyahətlər sərgisi açılıb

Bakı Ekspo Mərkəzində 11-ci “HOREX Caucasus 2017” sərgisi açılacaq

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

20 Sentyabr 2019, 12:24 (GMT +4)
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

20 Sentyabr 2019, 12:15 (GMT +4)
DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66