Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub (FOTOLAR)

18 May 2018, 16:38 (GMT +4)

Bakı, 18 may, SalamNews. Mayın 18-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazirliyin əməkdaşları, Azərbaycanda akkreditə olunmuş səfirlər, bir sıra muzeylərin rəhbərləri, ölkənin muzey ictimaiyyətinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bütün dünyada bu günün sevinclə qeyd edildiyi, lakin 18 mayın Azərbaycan tarixinə kədərli gün kimi də həkk olunduğunu, bu il Laçının ermənilər tərəfindən işğalının 26-cı ildönümü olduğunu dedi.“Laçının və ümumiyyətlə, Qarabağın ərazisində çoxsaylı tarixi abidələr, muzeylər dağıdılır, maddi mədəniyyət nümunələrimiz erməni adı ilə dünyaya yayılır. Bu istiqamətdə bizim dövlətimiz hüquqi formada mübarizə aparır, hökümət səviyyəsində vacib tədbirlər görür” – deyə o, sözlərinə əlavə etdi.

Eyni zamanda, ölkə rəhbərliyinin dəstəyi ilə hər il ölkəmizin mədəni sərvətlərinin YUNESCO-nun qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil olduğunu diqqətə çatdırdı. Şirin Məlikova dedi ki, bu gün Azərbaycan Xalça Muzeyində təqdim olunan "Öz ilməni toxu" adlı instalyasiya layihəsi Azərbaycanın aparıcı muzeyi olan bu məkanın interaktivliyini olduqca gözəl əks etdirir.

Belə ki, muzeyin foyesində "zili" xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılmışdır. Çərçivələrdə rəngli iplik kələflər bərkidilib. Hər bir ziyarətçi zövqünə görə rəng seçərək bir və ya daha çox ip sırası toxunan xovsuz xalça üçün toxuya bilər.“Bu xalçanın yaranmasında qonaqlarımızın da iştirak etməsini istəyərdik. Muzeyimizin qonaqları bizim sərvətimizdir, bura gələn hər bir ziyarətçi və onların yeni eksponatın yaranmasına bəxş etdiyi töhfə bizim üçün çox qiymətlidir. Burada iştirak edən hər kəsi bir cərgə toxumağa, zəhmət, diqqət, səbr, səriştə, rəngləri uyğunlaşdıraraq kompozisiya yaratmaq kimi bacarıq tələb edən bu işin mürəkkəbliyini hiss etməyə dəvət edirəm” – deyən Şirin Məlikova vurğuladı.

ICOM Azərbaycan Milli Komitəsinin fəaliyyətindən söz açan Ş.Məlikova sözügedən komitənin sədri kimi bütün ICOM-çulara milli və beynəlxalq komitələrlə işlədikləri üçün təşəkkürünü bildirdi. ICOM Azərbaycan adından idarə heyətinin üzvləri, Azərbaycan muzey və mədəniyyət, incəsənət və elm sahələrində böyük səyləri ilə tanınan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənətMuzeyinin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, iki beynəlxalq komitənin idarə heyətnin üzvü, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova komitənin işində fəaliyyətlərinə görə diplomlarla təltif olundular.

Çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev muzey ictimaiyyətini bu əlamətdar gün münasibətilə təbrik etdi. O, bildirdi ki, bu gün beynəlxalq səviyyədə bütün dünyada məhz muzey işçiləri üçün qeyd olunan tarixdir. Bu günün muzey kollektivləri üçün əhəmiyyətindən söz açan nazir ölkəmizdə mədəniyyət sahəsində görülən işləri vurğulayaraq, Cənab Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın sayəsində məhz muzey sahəsinə dövlət dəstəyinin olduğunu vurğuladı.

O, qeyd etdi ki. məhz ölkə rəhbərliyinin səyləri nəticəsində Azərbaycanın maddi-mədəni irsi YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısına daxil edilib. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək, ölkəmizin muzey ictimaiyyətini təbrik etdilər. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunan 18 may Beynəlxalq Muzeylər Gününün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir.

Hər il 18 may tarixində ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən bütün dünya muzeyləri üçün “Hiper kommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriya” mövzusu elan olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək

Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Azərbaycan Xalça Muzeyi “Tarixə və ənənəyə toxunuş” layihəsinə start verir

Xalça müzeyində beynəlxalq simpozium keçirilib (FOTOLAR)

Xalça Muzeyi növbəti beynəlxalq simpoziuma hazırlaşır

Beynəlxalq Muzeylər Şurası: Xalça Muzeyi bütün standartlara cavab verir

Xalça Muzeyində keçirilən beynəlxalq konfrans uğurla yekunlaşıb

Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

Xalça Muzeyinin direktoru Şirin Məlikovaya böyük etimad göstərilib

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

Xalça Muzeyi ikinci dəfə “Mükəmməllik sertifikatı”na layiq görülüb

Baş İdarənin təşkilatçılığı ilə Xalça Muzeyinə ekskursiya təşkil olunub

İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb

Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiə günü qeyd olunub (FOTO)

Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq edəcək

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

20 Fevral 2020, 17:20 (GMT +4)
Türkiyə Ordusu İdlibdə Suriya Ordusunun mövqelərinə hücuma keçib

20 Fevral 2020, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Almaniyadakı terror hücumunun araşdırılmasını yaxından izləyir

20 Fevral 2020, 17:08 (GMT +4)
Gömrük əməkdaşları daha bir uğurlu əməliyyat keçirib (VİDEO)

20 Fevral 2020, 16:52 (GMT +4)
Azərbaycanda bir neçə qida əlavəsinin satışı və istifadəsi qadağan edilib (SİYAHI)

20 Fevral 2020, 16:51 (GMT +4)
Türkiyə AB-nin altı ölkəsinin vətəndaşları üçün viza rejimini sadələşdirib

20 Fevral 2020, 16:45 (GMT +4)
ATU daha bir əməkdaşlığa imza atıb

20 Fevral 2020, 16:38 (GMT +4)
İsrail Ermənistanın bu ölkədə səfirlik açmaq planını alqışlayıb

20 Fevral 2020, 16:38 (GMT +4)
Avstraliyada sərnişin qatarı relsdən çıxıb

20 Fevral 2020, 16:30 (GMT +4)
Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir

20 Fevral 2020, 16:24 (GMT +4)
Azərbaycan taekvondoçusu Helsinqborqda qızıl medal qazanıb

20 Fevral 2020, 16:05 (GMT +4)
Merkel Hanaudakı atışma səbəbiylə Halleyə ziyarətini ləğv edib

20 Fevral 2020, 16:02 (GMT +4)
Bakı metrosu koronavirusa görə dezinfeksiya ediləcək

20 Fevral 2020, 15:54 (GMT +4)
Azərbaycanda 4-cü dəfə Satış Forum keçirilib (FOTOLAR)

20 Fevral 2020, 15:51 (GMT +4)
Türkiyə-Azərbaycan oyunu Alanyadakı Oba stadionunda keçiriləcək

20 Fevral 2020, 15:40 (GMT +4)
Avstraliya Çindən gələnlərin ölkəyə giriş qadağasını uzadıb

20 Fevral 2020, 15:26 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 15:20 (GMT +4)
Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

20 Fevral 2020, 15:18 (GMT +4)
Maduro ABŞ-ın sanksiyaları səbəbiylə milli neft sənayesində fövqəladə vəziyyət elan edib

20 Fevral 2020, 15:17 (GMT +4)
Azərbaycan və İtaliya Prezidentlərinin geniş tərkibdə görüşü olub

20 Fevral 2020, 15:11 (GMT +4)
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

20 Fevral 2020, 15:00 (GMT +4)
DTX Neftçalada keçirilən əməliyyatla bağlı açıqlama yayıb

20 Fevral 2020, 14:57 (GMT +4)
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

20 Fevral 2020, 14:43 (GMT +4)
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

20 Fevral 2020, 14:32 (GMT +4)
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66