Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Avropa media məkanının problemləri müzakirə edilib

08 İyun 2018, 14:35 (GMT +4)

Bakı, 8 iyun, SalamNewsPortuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib. 05-06 iyun tarixlərində keçirilən və 40 ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb və AFJ prezidenti Mogens Blicher Bjerregårdın bu yöndə məruzəsi dinlənilib. AFJ prezidenti öz məruzəsində Avropada media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlığını qeyd edib. Moqan Bliçer bu kontekstdə ilk öncə Avropada ictimai yayımla bağlı yaranmış duruma toxunub.

Bildirib ki, Polşada ictimai yayımla bağlı yaranan neqativ tendensiya, yəni, qanunlara ictimai yayım sektoruna hökumətin geniş müdaxiləsinə şərait yaradan maddələrin artırılması ilə başlanan proseslər sonradan digər ölkələrdə də önə çıxıb. Bu proses Macarıstanda təkrarlanıb. İndi də Avstriyada ictimai yayım sektoru ciddi təhlükə ilə üzləşib. İctimai yayım sektoru maliyyə problemi ilə rastlaşıb. Hökumət onlara bu durumdan çıxmaqda yardım etmək əvəzinə, yaranmış durumdan faydalanıb ictimai yayım sektoruna hökumətin müdaxiləsi üçün şərait yaradan şərtlər hazırlayıb və bu şərtləri qəbul etdirmək istəyir. Yaranmış tendensiya genişlənməkdə, Avropa ölkələrində ard-arda yayılmaqdadır. AFJ prezidenti bildirib ki, Avropada geniş tendensiyaya çevrilən “ictimai yayım haqqında qanunlara müdaxilə, onların pisə doğru dəyişdirilməsi” prosesi dərhal dayandırılmalıdır: “İctimai yayım sektorunun maliyyə problemləri həll edilməlidir; hökumətlərin ictimai yayım sektoruna geniş müdaxiləsinə yol verən qanunların qəbulu dayandırılmalıdır”.

Toplantı adından Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media işləri üzrə naziri Gernot Blümelə ünvanlanmış müraciət qəbul edilib. Müraciətin mətnində Avstriya hökumətindən ictimai yayımla bağlı problemlərin dərhal aradan qaldırılması, ictimai yayım qanununa müdaxilənin dayandırılması istənilib.

Eyni zamanda, Avropa jurnalist təşkilatlarına müraciət qəbul edilib ki, Avstriyalı həmkarları ilə həmrəylik nümayiş etdirilsin: “Həmrəy olmasaq, prosesin qarşısını ala bilməsək, Avropada ictimai yayım anlayışı tezliklə sıradan çıxacaq”

Toplantıda daha sonra Avropa məkanında jurnalistlərin təhlükəsizliyi və əmək şəraitləri müzakirəyə çıxarılıb. AFJ prezidenti bildirib ki, əmək şərtləri və təhlükəsizlik baxımından da Avropa məkanında durum pisləşməkdə davam edir. Əksər ölkələrdə media, əmək, təhlükəsizlik sahəsində qəbul edilən qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilir. Moqan Bliçer çıxışında xüsusi vurğulayıb ki, son illərdə “əmək qanunlarına və media yayımını tənzimləyən qanunlara edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir”. O, Avropa məkanında “kollektiv sövdələşmələr” mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının zəruri olduğunu önə çəkib. Bu sırada xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Toplantı adından media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.

Jurnalistlərə qarşı təhdidlərin, hədələrin, izləmələrin artması, həbslərin çoxalması ilə yanaşı ölüm hallarında da xüsusi artım qeydə alınıb. Rusiya, Türkiyə ilə yanaşı Ukraynada da bu yöndə statistikanın artması, xüsusi narahatlıq yaradıb. Ən ciddi problem isə cəzasızlıqla bağlıdır: “Jurnalist qətlləri, təhdidlər artmaqda, buna görə cəza alanların sayı isə azalmaqdadır. Jurnalistlərə qarşı törədilmiş cinayətlər açılmamış qalır, kimsə buna görə cəzalandırılmır”.

Toplantıda Avropa dövlət və hakimiyyət təmsilçilərinə müraciət qəbul edilib: “Diqqətə almaq lazımdır ki, medianın imkanları sıxışdıqca, o öz yerini daha çox “yalan xəbər” və ” nifrət dolu çıxışlar”la dolu olan sosial şəbəkələrə verir. Bu isə hər kəs üçün zərərlidir, təhlükəlidir. Medianın imkanlarının məhdudlaşdırılmasına yönəlik hər növ fəaliyyətlər dərhal dayandırılmalıdır; medianın imkanlarının artırılması üçün fəaliyyətlər başladılmalıdır”.

Toplantıda internetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər də qeyd edilib: “İnternetin sürətli inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirir, xəbər istehsalı zamanı etik standarın qorunması sahəsində problemləri artırır. Bu problemlərin qarşısını almaq üçün qəbul edilən qanunlar isə, bəzən əlavə problemərə, ifadə azadlığının məhdudlaşdırılmasına yol açır”. AFJ və İFJ-yə mövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq prosesini sürətləndirilməsi, müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsi tövsiyyə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

JuHİ Azərbaycan mediası ilə bağlı yekun hesabatını açıqlayıb

JuHİ nəzdində fəaliyyət göstərən Gender Qrupun toplantısı keçirilib

22 Fevral 2019, 18:22 (GMT +4)
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib (FOTO)

22 Fevral 2019, 18:00 (GMT +4)
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub

22 Fevral 2019, 17:55 (GMT +4)
Nazir müavini İsmayıl İsmayılov Zəhra Salmanlı ilə görüşüb

22 Fevral 2019, 17:50 (GMT +4)
Bakının bir neçə rayonunda yollar yenidən qurulacaq

22 Fevral 2019, 17:45 (GMT +4)
Nəsimiyə həsr olunan qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib

22 Fevral 2019, 17:36 (GMT +4)
Türkiyədə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

22 Fevral 2019, 17:29 (GMT +4)
Azercell 13 minə yaxın insanın tibbi yardım almasına kömək edib

22 Fevral 2019, 17:13 (GMT +4)
Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

22 Fevral 2019, 17:12 (GMT +4)
Fələstinlilər işğal edilən ərazilərə doğru izdihamlı dönüş yürüşlərinə başlayıblar

22 Fevral 2019, 16:59 (GMT +4)
Prezident İlham Əliyev Bruney-Darüssalamın dövlət başçısına məktub göndərib

22 Fevral 2019, 16:50 (GMT +4)
Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir

22 Fevral 2019, 16:46 (GMT +4)
Abşeronda “KOB Dostu” fəaliyyətə başlayıb

22 Fevral 2019, 16:41 (GMT +4)
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

22 Fevral 2019, 16:40 (GMT +4)
Ərdoğan hərbi-tibb sahəsində Azərbaycanla əməkdaşlıq haqqında protokolu təsdiqləyib

22 Fevral 2019, 16:36 (GMT +4)
Mingəçevirin innovativ layihələri müəyyənləşib

22 Fevral 2019, 16:31 (GMT +4)
Əməliyyat-axtarış fəaliyyətinin əsasları kitabı çapdan çıxıb

22 Fevral 2019, 16:24 (GMT +4)
Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

22 Fevral 2019, 16:16 (GMT +4)
Pakistan XİN rəhbəri Zahidan terroruna münasibət bildirib

22 Fevral 2019, 16:02 (GMT +4)
Rusiya XİN: ABŞ Venesuelaya yaxın əraziyə xüsusi təyinatlılar və texnika cəmləşdirir 

22 Fevral 2019, 15:55 (GMT +4)
Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli olacaq

22 Fevral 2019, 15:44 (GMT +4)
Ekvadorda güclü zəlzələ baş verib

22 Fevral 2019, 15:35 (GMT +4)
Gömrük Akademiyası yeni binaya köçəcək

22 Fevral 2019, 15:30 (GMT +4)
ETSN: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

22 Fevral 2019, 15:26 (GMT +4)
Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib

22 Fevral 2019, 15:15 (GMT +4)
İtalyan dilini öyrənənlər üçün Azərbaycan dilində ilk dərslik nəşr edilib

22 Fevral 2019, 15:14 (GMT +4)
Fələstinlilər ilk dəfə olaraq Qüdsdə Rəhmət məscidinə daxil ola biliblər (VİDEO)

22 Fevral 2019, 15:10 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Suriyadan qoşunların çıxarılmasına dair mövqeyini maraqla izləyir

22 Fevral 2019, 15:08 (GMT +4)
Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır

22 Fevral 2019, 14:55 (GMT +4)
DGK yeni yoxlama aparatları quraşdıracaq

22 Fevral 2019, 14:44 (GMT +4)
BDU-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə görüş keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66