Rusiya İsveç baş nazirinin ittihamına cavab verib06 İyun 2018, 13:10 (GMT +4) Bakı, 6 iyun, SalamNews. Rusiyanın Stokholmdakı səfirliyi İsveçin baş naziri Stefan Levenin "Rusiya krallıqda keçiriləcək parlament seçkiləri üçün real təhlükədir" bəyanatına cavab verib.
Səfirliyin “Facebook” səhifəsinə yerləşdirilən açıqlamada bildirib ki, baş nazir heç bir tərəddüd etmədən Rusiyanı real təhlükə adlandırıb: "Səfirlik bu sözləri ədəbsizlik və həyasızlıq hesab edir".
SalamNews xəbər verir ki, ABŞ və Fransanın ardından İsveçin bu cür açıqlama verməsi Rusiyanı qəzəbləndirib.
“Cənablar, əsəblərinizi cilovlayın! Siz hələ də başa düşməmisiz ki, Moskvanın ünvanına ədəbsiz ittihamlar işə yaramır və nəticədə bu sizə zərbə vurur?
Seçkilər ərəfəsindən yalanlardan əl çəkmək və qonşu Rusiya ilə tavana dirədiyiniz münasibətləri yaxşılaşdırmaq daha düzgün olmazdımı?”, - məlumatda bildirilib.
|