Zinəddin Zidan “Real”ın baş məşqçisi postundan istefa verib31 May 2018, 17:45 (GMT +4) Bakı, 31 may, SalamNews. Zinəddin Zidan “Real Madrid”in baş məşqçisi postunu tərk edib.
SalamNews-un məlumatına görə, fransalı mütəxəssis artıq “Kral klubu”nu çalışdırmayacağını açıqlayıb. Onun komandanın rəhbəri Florentino Pereslə görüşdən sonra qərar verdiyi bildirilir.
“Klubun 3 ildən sonra dəyişiklik etməsi vacib idi. Növbəti il “Real Madrid”də qalmamaq qərarını verdim”, - Zidan bildirib.
Qeyd edək ki, “Real” Zidanın rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi olub.
|