Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda “Microsoft Imagine Cup 2018” müsabiqəsinin qalibləri müəyyənləşib

15 May 2018, 17:50 (GMT +4)

Bakı, 15 may, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, “Microsoft Azərbaycan” şirkəti, “PAŞA Bank” və “Nar” mobil rabitə operatorunun dəstəyi ilə Azərbaycanda fevral ayında start götürən “Imagine Cup 2018” innovasiya müsabiqəsinin Milli Turuna yekun vurulub.

Milli mərhələ çərçivəsində 15 komanda layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edib ki, münsiflər unikal fikirləri, yenilikçi texnoloji həlləri, öz layihələrini layiqincə təqdim etmək bacarığını qiymətləndirib və gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub. Milli Turda 9 ali təhsil müəssisəsi və “SABAH Qrupları”ndan olan komandalar iştirak ediblər. Sözügedən mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub.

Belə ki, müsabiqənin üçüncü yerinə “Ağıllı dibçək” layihəsində görə “GardenX” komandası layig görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil platforma (“Uber” və ya “Taxify”ın analoqu) hazırlayan “GidAmigo” komandası tutub. Sözügedən həll vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə “KubiRub” komandası layiq görülüb.

Bu komanda “Rubikin kubiki” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubikin tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq. Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Komandaların bu mərhələdəki layihələrini beynəlxalq ekspertlərdən ibarət, o cümlədən Azərbaycandan olan münsiflər heyəti qiymətləndirəcək.

Sözügedən turun qalibləri “Imagine Cup 2018”in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı sayılan – 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcək. “Bir çox tələbə üçün “Imagine Cup” kimi nüfuzlu müsabiqədə iştirak uğurlu karyeranın başlanğıcı ilə nəticələnir. Komandalar öz ilk layihələrini təqdim edərək informasiya texnologiyaları sahəsinin aparıcı mütəxəssislərindən tövsiyələr alırlar. Təhsil sahəsi “Microsoft” şirkətinin prioritet istiqamətlərindən biridir.

“Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. “Microsoft Imagine Cup” – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara “Made in Azerbaijan” nişanı ilə çıxarıla bilməsi üçün innovasiya ekosistem yaratmaq istəyirik”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Qeyd edək ki, müsabiqə “Yüksək Texnologiyalar Parkı”, “SABAH Qrupları” və “Landmark Business Center” tərəfindən dəstəklənir. İnformasiya dəstəyi 1news.az, İnfoCity, İnsider.az, ASAN Radio və “Media FM” radiostansiyası tərəfindən həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

“Microsoft” və “Gilan Holding” arasında saziş imzalanıb

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

“Microsoft” korporasiyası “Bakutel2018” də innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

“Microsoft” regional Virtual Sammitinə ev sahibliyi edəcək

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“Microsoft Imagine Cup” müsabiqəsinin finalçıları məlum olub

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoyub

Prezident “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

Azərbaycanda hər yüzüncü “Microsoft Office” istifadəçisi eksploitlərlə rastlaşıb

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli olub

05 Dekabr 2019, 19:03 (GMT +4)
Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

05 Dekabr 2019, 18:30 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

05 Dekabr 2019, 18:01 (GMT +4)
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

05 Dekabr 2019, 17:51 (GMT +4)
Əbülfəz Xamedov: Qazaxıstanda Ulu Öndərin adına park salınacaq

05 Dekabr 2019, 17:46 (GMT +4)
Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

05 Dekabr 2019, 17:44 (GMT +4)
Kembricdə ekoloji cəhətdən təmiz materiallardan məscid inşa edilib

05 Dekabr 2019, 17:29 (GMT +4)
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

05 Dekabr 2019, 17:27 (GMT +4)
Netanyahu və Pompeo «İran İmperiyasının zəiflədilməsi»ni müzakirə ediblər

05 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya istehsalı MiG-29 qırıcısı Misirdə qəzaya uğrayıb

05 Dekabr 2019, 17:09 (GMT +4)
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

05 Dekabr 2019, 16:57 (GMT +4)
Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

05 Dekabr 2019, 16:56 (GMT +4)
Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

05 Dekabr 2019, 16:37 (GMT +4)
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib

05 Dekabr 2019, 16:34 (GMT +4)
Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

05 Dekabr 2019, 16:29 (GMT +4)
“AtaBank” əmanətçiləri sevindirməyə davam edir

05 Dekabr 2019, 16:28 (GMT +4)
İş adamı: «AgroBirja»nın iş prinsipi bazarın individuallığı və spesifikliyinə görə formalaşır

05 Dekabr 2019, 16:18 (GMT +4)
"Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb

05 Dekabr 2019, 16:16 (GMT +4)
Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib

05 Dekabr 2019, 16:13 (GMT +4)
Bağdad və Kərbəlada iğtişaşları pisləyən aksiyalar keçirilib (FOTO)

05 Dekabr 2019, 16:03 (GMT +4)
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

05 Dekabr 2019, 15:43 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır - Çavuşoğlu

05 Dekabr 2019, 15:38 (GMT +4)
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

05 Dekabr 2019, 15:33 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

05 Dekabr 2019, 15:23 (GMT +4)
“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib

05 Dekabr 2019, 15:05 (GMT +4)
Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

05 Dekabr 2019, 15:04 (GMT +4)
Məşhəddə prospektin üzərindən keçən piyada körpüsü uçub, yaralananlar var

05 Dekabr 2019, 14:54 (GMT +4)
Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanılıb

05 Dekabr 2019, 14:53 (GMT +4)
Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir 

05 Dekabr 2019, 14:23 (GMT +4)
Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də olub

05 Dekabr 2019, 14:20 (GMT +4)
Türkiyə ilə Qazaxıstan hərbi əməkdaşlığı inkişaf etdirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66