Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır - Tahir Budaqov

25 May 2018, 14:59 (GMT +4)

Bakı, 25 may, SalamNews. Mayın 25-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Xalq Cümhuriyyəti qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olduğunu bildirib. Qeyd edib ki, müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bəyan etmişdir.

Ölkəmiz XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra məhz ümummilli lider Heydər Əliyev 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik və müstəqillik ənənələrini davam etdirmişdir. Bu parlaq dühanın təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Azərbaycanın ictimai-siyasi həyatına təsir edən taleyüklü tarixi qərarlar qəbul edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunmuş, milli atributun qəbul olunması barədə Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılmışdır.

Yeni tarixi şəraitdə Azərbaycan ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq birliyin suveren üzvü kimi dünya dövlətləri arasında öz layiqli yerini tutmağa başlayıb. Ölkəmizin bu mürəkkəb dövrdə üzləşdiyi bəlalardan xilas olması, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik dəyərlərin bərqərar olması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev fenomeni xalqı vahid milli ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirib, ölkəni parçalamağa çalışan separatçı qüvvələri zərərsizləşdirib, respublikada sabitlik yaradıb. Müasir müstəqil Azərbaycanın nicatı və bir dövlət kimi formalaşması məhz bu böyük qayıdış sayəsində mümkün olub.

 Tahir Budaqov xüsusi vurğulayıb ki, müstəqil dövlətçilik və demokratik amallar uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır, qətiyyətlə inkişaf etdirilir. Ümummilli liderimizin mükəmməl dövlətçilik yolunu yeni müstəvidə peşəkarcasına davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir və müstəqil ölkəmizin bu gün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutması böyük müdrilik və uzaqgörənliklə təmin edilir, yeni-yeni zəfərlərə imza atılır.

Digər çıxış edənlər XX əsrin sonunda xalqımızın yenidən öz müstəqilliyinə qovuşduğunu bildirmiş, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığını, məhz Ulu Öndərin polad iradəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını, dünya dövlətləri arasında layiqli yer tutduğunu qeyd etmişlər. Vurğulanıb ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunun layiqli varisi və davamçısı olmaqla yanaşı həm də Azərbaycan istiqlalı və dövlətçiliyinin qurucusu kimi şanlı müstəqillik yolunun, şərəfli istiqlal irsinin varisidir. Əminliklə qeyd etmək yerinə düşər ki, xalqımız Dövlət Başçımızın ətrafında bundan sonra da sıx birləşərək fundamental nailiyyətlər qazanacaq, öz müstəqilliyini daim qoruyub saxlayacaq, öz dövlətini zaman-zaman möhkəmləndirəcəkdir.

Tədbirin sonunda Arzu Əliyevanın baş prodüsserliyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına ezamiyyətə gedən Azərbaycan nümayəndə heyətinin çətin və şərəfli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSK: Beş ayda nəqliyyat vasitələri ilə 81,2 milyon ton yük daşınıb

DSK: Dörd ayda qeyri-neft-qaz məhsullarının ixracı azalıb

DSK: Beş ayda ÜDM istehsalı azalıb

DSK: İqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır

DSK: Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal artıb

DSK: Üç ayda ət, süd, yumurta və tərəvəz istehsalı artıb

DSK rəhbərliyi Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub

MSK DSK-ların mütəxəssisləri üçün seminarlara başlayıb

DSK-nın əməkdaşları Koreyada təşkil edilən təlimdə iştirak edirlər

DSK: Birinci rübdə hava nəqliyyatı ilə 477,7 min sərnişin daşınıb

DSK: Əmtəəlik qaz hasilatı 36% artıb

DSK sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb

DSK: İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub

DSK: Yanvar-fevral aylarında əsas kapitala 1,7 milyard manat yönəldilib

DSK: Keçən il ölkədə 2 min 910 istixana fəaliyyət göstərib

DSK: Ölkədə 23,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub

DSK: Yanvarda hava nəqliyyatı ilə 163 mindən çox sərnişin daşınıb

DSK: Cinayət törətmiş şəxslərin 86%-i heç yerdə işləməyən və oxumayanlar olub

DSK: Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib

DSK ilə FAO arasında əməkdaşlıq məsələləri genişləndirilir

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 İyul 2020, 13:32 (GMT +4)
Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

11 İyul 2020, 13:13 (GMT +4)
Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

11 İyul 2020, 13:11 (GMT +4)
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

11 İyul 2020, 12:53 (GMT +4)
Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz – İran prezidenti

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66